Anna Stranski-Cek London
Mən demişdim, insanları tiplərə bölmək olar? Əgər demişdimsə icazə ver dəqiqləşdirim — hamısını yox. Sən şübhələnirsən, mən səni heç bir tipə aid edə bilmərəm, səni sınaya bilmərəm. Mən fəxr edirəm ki, 10 insandan 9-nun davranışını qabaqcadan müəyyən edə bilirəm. Sözlərə və davranışlara görə mən 10 insandan 9-nun ürək döyüntülərinin ritmini müəyyənləşdirə bilərəm. Amma onuncusu mənim üçün bir müəmmadır, ümidsiz bir haldayam, çünki bu məni aşan bir şeydir. Bu onuncu məhz sənsən.Elə bir şey olubmu ki, iki sakit ruh, bir-birindən belə fərqlənən, bir-birinə belə yaraşırlar? Əlbəttə, biz çox vaxt eyni tərzdə düşünürük, lakin hətta fərqli hisslər keçirərkən belə bir-birimizi başa düşürük, hərçənd bizim ortaq dilimiz yoxdur.Lakin bizə ucadan tələffüz edilmiş sözlər lazım deyil. Biz bunun üçün həddindən artıq anlaşılmaz və müəmmalıyıq. Ola bilsin ki, Tanrı bizim səssiz tamaşamıza baxaraq gülür.Bütün bunlarda yeganə işıltı bizim şiddətli, yetərincə böyük temperamentə malik olmağımızdır ki, bizi başa düşə bilsinlər. Düzdür, biz bir-birimizi tez-tez başa düşürük. Amma biz şübhələndikcə sezilməyən işıltılarla, tutqun hisslərlə, kabuslar kimi, bizi izləyəcəklər bütün bu hisslər doğrunu qəbul etdirərək. Bununla belə mən sənin davranışlarını müəyyənləşdirə bilmədiyim həmin onuncu insan olduğuna inanmağa cəsarət etmirəm.İndi məni başa düşmək çətindir? Bilmirəm, bəlkə də bu belədir. Mən ümumi dil tapa bilmirəm.Böyük temperament — budur bizə bir yerdə olmaq imkanı verən. Bir saniyədə qəlblərimizdə əbədilik alışdı və biz bir-birimizə bağlandıq, baxmayaraq ki, biz belə fərqliyik.Mən gülümsəyirəm sən dərindən heyran olanda? Bu təbəssümü bağışlamaq olar mı — xeyr, bu həsəd təbəssümüdür. 25 il mən sarsılmış halda yaşamışam. Mən valeh olmamağı öyrəndim. Bu elə bir dərsdir ki, unutmaq olmur. Mən unutmağa başlayıram, amma bu kifayət deyil. Ən yaxşı halda ümid edirəm ki, hər şeyi unudacağam, yaxud demək olar ki, hər şeyi. Mən artıq sevinə bilərəm. Yavaş-yavaş öyrənirəm, mən xırda şeylərə sevinirəm, amma mən daxilimdə olan şeyə sevinə bilmərəm, özümün ən gizli düşüncələrimə sevinə bilmərəm, bilmərəm. Mən aydın şəkildə fikrimi bildirmirəm? Sən mənim səsimi eşidirsən? Qorxuram ki, yox. Dünyada çox riyakar insan var. Mən onlardan ən uğurlusuyam.
Tarix: 19.11.2013 / 03:59 Müəllif: Akhundoff Baxılıb: 216 Bölmə: Xarici Əsərlər