Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Limon şorbasının hazırlanması

Tərkibi:
1 l toyuq bulyonu
1 limon
1 yumurta
3-4 x.q. düyü
cəfəri bulyon:
Toyuq yerkökü soğan kəvər bulyon üçün toyuğu yerkökü, soğan və kəvərlə birlikdə ət tam bişənədək qaynadın. Əti başqa xörək üçün istifadə edə bilərsiniz. Suyunu isə süzün. Düyünü yuyub bulyona tökün, təxminən 15-20 dəqiqə, yumşalanadək bişirin. Yumurtanı bir kasaya qırın, çalın. Qarışdıra-qarışdıra 1 limonun şirəsini içinə sıxın. Qaynayan bulyondan yarım çömçə buraya əlavə edin (əlinizi saxlamayın, qarışdırmaqda davam edin). Ocağı azaldın, elə olsun ki, şorbanın qaynamağı tam dayansın, sonra şorbanı qarışdıra-qarışdıra limonlu-yumurtalı qarışığı əlavə edin. Bir neçə dəqiqə, şorba qatılaşanadək qarışdırın. Əsas odur ki, şorba qaynamasın, yoxsa yumurta lopa əmələ gətirəcək. Hazır şorbaya doğranmış cəfəri səpə bilərsiniz. Şorbanın çox turş olacağından qorxmayın, üz-gözünüzü turşutmayacaq dərəcədə zərif dada malikdir.
Nuş olsun..


Tarix: 29.11.2014 / 12:11 Müəllif: Aziza Baxılıb: 39 Bölmə: Şorbalar ve Helimler
loading...