Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramiz Duyğun

Şair. Ssenari müəllifi.

Məlikov Ramiz Məmməd oğlu - şair, publisist, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.Mündəricat
1 Həyatı
2 Əsərləri
3 Tərcümələri
4 Filmoqrafiya


Həyatı

Ramiz Duyğun 1938-ci il fevralın 10-da Azərbaycanın Əli Bayramlı (indiki Şirvan) rayonundakı Güdəcühur kəndində anadan olmuşdur. Burada ibtidai, Axtaçıda yeddiillik məktəbi bitirmişdir (1945-1952). Bir il kolxozda işləmişdir. Əli Bayramlı şəhərində orta təhsil almışdır (1953-1956). N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir (1956-1962). Şimali Qafqaz hərbi dairəsində müəyyən kurs keçdikdən sonra Belorusiya hərbi dairəsində (1962-1971), sonra Zaqafqaziya hərbi dairəsində (1971-1978) xidmət etmişdir. N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun xüsusi hazırlıq kafedrasında müəllim (1978-1985), şöbə rəisi (1985-1990) olmuşdur.

Hazırda ehtiyatda olan tibb xidməti polkovnikidir. Bədii yaradıcılığa kiçik yaşlarından meyl göstərmiş, lakin ilk mətbu şeiri "Yaşa, Azərbaycanım" "Gəncliyin səsi" almanaxında dərc edilmişdir (1959). Bundan sonra dövri mətbuatda, radio və mavi ekranda müntəzəm çıxış edir. "Hünər" televiziya verilişinin müəlliflərindən biri və aparıcısıdır. Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işində fəal çalışır. Bədii tərcümə ilə də məşğul olur. "Vətən-beşiyim mənim" (1985) oçerklər məcmuəsinin tərtibçilərindən və müəlliflərindən biridir. "Əbədiyyətdən gələn məktub" mənzum pyesi mavi ekranda nümayiş etdirilmişdir (1977). "Ağ atlı oğlanın nağılı (iki hissəli) ssenarisi əsasında sənədli fılm çəkilmişdir (1985). Azərbaycan Ensiklopediyasında "Xatirə" kitabı redaksiyası rəhbərinin müavini vəzifəsində işləmişdir (1989-1991).

Əsərləri
1.Vətən kimi şirin. Bakı: Yazıçı, 1983, 104 səh.
2.Vətən beşiyim mənim. Bakı: Azərnəşr, 1985, 150 səh. (şərikli)
3.Mənim unudulmaz məktəbim... Bakı: Yazıçı, 1986, 96 səh.
4.Göy üzü damar-damar. Bakı: Yazıçı, 1987, 134 səh.

Tərcümələri
1.Anatoli Tutık. Onlar başqa cür edə bilməzdilər (sənədli povest). Bakı: Yazıçı, 1988, 224 səh.


Tarix: 17.01.2013 / 20:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 473 Bölmə: Şairlər və Yazıçılar
loading...