beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İsa Həbibbəyli

İsa Əkbər oğlu Həbibbəyli — filologyia elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü - akademik.

Həyatı

İsa Həbibbəyli 1949-cu il oktyabrın 16-da Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Danzik kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutu Naxçıvan filialının dil-ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Filologiya elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının, Nyu-York Elmlər Akademiyasının, Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, Atatürk Kültür, Dil və Tarix Qurumunun müxbir üzvüdür. Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər İttifaqının üzvüdür. Əməkdar elm xadimidir. 56 monoqrafiyanın, broşürün, dərsliyin, metodik vəsaitin və tərtib kitabının, 300-dən çox elmi məqalənin müəllifidir. Rus dilini bilir."

1971-ci ildən Şərur rayonunda kənd orta məktəbində müəllim işləmişdir. 1975-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim, dosent, elmi işlər üzrə prorektor vəzifələrində çalışmışdır. 1996-cı ildən Naxçıvan Dövlət Universitetinin rektorudur.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Birinci və ikinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur.

2005-ci il noyabrın 6-da 2 saylı Şərur seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Belçika, Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan-Pakistan, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

3 övladı var.


Tarix: 16.01.2013 / 20:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 254 Bölmə: Şairlər və Yazıçılar