beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Narşərablı yerfıstığı şorbası

Tərkibi:

1 qəhvə fincanı bitki yağı
1 su st. döyülmüş yerfıstığı
2 x.q. un
1 x.q. tomat pastası
5 st. ət bulyonu
1 qəhvə fincanı narşərab
1 dəstə tərxun
zirə
duz
istiot

Qazanda bitki yağını qızdırın, döyülmüş yerfıstığını qızaranadək qovurun. Un əlavə edib qarışdıraraq daha 2 dəqiqə qovurun. Tomat pastasını əlavə edin, 2-3 dəqiqə qarışdırın, 5 su stəkanı ət bulyonunu əlavə edin. 10-15 dəqiqə qaynadıqdan sonra narşərab, tərxun, zirə, duz, istiot vurub 1-2 dəqiqə qaynadıb ocaqdan götürün.

Nuş olsun!


Tarix: 29.11.2014 / 12:14 Müəllif: Aziza Baxılıb: 20 Bölmə: Şorbalar ve Helimler