beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xaş

Beləliklə, xaş üçün lazymdır.
Mal ayağı, özüdə qabaq ayaqları və qoca olmasın

Ayaqları tükdən təmizləmək üçün oda tutmaq lazımdır. Bir neçə dəfə yumaq, oynaqlar üzrə 2-4 yerə bölmək.
Bunları minalanmış qazanın içinə qoymaq, üstünə su tökmək. Kəfi yiğmaq, su qaynayanda, onu boşaltmaq, bir daha ayaqları yumaq və təmiz suyun içinə salmaq. Su 15-20 sm ayaqları örtməlidir və balaca odun üstündə bişihttp://www.metbex.net/wp-admin/post-new.php?post_type=postrmək. Su bərk qaynamamalıdır. Vaxtaşırı kəfi yığmaq.

Mən bir baş soğan atıram ki, kəf yaxşı yığılsın və kök salıram ki, suyu şəffaf olsun. Bişirilmənin yarısında soğanı və kökü çıxarıb tullayıram. Sona yaxın duz, iri istiot və dəfnə yarpağı əlavə edirəm. Ayaqlar o həddə qədər bişirilir ki, əti sümügdən ayrılsın. Xaş gecədən səhərə kimi bişirilir (22.00-dən 6.00-dək). Suyun miqdarı iki dəfə azalır. Ət sümükdən ayrılarkən, bulyon yağlı qızılı rəngdə olmalıdır.

Xaşı sirkənin içində sarımsaqla, nar turşusu, şoraba, göyərti ilə yeyirlər. Həkimlər xaşı sınıqda tövsiyə edirlər.
Xaşı adətən kişilər hazırlayırlar. Xaş kişilər üçün dostlarla vaxtı şən keçirmək üçün gözəl bir bəhanədir. Xaş – dünyada sustlaşmaqdan ən gözəl üsuldur.

Nuş olsun!


Tarix: 18.12.2012 / 15:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 441 Bölmə: Şorbalar ve Helimler