beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bulqurlu mazı şorbası

6 nəfərlik Bişmə müddəti 15 dəqiqə

İçindəkilər:

2 çay stəkanı incə bulqur
1 ədəd orta ölçülü quru soğan
5 xörək qaşığı zeytun yağı və ya
2 çay qaşığı kərə yağı
4-5 ədəd yaşıl,
uzun bibər
2 ədəd orta ölçülü
pomidor
5 stəkan isti ət və ya toyuq suyu yarım çay qaşığı duz, qara bibər 1 çay qaşığı qırmızı pul bibər.


Hazırlanması:
Yağı orta ölçülü bir qazanda əridin. İncə-incə doğradığınız soğanları əlavə edib orta dərəcəli ocaqda qarışdıraraq 1 dəqiqə qovurun.
Halqa şəklində incə doğradığınız yaşıl bibərləri də əlavə edib 1-2 dəqiqə daha qovurun.
Qabıqlarını soyduğunuz pomidorları da kub şəklində doğrayıb əlavə edin və 2-3 dəqiqə da-ha qovurun. İsti ət və ya toyuq suyunu əlavə edib üzərinə duz və qara bibər səpin.
Şorba qaynamağa başlayınca bulquru töküb yumşalana qədər bişirin.
Ocaqdan aldıqdan sonra şorbanın üzərinə pul bibəri əlavə edib servis edin.

Bodrum bölgəsinə aid şorba.
Bodrumda tətildəykən bu şorbanı yemişdim.
Hazırlanışı çox sadə, bir az baharatlı və ləzzətli şorbanı siz də bəyənəcəksiniz.


Tarix: 18.12.2012 / 15:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 245 Bölmə: Şorbalar ve Helimler