Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Lobya şorbası

Çox sadə resept

Ərzaqlar:
2 stəkan qaynadılmış quru lobya
1 ədəd qırmızı bibər
1 ədəd sarı bibər
5 stəkan su
2 ədəd soğan
30 qram yağ
1 xörək qaşığı pomidor tomatı
1 xörək qaşığı bibər tomatı
nanə
duz


Lobya şorbasının hazırlanma qaydası:
Rəngli bibərləri təmizləyib, nazik-nazik doğrayın. Soğanı doğrayıb, yağda qızardın. Üzərinə su, pomidor və bibər tomatlarını əlavə edib, yaxşıca qarışdırın. Sonra əvvəlcədən qaynadılmış quru lobya və rəngli bibərləri əlavə edib, üzərinə bir az duz səpin. Sonra qazanın qapağını örtüb, qaynadın. Qaynadıqdan sonra sobanın dərəcəsini azaldıb, qazanın qapağı yarı açıq vəziyyətdə 20 dəqiqə müddətində bişirin.
Kasalara töküb üzərinə nanə səpin. İsti şəkildə süfrəyə verin. Nuş olsun!


Tarix: 18.12.2012 / 14:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 237 Bölmə: Şorbalar ve Helimler
loading...