Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rafiq Yusifoğlu

Əliyev Rafiq Yusif oğlu (Rafiq Yusifoğlu) (d.2 yanvar 1950) - şair, yazıçı, tənqidçi, 1986-cı ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, "İlin ən yaxşı kitabı", "Vətən", "Qızıl qələm", "Araz" və s. mükafatların laureatı.

Həyatı

Rafiq Yusifoğlu 1950-ci il yanvar ayının 2-də Qubadlı rayonunun Çardaxlı kəndində müəllim ailəsində doğulmuşdur. Burada səkkizillik məktəbi, Qubadlı qəsəbə orta məktəbində onillik məktəbi bitirmişdir (1966). Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmişdir (1966-1970). Bir müddət Sumqayıt şəhərində müəllim işləyən şair Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur. "Azərbaycan Sovet poemasının inkişaf problemləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

Fəaliyyəti

1985-ci ildən 1992-ci ilədək "Göyərçin" jurnalında söbə müdiri, 1992-ci ildən 1996-cı ilədək məsul katib, 1996-1997-ci illərdə Azərbaycan Dövlət Televiziyasının "Xəbərlər" baş redaksiyasında "Elm, mədəniyyət, incəsənət" şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1997-ci ildən "Göyərçin" jurnalının baş redaktorudur. Şairin uşaq ədəbiyyatı sahəsində xüsusi fəaliyyəti vardır. Rafiq Yusifoğlu 2007-ci ildə "XX əsr Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri doktoru adını almışdır. Hazırda Sumqayıt Dövlət Universitetinin "Azərbaycan ədəbiyyatı" kafedrasının professorudur. Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisidir.

O, gənc tənqidçilərin Moskvada keçirilən birinci (1982), ikinci (1985) və üçüncü (1988) Ümumittifaq seminarlarının, Qazaxıstanda keçirilən Beynəlxalq Uşaq ədəbiyyatı günlərinin (1989) iştirakçısı, 1985-ci ildə Moskvada Ali Komsomol Məktəbinin bir aylıq jurnalistika kursunun müdavimi olmuşdur.

Ədəbi fəaliyyətə hələ orta məktəbdə oxuyarkən başlamış, 1966-cı ildən şeirləri, məqalələri ilə mətbuatda çıxış etməyə başlamışdır. Son illər bədii tərcümə ilə ciddi məşğul olur. F.Q.Lorkanın, Corc Bayronun, Peter Şyuttun, Hans Yurgen Hayzenin, Ulla Hanın, Roza Auslenderin və başqalarının şeirlərini, dünya uşaq ədəbiyyatının gözəl nümunələrini dilimizə tərcümə etmişdir. Əsərləri bir sıra dillərə tərcümə edilib, dərsliklərə düşüb. Çoxlu mahnı mətnlərinin, elmi-publisistik məqalələrin müəllifidir. Əsərləri əsasında "Qəm karvanı", "Bütün Azərbaycan əsgər olmalı" televiziya tamaşaları çəkilib, dəfələrlə nümayiş etdirilmişdir.

Əsərləri
Yurdum-yuvam. Bakı: Gənclik, 1983, 72 səh.
Ətirli düymələr. Bakı: Gənclik, 1986, 88 səh.
Ocaq yeri. Bakı: Yazıçı, 1989
Aylı cığır. Bakı: Gənclik, 1992
Qəm karvanı. Bakı: Sumqayıt, 1997
Həsrət köçü. Bakı: Sumqayıt, 1998
Сладкий дождь (rus dilində). Bakı: Şuşa, 1998
Dünya xalqlarının nağılları. Bakı: Azərbaycan, 1998
Azərbaycan poeması: axtarışlar və perspektivlər. Bakı: Elm, 1998
Xatirə kəcavəsi. Bakı: Elm, 1999
Bahar qatarı. Bakı: Azərbaycan, 1999
Kitabi-Dədə Qorqud. Bakı: İşıq, 1999
Böyük arzuya gedən yol. Bakı: Azərbaycan, 2000
Möcüzəli xəzinə. Bakı: Azərbaycan, 2000
Təzə sevdalara doğru. Bakı: Şuşa, 2000
Çiçək yağışı. Bakı: Şuşa, 2000
Ədəbiyyatşünaslığın əsasları. Bakı: Sabah, 2001
Söz çəməni. Bakı: Azərbaycan, 2002
Uşaq ədəbiyyatı. Bakı: Təhsil, 2002
Ayrılığın qəm hasarı. Bakı: Təhsil, 2002
Günlərimiz, aylarımız. Bakı: Azərbaycan, 2003
Bir sevdalı ürəyim var. Bakı: Çaşığolu, 2003
Ədalətli hakim. Bakı: Azərbaycan, 2004
Şirin yuva. Bakı: Azərbaycan, 2004
Müasir ədəbi proses və ədəbi tənqid. Bakı: Çaşıoğlu, 2004
Min dovşan otaran çoban. Bakı: Azərbaycan, 2005
Zamanın qatarı. Bakı: Azərbaycan, 2005
Həsrət sazağı. Bakı: Şivannəşr, 2005
Ədəbiyyatşünaslığın əsasları. Bakı: Şivannəşr, 2005
Dəniz səviyyəsi. Bakı: Şivannəşr, 2005
Meymunlar ölkəsi. Bakı: Azərbaycan, 2006
Yollar. Bakı: Azərbaycan, 2006
Uşaq ədəbiyyatı. Bakı: Şivannəşr, 2006
Daha uşaq deyiləm. Bakı: Şivannəşr, 2006
Sevdalı sabahlar. Bakı: Şivannəşr, 2007
Namusu qoru. Bakı: Azərbaycan, 2007
Ana dilim. Bakı: Azərbaycan, 2007
Tanrının ömür payı. "Sumqayıt" nəşriyyatı, 2007
İlahi qazlar. Bakı: Azərbaycan, 2008
Sehrli üzük. Bakı: Azərbaycan, 2008
Ana dili (Əlifba, oxu). Ümumtəhsil məktəblərinin birinci sinifləri üçün dərslik. Bakı: Çaşıoğlu, 2008
Eşqin qarlı yollarında. Bakı: ADPU, 2008
Dəniz, sən və mən. Bakı: ADPU, 2009
Qızıl balıq (tərcümələr). Bakı: Lider-press, 2009
Ulu yurd yerlərimiz (məqalələr). Bakı: Lider-press, 2009
Azərbaycan dili 2. Bakı: Çaşıoğlu, 2009
Möcüzəli ağac (tərcümələr). Bakı: Azərbaycan, 2010
Elm və helm (hekayələr və nağıllar). Bakı: Azərbaycan, 2010
Qoruq və yasaqlıqlarımız (məqalələr). BAkı: Azərbaycan, 2010
Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri. Bakı: ADPU, 2010


Tarix: 17.01.2013 / 20:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 754 Bölmə: Şairlər və Yazıçılar
loading...