Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rafiq Savalan

Ağayev Rafiq İmanqulu oğlu (d.1 dekabr 1940) — nasir, publisist, tərcüməçi, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1976), Jurnalistlər Birliyinin "Qızıl qələm" mükafatı laureatı (1971)Mündəricat
1 Həyatı
2 Əsərləri
3 Tərcümələri
4 Filmoqrafiya
5 Həmçinin bax


Həyatı

Ağayev Rafiq İmanqulu oğlu 1940-cı il dekabrın 1-də Bakı şəhərində fəhlə ailəsində anadan olmuşdur. İbtidai təhsilini Bakıda, orta təhsilini Neftçalada almışdır. Eyni zamanda neft mədənlər idarəsinin elektrik quraşdırma sexində fəhlə işləmişdir (1956-1958). ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir (1958-1964). Əmək fəaliyyətinə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində Azərbaycan radiosu təbliğat və xəbərlər baş redaksiyasında müxbir kimi başlamışdır (1964-1966). Orada kiçik redaktor, böyük redaktor, siyasi icmalçı (1966-1975), radionun uşaqlar üçün proqram baş redaksiyasının baş redaktoru (1975-1996) vəzifələrində çalışmışdır.

Hazırda teleşirkətdə "Səhər" proqramının baş redaktor müavini vəzifəsində işləyir (1996-cı ildən). Hər bazar günü uşaqların maraqla dinlədikləri "Biləyən" radio verilişinin yaradıcısı, müəlliflərindən biri və redaktorudur (1975-ci ildən). Ədəbi fəaliyyətə 60-cı illərdən başlamışdır. Onun hekayələri, felyetonları, publisist yazıları və tərcümələri dövri mətbuatda müntəzəm çap olunur, efirdə səslənir. Son illər televiziya və dövri mətbuatda islam tərbiyəsi mövzusunda çıxışlar edir, "İmam Əli" (22 seriya) və "İmam Rza" (29 seriya) fılmlərinin dublyajına başçılıq edir.

Əsərləri
1.Nigarın nağılları. Bakı: Gənclik, 1979, 95 səh.
2.Ağ qızılın nağılı. Bakı: Gənclik, 1985, 35 səh.

Tərcümələri
1.L.N.Tolstoy. Əsərləri. XII c. Bakı: Yazıçı, 1983, 233 səh.
2.L.N.Tolstoy. Əsərləri. XVI c. Bakı: Yazıçı, 1984, 292 səh. (şərikli)
3.V.V.Ovçinnikov. Palıd kökləri. Bakı: Azərnəşr, 1985, 300 səh.
4.M.M.Zoşşenko. Lenin haqqında hekayələr. Bakı: Gənclik, 1988, 40 səh.
5.F.Məmmədova. Azərbaycanın siyasi tarixi və tarixi coğrafiyası. Bakı: Elm, 1990, 256 səh.

Filmoqrafiya
1. Dağlı çörəyi (film, 2007)


Tarix: 17.01.2013 / 20:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 602 Bölmə: Şairlər və Yazıçılar
loading...