beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sabir Adil

Sabir Adil (Sabir Xasay oğlu Əhmədov) - Azərbaycan Yazıçılar İttifaqının üzvü, Teatr Xadimləri İttifaqının üzvü, Kinomatoqraflar ittifaqının üzvü.

Həyatı

Sabir Xasay oğlu Əhmədov 1950-ci il may ayının 10-da Azərbaycanın Göyçay rayonunun Bəydövül kəndində anadan olmuşdur. Orada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır (1969-1974).

Sonra C.Cabbarlı adına kinostudiyada senarist, H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında ədəbi hissə müdiri, Azərbaycan Yazıçılar Birliyində məsləhətçi, həmçinin müxtəlif mətbuat orqanlarında işləmişdir. Tələbəlik illərindən ədəbi fəaliyyətə başlamışdır.

Onun senarisi əsasında "Papaq" ("Evlənmək istəyirəm") bədii fılmi çəkilmişdir.

Şerləri və digər yazıları "Azərbaycan", "Ulduz", "Qobustan" jurnallarında, "Ədəbiyyat" qəzetində və digər mətbuat orqanlarında çap olunmuşdur.

"Üz tutduğum adamlar" (1986), "Ağlayan divarlar" (2003) şerlər kitabının və "Yüz böyük türk" tərcümə kitabının müəllifidir. Bir çox şerıəri rus dilinə tərcümə edilmişdir. 1986-cı ildən Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. Həmçinin Teatr Xadimləri İttifaqının, Kinomatoqraflar ittifaqının üzvüdür.

2005-ci ilin fevral ayının 7-də qəflətən keçirdiyi infarkt xəstəliyindən dünyasını dəyişib.


Tarix: 17.01.2013 / 20:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 297 Bölmə: Şairlər və Yazıçılar