beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ələviyyə Babayeva

Ssenari müəllifi

Babayeva Ələviyyə Hənifə qızı – nasir, tərcüməçi, 1951-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1979).

Həyatı

Ələviyyə Babayeva 1921-ci il avqustun 12-də Bakıda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsində təhsil almışdır. Ədəbi fəaliyyətə 1936-cı ildə "Ədəbiyyat qəzeti"ndə dərc olunmuş "İki həyat" adlı hekayəsi ilə başlamışdır. Hekayə, povest və romanlar yazmaqla yanaşı, müasir rus ədəbiyyatından tərcümələr etmişdir. A.Qaydarın "Uzaq ölkələr" (1950), V.Biankinin "İz ilə" (1947), "Ayı balası" (1959), "Qırmızı təpə" (1963), K.Paustovskinin "Oğru pişik" (1951), V.Q.Korolenkonun "Satın alnmış uşaqlar" (1962), Y.Sotnikin "Əcaib quş" (1964), V.Astafyevin "Ulduz xəzanı" (1970), Y.Çaruşinin "Nikitanın oyuncaqları" (1984) və b. onun tərcüməsində kütləvi tirajla çap olunmuşdur. "Azərbaycan qadını" jurnalında məsul katib (1951-1973), "Gənclik" nəşriyyatında müasir ədəbiyyat şöbəsinin müdiri (1973-1976), sonra baş redaktor (1976-1985) olmuşdur. Moskvada Azərbaycan ədəbiyyatı ongünlüyündə, həmçinin ölkəmizin bir çox yerlərində ədəbi tədbirlərdə iştirak etmişdir. Azərbaycan Yazıçılar Birliyinin qəbul komissiyasının üzvü, tərcümə seksiyasının rəhbəri olmuşdur.

Əsərləri
1. Mənim müəlliməm. Bakı: Uşaqgəncnəşr, 1950, 28 səh.
2. Hekayələr. Bakı: Uşaqgəncnəşr, 1951, 16 səh.
3. Tək ağac. Bakı: Uşaqgəncnəşr, 1957, 44 səh.
4. Kənd yolları. Bakı: Uşaqgəncnəşr, 1958, 63 səh.
5. Payızda. Bakı: Uşaqgəncnəşr, 1960, 68 səh.
6. Mən tək deyiləm. Bakı: Uşaqgəncnəşr, 1961, 96 səh.
7. Mən tək deyiləm. Bakı: Uşaqgəncnəşr, 1962, 191 səh.
8. Kənd yollarında səyahət. Bakı: Uşaqgəncnəşr, 1962, 76 səh.
9. Yenə bahardı. Bakı: Uşaqgəncnəşr, 1963, 79 səh.
10.Kölgə. Bakı: Azərnəşr, 1964, 104 səh.
11.Tut ağacı. Bakı: Gənclik, 1967, 95 səh.
12.Süsənsünbül. Bakı: Gənclik, 1968, 98 səh.
13.Hörüklər. Bakı: Gənclik, 1968, 126 səh.
14.Povestlər. Bakı: Gənclik, 1969, 260 səh.
15.Adamlar və talelər. I cild. Bakı: Gənclik, 1973, 273 səh.
16.Adamlar və talelər. Bakı: Gənclik, 1970, 432 səh.
17.Adamlar və talelər. Bakı: Gənclik, 1971, 400 səh.
18.Böyürtkən mürəbbəsi. Bakı: Gənclik, 1971, 270 səh.
19.Sehirli pillələr. Bakı: Gənclik, 1974, 166 səh.
20.Hardasan dost, harda. Bakı: Gənclik, 1977, 408 səh.
21.Səni axtarıram. Bakı: 1985, 368 səh.
22.Küləyin tərkində. Bakı: 1983, 355 səh.
23.Yanar su. Bakı: Gənclik, 1986, 351 səh.
24.Anadil ağlayırdı. Bakı: Gənclik, 1987, 357 səh.
25.Açar. Bakı: Yazıçı, 1991, 401 səh.
26.Seçilmiş əsərləri (iki cilddə). I cild. Bakı: Yazıçı, 384 səh.
27.Seçilmiş əsərləri (iki cilddə). II cild. Bakı: Yazıçı, 335 səh.
28.Darıxıram a dağlar (povestlər). Bakı: Gənclik, 287 səh.
29.Əlvida (roman). Bakı: Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi, 1994, 341 səh.
30.Bəlkə sabah olmadı (roman). Bakı: Şur, 1996, 245 səh.
31.Rəngbərəng yuxular (publisist povest). Bakı: 2000, 231 səh.
32.Son döngə (roman). Bakı: Azərnəşr, 2000, 430 səh.
33.Dəli Sona (roman). Bakı: Şirvan, 1998, 419 səh.
34.Cırtdan şəhərdən qaçıb (povest və hekayələr). Bakı: Turan, 2001, 110 səh.


Tarix: 14.01.2013 / 20:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 699 Bölmə: Şairlər və Yazıçılar