Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tərlan Novruzov

Novruzov Tarlan Cabbar oğlu — ədəbiyyatşünas, 1993-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1993), professor (1995).

Həyatı

Tərlan Novruzov 1947-ci il yanvarın 20-də Yardımlı rayonundakı Bürzümbül kəndində kolxozçu ailəsində doğulmuşdur. Yardımlı rayonundakı M.F.Axundov adına orta məktəbi bitirmişdir (1963). Sonra həmin rayonda birillik pedaqoji kursu bitirmişdir (1964). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsində təhsilini davam etdirmişdir (1965-1969). İnstitutun Azərbaycan dilçiliyi kafedrasında assistent, sonra müəllim vəzifəsində işləmişdir (1969-1974). Orada Azərbaycan ədəbiyyatı tarixi kafedrasında müəllim (1974-1983), M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda Azərbaycan dili və ədəbiyyatı kafedrasında baş müəllim olmuşdur (1984). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan, rus və xarici ölkələr ədəbiyyatı kafedrasında baş müəllim, dosent vəzifələrində çahşmışdır (1985-1993).

Hazırda həmin kafedranın professorudur (1993-cü ildən). Pedaqoji fəaliyyəti ilə yanaşı, ədəbiyyatşünas kimi elmi tədqiqatla məşğul olmuşdur. "M.Ə.Sabir ədəbi məktəbi" mövzusunda doktorluq dissertasiyası müdafıə etmişdir (1992). "Xarici ədəbiyyat (Orta əsrlər və intibah dövrü)" (1993), "XVII əsr xarici ədəbiyyatı" (1992), "Antik ədəbiyyat tarixi" (1996) dərs vəsaitləri (icmal) və tədris proqramlarını tərtib edib çapa vermişdir.

Əsərləri
1 M.Ə.Sabir irsinin tədqiqi və təbliği. Bakı: 1981, Bilik, 70 səh.
2.Mirzə Ələkbər Sabir. Bakı: Yazıçı, 1986, 158 səh.
3.Sabir davamçıları. Bakı: Yazıçı, 1989, 86 səh..
4.Sabir ədəbi məktəbi. Bakə: Yazıçı, 1992, 215 səh.
5.M.Ə.Sabir. Bakı: APİ nəşriyyatı, 1995, 260 səh.
6.T. Novruzov. Dünya ədəbiyyatı tarixi. I hissə (Qədim şərq ədəbiyyatı) Bakı: APİ nəşriyyatı, 2011, 310 səh.


Tarix: 19.01.2013 / 15:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 366 Bölmə: Şairlər və Yazıçılar
loading...