Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramiz Rövşən

Rövşən Ramiz Məmmədəli oğlu (d. 15 dekabr 1946-cı il, Əmircan, Bakı, Azərbaycan SSR) — şair, yazıçı, esseist, kino-dramaturq, tərcüməçi, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.Mündəricat
1 Həyatı
2 Kitabları
3 Tərcümələri
4 Filmoqrafiya
4.1 Haqqında olan televiziya verilişləri
5 Mətnlərinin müəllifi olduğu mahnılar
5.1 Filmlərdə səslənən şeirləri
6 İstinadlar
7 Xarici keçidlər


Həyatı

Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964-1969), Moskva Ali Ssenari kurslarını bitirib (1976-1978). Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974-1975), ssenari redaksiya heyətinin üzvü (1979-1987), kinostudiyanın baş redaktoru (1987-1992) işləyib. 1992-ci ildən Azərbaycan Tərcümə Mərkəzinin baş redaktorudur. Bir neçə şeir kitabının müəllifidir.

Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-da, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub. Ramiz Rövşən 1997-ci ildə qəbul olunmuş Müsavat partiyasının himninin sözlərinin müəllifidir.

Ramiz Rövşən Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvüdür.
Yazıçı Yaşar Əliyevin qardaşıdır.
Tərcüməçi Rövşən Ramizoğlunun atasıdır[1].

KitablarıCildKitabın adıİçindəkilərŞəhərNəşriyyatİlSəhifəISBN
Bir yağışlı nəğməŞeirlərBakıGənclik197062
Göy üzü daş saxlamazŞeirlər və poemaBakıYazıçı1987158
Kəpənək qanadlarıNəğmələrBakıSəda1999120
Gedək biz olmayan yerəŞeirlər və poemaBakıÇıraq2006184
Nəfəs - kitablar kitabıŞeir, nəsr, esseBakıQanun2006760
Göy üzü daş saxlamazŞeirlərTəbrizYaşmaq2007ISBN 965-6743-87-0
Nefes – kitablar kitabıŞiir-nesr-esseAnkaraBengü2008226ISBN 978-605-5988-11-1
Yağışlı nəğməŞeirlərTehranƏndişeye No2009312ISBN 978-964-6149-56-4
Sevgi məktubu kimiŞeirlərBakıMütərcim200952
Yağış yuyur, gün qurudurŞeirlərTehranPinar2011240ISBN 965-6743-87-0


Tərcümələri
Sergey Yesenin. Qara adam (poema). "Xəzər", 2004, N3, s.18-22.
Vladimir Mayakovski. Şalvarlı bulud (poemadan parça); Anam və almanların öldürdüyü bir gecə; Qulaq asın; Sergey Yeseninə (şeirlər). "Xəzər", 2005, N1, s.18-26.
Aleksandr Blok. Şeirlər. "Xəzər", 2005, N2, s.24-26.
Marina Svetayeva. Sənin adın; Yatır yollar yorğunu (Blok haqqında şeirlərdən). "Xəzər", 2005, N2, s.27-30.

Haqqında olan televiziya verilişləri
Üç çinar yarpağı (film, 1985) (ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissor Ramiz Həsənoğlu) (veriliş üç şair – Vaqif Səmədoğlu, Ramiz Rövşən və Vaqif Cəbrayılzadəyə həsr olunub)
Burax gedim, ay işığı (film, 1987) (rejissor Ramiz Həsənoğlu)
Ağrı (film, 1993) (rejissor Ramiz Həsənoğlu)

Mətnlərinin müəllifi olduğu mahnılar
"Bağışla". Flora Kərimova (youtube. com)
"Bağışla". Teymur Əmrah (youtube. com)
"Pıspısa xanım və Siçan bəy". Flora Kərimova (youtube. com)
"Bu qatarın dalınca baxma". Flora Kərimova (youtube. com)
"Novruz gəlir, yaz gəlir". Aygün Kazımova (youtube. com)
"Ayrılıq". Azərin (youtube. com)
"Mən sənsiz ölmədim..." (Ayrılıq). Ruhi (youtube. com)
"Yalquzaq". Şəmistan Əlizamanlı (youtube. com)
"Bu ağac öləcək...". Mehriban Zəki (youtube. com)
"Bilirəm gələn deyilsən". Şəfa. (youtube. com)
"Bilirəm gələn deyilsən". Lamiyə (youtube. com)
"Səni Sevdim Sevilmədən (Offical Clip)". Lamiyə (youtube. com)

Filmlərdə səslənən şeirləri
"Yağış yuyur, gün qurudur" (Əlvida, cənub şəhəri Mehriban Zəki) (youtube. com)


Tarix: 17.01.2013 / 20:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 851 Bölmə: Şairlər və Yazıçılar
loading...