beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çingiz Abdullayev

Abdullayev Çingiz Akif oğlu – nasir, publisist, 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, hüquq elmləri doktoru (1991).

Həyatı

Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.[1] Atası Abdullayev Akif Abdulla oğlu Böyük Vətən müharibəsinin iştirakçısı olmuş, Naxçıvan Muxtar Respublikasında prokuror, Bakı şəhərində prokuror müavini, Azərbaycan Vəkillər Rəyasət Heyətinin sədri vəzifələrində çalışmışdır. Ç.Abdullayev Bakıda 189 saylı şəhər məktəbini bitirmişdir (1976). Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirmişdir (1976-1981). Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlamışdır (1981). Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olmuşdur (1984-1986). Sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışmışdır. 1989-cu ilin fevralından Azərbaycan Yazıçılar İttifaqının katibi olmuşdur. Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır (1988). Polşanın Krakov universitetinin fəxri professorudur (1989). H.Z.Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri (1990-cı ildən) və Azərbaycan Yazıçılar Birliyinin katibi (1991-ci ildən) seçilmişdir. Azərbaycan Demokratik Ziyalılar İttifaqı nəzdində olan milli akademiyanın doktorudur (1990). Beynəlxalq cinayət problemi barədə doktorluq dissertasiyası müdafıə etmişdir (1991). Azərbaycan PEN klubunun vitse-prezidentidir (1990).

Ədəbi fəaliyyətə tələbəlik dövründən başlamışdır. 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir. Rus dilində yazıb-yaradır. İngilis və italyan dillərində sərbəst danışır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılmış, 20 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılmışdır. Bütün bu kitablar onu siyasi detektiv janrında yazan ən yaxşı müasir yazıçı kimi tanıtdırmışdır. Xidmətlərinə görə Qırmızı Bayraq ordeni və medallarla təltif olunmuşdur. Keçmiş SSRİ Yazıçılar İttifaqının nümayəndələri tərkibində Çexoslovakiya, Yuqoslaviya (1978), Bolqarıstan (1986), Danimarka (1989), Polşada (1989) səfərdə olmuşdur.

Çingiz Abdullayev 2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə şöhrət ordeni ilə təltif edilib.[2]

Filmoqrafiya
Dronqo (serial, 2002)
Məhkumlar (film, 2007)
Tərsinə çevrilən dünya (2011)

Əsərləri

Romanlar
Çingiz Abdullayev. Mavi mələklər. Bakı: Yazıçı, 1993
Çingiz Abdullayev. Əclafların qanunu. Bakı: Zaman, 1997
Çingiz Abdullayev. Qanın üç rəngi. Bakı: Azərbaycan, 2001
Çingiz Abdullayev. Allahın tərəfində. Bakı: Çıraq, 2003
Çingiz Abdullayev. Müqəddəs olmaq istəyi. Bakı: Adiloğlu, 2004
Çingiz Abdullayev. Alçağın üslubu . Bakı: Çıraq, 2005
Çingiz Abdullayev. Məhşər ayağında. 2 cilddə. I cild. Bakı: Çıraq, 2005
Çingiz Abdullayev. Məhşər ayağında. 2 cilddə. II cild. Bakı: Çıraq, 2005
Çingiz Abdullayev. Payız madriqalı. Bakı: Yurd, 2005
Çingiz Abdullayev. Monte-Mario təpəsində ölüm. Bakı: Çıraq, 2005
Çingiz Abdullayev. Mənim gözəl alibim . Bakı: Nurlan, 2006
Çingiz Abdullayev. Bağdadlı əlaqələndirici. Bakı: Çıraq, 2006
Çingiz Abdullayev. Unudulmuş röya. Bakı: Çıraq, 2006
Çingiz Abdullayev. Yalnız özümüzünkülər. Bakı: Çıraq, 2007
Çingiz Abdullayev. Qatil üçün Qran-Pri. Bakı: Kitab klubu, 2007
Çingiz Abdullayev. Üçüncü variant. Bakı: Nurlan, 2007
Çingiz Abdullayev. Döyüşçünün yolu. Bakı: Çıraq, 2007
Çingiz Abdullayev. Manyakın idrakı. Bakı: UniPrint, 2008
Çingiz Abdullayev. Gedər-gəlməz. Bakı: Nurlan, 2008
Çingiz Abdullayev. Quba kapriççiosu. Bakı: Nurlar, 2008
Çingiz Abdullayev. Qisasın ölçüsü. Bakı: Çıraq, 2008
Çingiz Abdullayev. Məhəbbət və nifrətin ölçüsü. Bakı: Çıraq, 2009
Çingiz Abdullayev. Etiraflar vadisi. Bakı: Çıraq, 2009
Çingiz Abdullayev. Hammurapi məcəlləsi. Bakı: UniPrint, 2009
Çingiz Abdullayev. Centlmen sövdələşməsi. Bakı: Çıraq, 2009
Çingiz Abdullayev. Manipulyator. Üç payız günü. Bakı: UniPrint, 2009
Çingiz Abdullayev. Göy mələklər. Bakı: Çıraq, 2009
Çingiz Abdullayev. Payız madriqalı. Bakı: Nurlar, 2009
Çingiz Abdullayev. Saturnun tövbəsi. Bakı: Nurlar, 2010
Çingiz Abdullayev. Paralel həyat. Bakı: 2010
Çingiz Abdullayev. Veneranın ikinci dəfə həyata gəlməsi. Bakı: 2010
Çingiz Abdullayev. Əfsanəyə çevrilmə haqqı. Bakı: Xatun Plyus, 2010
Çingiz Abdullayev. Kandaqardan agent. Bakı: 2010
Çingiz Abdullayev. Sonuncu divarın daşları. Bakı: Nurlar, 2010
Çingiz Abdullayev. İrodun kölgəsi. Bakı: UniPrint, 2010
Çingiz Abdullayev. Tənha ürəklərin evi. Bakı: 2010
Çingiz Abdullayev. Mavi mələklər. Bakı: Qanun, 2011
Çingiz Abdullayev. İnsan ovu. Bakı: Qanun; Əli və Nino, 2011
Çingiz Abdullayev. İnsan ovu. (tərcümə M.Dadaşqızı) Bakı: Zərdabi LTD, 2011
Çingiz Abdullayev. İngilis bulvarı. Bakı: Qanun, 2011
Çingiz Abdullayev. Ölümü özün seç. Bakı: Qanun, 2011
Çingiz Abdullayev. Bakı bulvarı. Bakı: Qanun, 2011
Çingiz Abdullayev. Milad bayramında açılan atəş. Bakı: Zərdabi LTD, 2011
Çingiz Abdullayev. Abırlı adam. Bakı: Qanun, 2011
Çingiz Abdullayev. Tver bulvarı. Bakı: Qanun, 2011
Çingiz Abdullayev. Məntiq qaydaları. Bakı: Qanun; Əli və Nino, 2012
Çingiz Abdullayev. Dərdimə şərik ol. Bakı: Qanun; Əli və Nino, 2012
Çingiz Abdullayev. Hammurapi qanunu. Bakı: Qanun; Əli və Nino, 2012
Çingiz Abdullayev. Prezident ovu. Bakı: Qanun; Əli və Nino, 2012
Çingiz Abdullayev. Xəzinadar. Bakı: Qanun; Əli və Nino, 2012
Çingiz Abdullayev. Yekun diaqnoz. Bakı: Qanun; Əli və Nino, 2012
Çingiz Abdullayev. Sutenyorun qəlbi. Bakı: Zərdabi LTD, 2012

Povestlər
Çingiz Abdullayev. Bir ümman nifrət. Bakı: Çıraq, 2004
Çingiz Abdullayev. Pəri busəsi. Bakı: Nağıl evi, 2007
Çingiz Abdullayev. Aşkar metamorfoza. Bakı: 2011
Çingiz Abdullayev. Milyardın dəyəri. Bakı: Qanun; Əli və Nino, 2012
Çingiz Abdullayev. Andorra sevməli və ölməli yerdir. Bakı: Qanun; Əli və Nino, 2012


Tarix: 14.01.2013 / 19:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1090 Bölmə: Şairlər və Yazıçılar