beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

lebeniye şorbası

Xüsusilə soyuq qış gecələrində içinizi isidəcək bir ləzzət.

İçindəkilər:

10 stəkan su
1 çay bardağı düyü
1 stəkan qaynadılmış noxud


Kiftəsi üçün:

400 qr.qiymə
1 ədəd soğan
qara bibər
duz

Qatıqlı sousu üçün:

3 stəkan qatıq
1 ədəd yumurta
1 xörək qaşığı un

Üzəri üçün:

2 xörək qaşığı kərə yağı
1 xörək qaşığı
quru nanə

6-8 nəfərlik Bişmə müddəti 25-30 dəqiqə


Hazırlanması:
Su və düyünü bir qazana qoyub qaynadın. Öncədən qaynatdığınız noxudu əlavə edin.

Qiyməylə kiçik doğradığınız soğanı, qara bibəri, duzu qarışdırıb yoğurun. Noxud böyüklüyündə toplar şəklində yuvarlayıb unlanmış bir siniyə sırayla düzün.

Bu küftələri qazanda qaynayan düyü və noxuda əlavə edin. Küftələr qaynayınca, başqa bir qabda çırpdığınız qatığı, yumurtanı və unu qazana töküb durmadan qarışdırın.

Bir-iki daşım qaynadıb duzunu atıb ocaqdan alın. Başqa bir tavada əritdiyiniz kərə yağına nanəni atıb şorbanızın üzərinə əlavə edin.


Tarix: 18.12.2012 / 14:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 218 Bölmə: Şorbalar ve Helimler