Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hüseyn Abbaszadə

Nasir. Yazıçı. Ssenari və əsər müəllifi.

Həyatı

Abbaszadə Hüseyn Abbas oğlu — nasir, 1948-ci ildən AYİ-nın üzvü, Azərbaycanın Əməkdar İncəsənət xadimi (1979), Azərbaycan Dövlət mükafatı laureatı (1984), SSRİ Yazıçılar İttifaqının və ÜİHİŞ-nın mükafatı laureatı (1988), Azərbaycanın xalq yazıçısı (1991) – 1922-ci il noyabrın 22-də Bakı şəhərində anadan olmuşdur. M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda təhsil almışdır. "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında baş redaktor (1966-1971), Azərbaycan Yazıçılar İttifaqının katibi (1975-1991) vəzifələrində çalışmışdır.

"Qırmızı ulduz", "Qırmızı Əmək Bayrağı", I dərəcəli "Böyük Vətən Müharibəsi", "Şöhrət" ordenləri, 10-dan çox medalla təltif edilmişdir.

2007-ci il dekabrın 12-də Bakı şəhərində vəfat etmişdir.

Yaradıcılığı

Kitabları
General (1962)
Ləpədöyəndə (1965)
Onu tanımadılar (1967)
Qapı döyülür
Burulğanlar (1979)
Çəmbərəkənd balladası (1982)
Dünyadan gör necə insanlar gedib (2000)
Qayıdanlardan biri (2003)

Əsərləri
Əlibalanın ağır səfəri
Tələ
Burulğanlar
Dünyadan gör necə insanlar gedir
Qayıdanlardan biri
Ləpədöyəndə
Qaradağ əhvalatı
Evə kölgə düşür
Qapı döyülür
Mənsur

Müharibə mövzusuna həsr olunan əsərləri
Onu tanımadılar
Şokalad paylayan qız
Uzaqdan gələn qonaq
Dörd bazar günü
Haradansınız, müsyö Abel?


Tarix: 15.01.2013 / 20:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 338 Bölmə: Şairlər və Yazıçılar
loading...