Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Salam Qədirzadə

Salam Qədirzadə - tanınmış Azərbaycan yazıçısı, jurnalist, görkəmli ədib.

Həyatı

10 aprel 1923-cü ildə anadan olub. Azərbaycan Dövlət Universitetinun filologiya fakültəsinə daxil olub, üçüncü kursdan təhsilini Moskvada, M. Qorki adına Ədəbiyyat İnstitutunda davam etdirib.

"Kirpi" jurnalının baş redaktoru olub. Yazdığı "Qış gecəsi", "46 bənövşə", "Nar çiçəyi nağılı", "Sevdasız aylar", "Sən olmasaydın" roman, povest və hekayə kitabları gənclərin mənəvi-əxlaqi keyfiyyətlərindən bəhs edir.

Həmçinin satirik povest və hekayələrin, "Şirinbala bal yağır", "Hardasan ay subaylıq", "Həmişəxanım" kimi məşhur ,səhnədən düşməyən komediyaların müəllifidir. "Bir qız bir oğlanındır", "Sevginin ünvanı ürəkdir", "Hər gün ömürdən gedir" kimi kitabları dövründə böyük tirajla çap edilib və bestsellerə çevrilib.

Salam Qədirzadə 16 noyabr 1987-ci ildə vəfat edib.

Filmoqrafiya
Biri vardı, biri yoxdu... (film, 1967)
Təşəkkür (film, 1978)


Tarix: 19.01.2013 / 15:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 403 Bölmə: Şairlər və Yazıçılar
loading...