1959-cu ildə Moskvaya yollanmamışdan əvvəl bir neçə adamdan özümü Xruşşovla necə aparmağım barədə mənə məsləhət vermələrini xahiş etdim. Üç məsləhət xüsusilə yaddaşıma həkk olunub.
Xəstəxanada xərçəngdən ölüm ayağında olan Con Foster Dalleslə görüşdüm. Ona dedim ki, bir çox alimnüma adamlar qəzet və jurnallardakı yazüannda məsləhət görürlər ki, mənim əsas vəzifəm Amerika Birləşmiş Ştatlarının sülh tərəfdarı olduğuna Xruşşovu inandırmaqdır. Dalles bununla razılaşmadı. Və dedi: "Bizim sülh tərəfdarı olmağımıza onu inandırmaq sizə qətiyyən lazım deyil. Bu ona çox gözəl məlumdur. Siz onu inandırmalısız ki, o, müharibəni uda bilməz".
Böyük Britaniyanın baş naziri Harold Makmillan bir az əvvəl Moskvada Xruşşovla görüşmüşdü. O, nəzərimə çatdırdı ki, Xruşşov olduqca məğrur adamdır və hər şeydən əvvəl, onunla özünüzə tay adam kimi davranmalısınız. Makmillan əlavə etdi ki, o, "bizim klubun üzvü" olmağı çox arzulayır.
Çox ehtimal ki, ən mühüm məsləhəti gözləmədiyim mənbədən - mətbuatda mənim ən ədalətli tənqidçilərimdən biri olan Uolter Lipmandan aldım. O dedi ki, ən mühümü mənim görüşə hazır olmağımdır. Əks təqdirdə, Xruşşov məni adi kommunust ritorikası içərisində batıracaq. O məni inandırdı ki, söhbəti konkret aparmalıyam. Müzakirə etmək istədiyim məsələləri qabaqcadan dəqiq müəyyənləşdirməli, onun müzakirə etmək istədiyi məsələlərdən diqqəti yayındırmalıyam. Onun məsləhəti Xruşşovla söhbət üçün əks arqumentlər hazırlamaqda mənə kömək edən mühüm amil oldu. Sonralar bu danışıqları "Moskvada mətbəx diskussiyası" adlandırdılar. Böyük dövlət xadimləri ilə, siyasətçilərlə, yaxud hər hansı başqa bir sahənin lideri ilə görüşməli olan hər kəsə Lipmann məsləhətini təkrar edərdim.
Bu üç məsləhət söhbətin necəliyinin yalnız şəxsi həyatda deyil, tarixi situasiyalarda da böyük rol oynadığına dəlalət edir. Söhbət də, siyasət kimi, elm deyil, incəsənətdir, lakin müasir incəsənətdən fərqli olaraq onun qədəri biçimsiz, formasız deyildir.
Lipmanın məsləhəti misilsizdir. Hazırlıqsız söhbət mövzudan-mövzuya keçəcək, mühüm şəxslə görüşdüyünüzə görə məmnunluq hissinizdən başqa, o qədər də səmərəsi olmayacaq.
Bu, birinci qaydadır.
İkinci qayda odur ki, söhbət qısa olınalıdır. Hərdən kimsə mənim qarşımda öyünəndə ki, hansısa yüksək vəzifəli şəxslə üç saat ərzində söhbət etmişdir, mən dərhal qarmaqarışıq bir danışıqdan söz getdiyini anlayıram. Altmışıncı illərdə, mən artıq iş başında olmayanda, prezident de Qoll Parisə hər gəlişimdə mənimlə görüşürdü. 1963-cü ildə Yelisey sarayında onun və xanım de Qollun mən və xanımım üçün təşkil etdikləri iki saatlıq səhər yeməyindən başqa bütün görüşlərimiz üçün yarım saatlıq vaxt təyin olunurdu. Hətta söhbətin ən qızğın çağında belə vaxt bitən kimi de Qoll nəzakətlə, ancaq təkidlə görüşü sona çatdırırdı. Əgər bəzən o bunu etməyəndə belə, mən stuldan qalxır, xudahafizləşirdim. Hər ikimiz vaxtımızın az olduğunu bildiyimizə görə qarşılıqlı iltifata vaxt itirməzdik. Hər ikimiz öz istədiyimiz məsələlərdən danışardıq. Həmin söhbətlər nə qədər qısa olsa da, dovlət xadimi kimi sonrakı fəaliyyatimdə mənə çox kömək eləmişdi.
Lakin olduqca qısa söhbətlərə üstünlük vermək də ifrata varmaq olardı. Keçmiş senator Ed Maski Vaşinqtonda rəsmi nahar zamanı Kalvin Kulidlə yanaşı əyləşmiş siyasətçi qadının başına gəlmiş əhvalatı danışardı. Həmin qadın bilirdi ki, Kulid az danışandır. Onunla açıq söhbət etmişdi: "Cənab prezident, siz mənə mərci udmaqda kömək edərsinizmi? Rəfiqəm mənimlə mərc tutub ki, bütün nahar zamanı sizdən iki kəlmədən artıq söz eşidə bilməyəcəyəm." Kulid cavab verir: "siz uduzmusunuz" və yeməyə davam edir.
Söhbətdən ən çox fayda götürməyin üçüncü qaydası, söhbəti, imkan olduqca, təkbətək aparmaqdan ibarətdir. Özünüzlə görüşə apardığınız hər bir artıq adamla sohbətin keyfiyyəti aşağı düşür.
Bir yaxşı qayda da var: söhbət əsnasında yazılı qeydlər etməmək! Bundan söhbətin səmimiyyəti itir. Yalnız təfərrüatlar müzakirə olunanda nəyisə qeyd etmək olar. Mənim prezident olduğum dövrdə xarici rəsmi şəxslərlə apardığım danışıqların səviyyəsinin prezident olmadığım illərdəki belə söhbətlərin səviyyəsindən aşağı olmasının səbəbi yanımda hər dəfə söhbəti dəqiq qələmə alan şəxslərin olmasının zəruriliyi idi. Əgər sizinlə danışıq aparan adam söhbətin yazıldığını görürsə, o, stenoqram üçün danışır, əgər o, söhbətin yazılmadığını görsə, onda tarix üçün danışacaq. Rəsmi vəzifə tutmadığım dövrdə hökmən belə qaydaya riayət edirdim: xarici rəhbərlərlə görüşərkən heç zaman özümlə köməkçi, hətta tərcüməçi götürməzdim.
Başqa bir qayda odur ki, əgər siz cavab görüşünə dəvət almaq istəyirsinizsə, heç vaxt danışıqların məxfiliyini pozmayın. Əgər siz həmsöhbətinizlə açıq danışıq istəyirsinizsə, o əmin olmalıdır ki, siz onun etimadından sui-istifadə etməyə çəkinirsiz. Prezident, yaxud digər rəsmi şəxs öz köməkçilərindən və ya aparat əməkdaşlarından düzgün, açıq məsləhət almaq istəyirsə, yenə də bu qaydaya riayət etməlidir. Mənim ən yaxşı müşavirlərimdən biri Artur Berns idi. Federal ehtiyat sisteminin sədri təyin olunanadək o, bu vəzifəni daşıyırdı. Əvvəllər, Eyzenhauerin administrasiyasında o, İqtisadi müşavirlər şurasıınn sədri idi. Bizim ilk söhbətlərimizin birində dedi ki, əməkdaşların əksəriyyəti prezidentə onun eşitmək istsdiklərini söyləyir.Özü isə bir müşavir kimi belə hesab edirdi ki, prezidentə zəruri olan düzgün məlumat verilməlidir. Belə müşavirlər qiymətli olduqları qədər də nadir insanlardır.
Söhbətdə ən çox kimin danışması isə söhbətdə kimlərin iştirak etməsindən asılıdır. Ən faydalı və dolğun görüşlərimdən biri Nyu-Yorkda general Makartur ilə olmuşdu. Makartur həmişə söhbət edərkən özü danışar, həmsöhbəti isə qulaq asardı. Bu hər dəfə möhtəşəm bir tamaşa idi. O, "Uoldorf tauere"dəki cah-calallı mənzilində vargəl edər, xarici siyasət, iqtisadi problemlər, siyasi həyat haqqında fövqəladə bilik nümayiş etdirməklə müsahibini hipnoz edirmiş kimi ilhamla nitq söyləyərdi. Onun fikirləri həmişə ciddi surətdə mütəşəkkil, təhkiyəsi parlaq olurdu. Əgər onun nitqi stenoqrafist tərəfindən yazılıb təqdim edilsəydi, heç bir redaktəyə ehtiyac olmazdı. Makartur ilə müqayisə edilə biləcək tanıdığım yeganə lider Sinqapurdan olan Li Kuan Yu idi. Əgər bu iki siyasətçi təkbətək görüşüb söhbət etmək imkanma malik olsaydılar, onlanrı dinləməkdən ötrü mən divara qonmuş milçək olmağa belə razılaşardım.
Şübhəsiz ki, bizim yüzilliyin ən cəzbedici lideri olan Uinston Çörçilldə də dialoqda belə analoji üstünlüyə malik olmaq meyli güclü idi. Çarlz Snou Çörçill və Lloyd Corc arasındakı fərqi özünəməxsusluqla belə izah edir: əgər söhbət hava şarından düşsə, Çörçill sizi ovsunlayaraq bir saat ərzində hər şey haqqında nə məlumdursa, hamısını sizə danışacaq. Lloyd Corc isə sizdən hava şarı haqqında nə bildiyinizi soruşacaq və bir saat ərzində sizin dediklərinizi dinləyəcək. Lakin Çörçill söhbət sənətinin incəliklərinə dərindən bələd idi. "Böyük müasirlərimiz" kitabında Balfuru ( 1902-1905-ci illərdə İngiltərənin baş naziri -tərcüməçi) yüksək qiymətləndirərək yazırdı: "Balfurla gorüşüb söhbət edən hər kəs onun özünü yalnız yaxşı cəhətdən göstərdiyini söyləyirdi."Kiməsə yüksəkdə durduğunu hiss etdirməyin ən yaxşı yolu onun rəyini soruşmaq və onu dinləməkdir. Digər tərəfdən, əgər siz də müsahibinizə yüksəkdə durduğunuzu təlqin etmək istəyirsinizsə, dəyərli sözlər danışmalısınız. Lakin əgər sizi qonaq dəvət ediblərsə, söhbəti aparmağı ev sahibinə həvalə etməlisiniz. Vudi Hayeslə mən ilk dəfə 1957-ci ildə Ohayo ştatı futbolçularının Ayova komandası üzərindəki qələbəsi münasibətilə (bu qələbə onları "Böyük onluq" çempionatının qalibi etmişdi) görüşmüşdüm. Mən futboldan danışmaq istəyirdim, o isə xarici siyasət məsələlərini önə çəkdi. Biz xarici siyasət haqqında söhbət etdik.
Mənə nə zamansa verilmiş ən çətin suallardan biri budur: görüşdüyünüz adamlardan kiıni ən maraqlı həmsöhbət hesab edirsiniz? Təxminən qırx il ərzində mənə əsrimizin ən görkəmli kişi və qadınları ilə görüşüb sohbət etmək nəsib olmuşdur. Buna görə də, onların arasından bir nəfər kimisə seçmək müşkül məsələdir. Şübhəsiz ki, ən maraqlı həmsöhbətlərimdən biri Elis Ruzvelt Lonquort idi. EIis öz qonaqlarını söhbətə cəlb etməkdə müstəsna qabiliyyətə malik idi, özü də söhbət etməyi unutmurdu. O, nədən danışırdısa istər tarixi mövzu olsun, istər siyasi həyat, xarici siyasət mövzuları və ya sosial problemlər olsun - onların hamısında eyni dərəcədə yüksək intellekt nümayiş etdirirdi. Lakin, hər şeydən əvvəl, onda insanları tanımaq qabiliyyəti vardı. Özünün Vaşinqtondakı evində verdiyi ziyafətlərdə çoxlu görkəmli şəxslər iştirak edirdi. Lakin ən görkəmlısi o özü idi. Heç kim, nə qədər məşhur adam olursa-olsun, onu kölgədə qoya bilmirdi. O, mübahisəli məsələlər baqqında öz fikrini söyləməkdən heç vaxt qorxmurdu, qeybət etməkdən də çəkinmirdi. Eİis heç da hər zaman haqlı olmurdu, lakin onunla adam heç vaxt darıxmırdı. Əgər kardinal Rişelye Elis Lonquort ilə tanış olsaydı, XIII Lüdovikə deməzdi ki, "qadından heç vaxt intellekt gözləmə". Elislə müqayisə oluna bilinəcək yeganə adam Avstraliyadan olan Robert Menzis idi. Əgər o, Avstraliyada yox, İngiltərədə doğulsaydı, şübhəsiz ki, Uinston Çörçill kimi nəhəng baş nazir olardı.
Eyzenhauer də çox əla həmsöhbət idi. Mən bunu ilk dəfə 1951-ci ildə Parisdə onunla görüşdüyüm zaman anladım. Mən o vaxt Kalifomiya ştatından az tanınan bir senator idim və hələ vitse-prezident postu üçün 1952-ci ilin seçki mübarizəsinə qoşulmamışdım. Eyzenhauerin də prezidentliyə namizədliyi hələ irəli sürülməmişdi, lakin hamı gözləyirdi ki, belə olacaq. O, bütün həyatı boyu siyasi xadim olmadığını daim təsdiq etsə də, sadəcə siyasi xadim yox nəhəng siyasətçi olmayan heç kəs İkinci Dünya müharibəsində Avropada müttəfiq qoşunların ali baş komandanı ola bilməzdi.
Bizim görüşümüz zamanı o dərhal mənim üçün sərbəst şərait yaratdı. Eyzenhauer də Qoll kimi öz yazı masasının arxasında əyləşmədi, mənimlə yanaşı divanda oturdu. Mənim bioqrafiyamı öyrənmişdi və Xissin işi üzrə fəaliyyətimi yüksək qiymətləndirdi. Söylədiyinə görə, diqqətini cəlb edən əsas cəhət təhqiqatı vicdanla aparmağım olmuşdu. Çoxları dünyada məşhur olan sərkərdənin hər bir problemlərdən danışacağını gözləyərdi. Lakin o, kommunist təhlükəsini dəf etmək üçün Avropada adekvat hərbi qüvvənin yerləşdirilməsi lüzumu üzərində dayanmadı, diqqəti daha çox Avropanın iqtisadi dirçəlişinə yönəltdi. Bir saatlıq söhbət əsnasında Ezenhauer qarşıdakı seçkilərdən bir kəlmə də danışmadı. O bilirdi ki, vəzifə almağın ən yaxşı qaydası - bu vəzifəyə yiyələnmək istədiyini bildirməməkdir. O, özünün bu rolunu çox gözəl oynadı.
Həm prezidentliyim dövründə, həm də ondan əvvəlki və sonrakı dövrlərdə keçirdiyim təxminən minə qədər söhbətdən yaddaşımda həkk olunanı çox azdır. 1963-1964-cü illər dövründə de Qoll, Adenauer və Filippinin görkəmli xarici işlər naziri Karlos Romulonun bir-birindən xəbərsiz mənə eyni məsləhəti vermələri məni indiyədək təəccübləndirir. Onların hər üçü bir-birilə heç bir əlaqə saxlamadan Birləşmiş Ştatlarla Çin arasında yeni münasibətlərin bərqərar olması üçün zəmin yaratmağı mənə tövsiyə etdilər. Üç il sonra mən onlann fikirlərini "Forin affers" jumalında dərc etdirdiyim və barışıq üçün ilk addım olan məqaləmdə aks etdirdim. Barışığın özü isə 1972-ci ildə mənim Pekinə səfərim zamanı baş tutdu.
Məndə təkbətək görüşümüz zamanı dərin təəssürat oyadan başqa bir lider isə Manlio Brozio olmuşdur. O, İtaliyanın Moskvada və Vaşinqtonda səfiri olmuş, sonra NATO-nun baş katibi vəzifəsinə irəli çakilmişdi. Altmışıncı illərin ortalarında avropalıların əksəriyyəti Sovet İttifaqı ilə münasibətlərdə gərginliyin zəifləməsinə təkid edandə, o, səbrli olmağı məsləhət görürdü. Deyirdi ki, "Mən rusları yaxşı tanıyıram. Onlar dünyanın ən böyük aktyorlardır, usta yalançıdırlar. Onlar belə hesab etmirlər ki, aldatmaq pis əməldir, düşünürlər ki, mənafeləri tələb edirsə, yalan danışmağa borcludurlar."
Görüşdüyüm hər bir britaniyalı siyasi xadim yaddaşımda gözəl həmsöhbət kimi qalmışdır; həm də bəlkə ona görə ki, biz eyni dildə danışırıq. Çörçill və Makmillandan başqa Conatan Eytken, Culian Emeri, Ted Xit, Alek Xyum, Kristofer Soms, Marqaret Tetçer və Harold Vilsonla söhbətləim də xatirimdə dərin iz buraxmışdır.
Heç şübhəsiz ki, Qorbaçov da ən əla həmsöhbətdir. Onun əfsanəvi cazibə qüvvəsinə malik olması haqqında eşitdiyimə görə 1986-cı ildə Kremldə məni qəbul edərkən hədsiz lütfkarlığına təəccüb etmədim. Lakin məndə ən guclü təəssürat doğuran o oldu ki, Qorbaçov saatyarımlıq söhbət əsnasında heç bir qeydə baxmadan və köməkçilərinə müraciət etmədən Sovet-Amerika münasibətləri, o cümlədən silahlanmaya nəzarətin mürəkkəbliyi haqqında müzakirələrdə böyük uzaqgörənlik, erudisiya və qətiyyət nümayiş etdirdi. Söhbətə yaxşı hazırlaşıbmış... Mən "dəmir pərdə" haqqında Çörçillin nitqini xatırladanda, o, "soyuq müharibə"yə Şərqi Avropanı həyasızcasına işğal edən Stalinin başladığını bilməyirmiş kimi cəld cavab verdi ki, "bəli, Missuri ştatında, Fultonda etdiyi çıxışdır, həmin çıxışla da "soyuq müharibə"nin əsasını qoydu." Qorbaçovla söhbətə gedən hər kəs ciddi haztrlaşmalıdır. Çətin vəziyyətlərdən heç kim onun qədər məharətlə çıxa bilmir.
Dövlət xadiminin diplomatik cəbbəxanasında söhbət, yuxarıdaka qaydalara riayət edəcəyi təqdirdə, ən güclü silah ola bilər:
Söbbətin gedişini sərbəstləşdirmək üçün digər tərəfin kokteylə dəvət olunması təcrübəsi haqqında nə demək olar? Bilirəm ki, diplomatlar arasında bu çox geniş yayılmışdır, lakin mən məsləhət görmürəm. Əgər siz söhbətdən zövq almaq istəyirsinizsə - bu bir işdir. Əgər nəyisə öyrənmək istəyirsinizsə - bu artıq tamamilə başqa işdir. Mən belə nəticəyə gəlmişəm ki, ən məhsuldar söhbətlər ictimai tədbirlərdə yox, iş vaxtında baş tutur. Samuel Consonun bu müdrik məsləhətini həmişə yadda saxlamaq lazımdır: "Alkoqol sohbəti maraqlı etmir. O, sadəcə, şüuru elə vəziyyətə gətirir ki, hər hansı bir söhbət maraqlı görünür."
MÜƏLLİMLƏR
Beşyaşlı uşaqlann əksəriyyəti kimi ən balaca nəvəm Melani Eyzenhauer də bəzən hazırlıq məktəbinə getməyib, evdə qalmağı xoşlayır. Bir dəfə ondan soruşdum ki, niyə məktəbə getmirsən? Cavab verdi ki, məktəbi heç görmək istəmir. Dedim ki, mənim bildiyimə görə, axı o, bu yaxınlarda tanış olduğum müəllimini çox istəyir. Bir an fikirləşib, söz qaytardı: məktəbi görməyə gözüm yoxdur, ancaq müəllimimi sevirəm.
Müəllimə bu isti münasibət onda təsadüfən yaranmayıb. Nənəsi Pet, 1938-ci ildə biz onunla ilk dəfə görüşəndə, Uittiyerdəki orta məktəbdə ən məşhur müəllimələrdən biri idi. Müxtəlif məktəblərdə - orta məktəbdə, Uittiyer kollecində, Dyuk universitetinin hüquq fakültəsində oxuduğum on səkkiz il ərzində pis müəllimlərimin olduğunu xatırlamıram. Amma bir çox yaxşı müəllimlərimi məmuniyyətlə yada salıram. Mənim bəxtim onda gətirmişdi ki, altmışıncı illərin "mütərəqqi" təhsil islahatlarının tədris proqramlarını kökündən dəyişdirməsindən və təhsilin keyfiyyətini pisləşdirməsindən əvvəl oxumuşdum.
Mənim ilk müəllimim anam olmuşdur. O mənə saatlarla öyüd-nəsihət verir, ev tapşırıqlarını hazırlamağa kömək edir, məndə biliyə məhəbbət oyadırdı. Birinci sinifdə mənə çox görkəmli bir müəllim dərs dedi. Qeyri-kafi aldıgım rəsmxətdən savayı bütün qiymətlərim "əla" idi. Beşinci sinifdə miss Barum "Neşnl doqrefik" jurnalını oxutmaqla mənə coğrafiyanı və bu jurnalı sevdirdi. Yeddinci sinifdə Lüis Koks məndə tarixə maraq oyatdı və sonra kollecdə oxuyarkən onu ixtisas fənni kimi seçdim.
Riyaziyyatı çox çətinliklə öyrənə bilirdim. Lakin mister Miano və miss Ernsberger cəbr və həndəsədə müvəffəq olmağa mənə kömək etdilər. Yaxşı xatırlayıram, Fullerton orta məktəbində oxuyarkən, miss Ernsberger bizə çətin bir ev tapşırığı verdi və dedi ki, kim həll etsə, illik qiyməti "əla" olacaq. Mən axşam saat doqquzda mətbəxdə işə başladım. Ev olduqca soyuq idi, mən qazı yana-yana qoymaqdan əlavə, duxovkanın qapısını da açmışdım. Səhər saat dörddə anam pirojki bişirib dükana göndərmək üçün mətbəxə gəldi. Bir azdan məsələni həll etdim. O vaxtdan məndə belə bir möhkəm inam yarandı: elə bir problem ola bilməz ki, onun üzərində kifayət qədər səylə işləyim, lakin həll edə bilməyim.
Mister Suortlinq hamımızda, hətta indi deyildiyi kimi, "linnqvistik fənlər"ə və "ictimai elmlər"ə maraq göstərənlərdə də kimyanı zəruri etməmişdən xeyli əvvəl o bu qaydanı mənimsəməyə bizi məcbur etdi. Və mən bütün karyeram boyu onun bu tövsiyəsinə riayət etmişəm. Miss Fink ingilis dilinin vurğunu idi və onun qrammatik qaydalara ciddi riayət etmək tələbi bu günə qədər mənimlədir. Bütün həyatım boyu gördüyüm ən tələbkar müəllim Uitterdaki orta maktəbdə Amerika tarixindən dərs deyən müəllim idi. Bu fikirdə olan tək mən deyildim. Məktəbi qurtarandan neçə il sonra eşitdim ki, onun uşaqlara aşağı qiymət verməsindən narazı olan valideynlərin sayı o qədər çoxalıb ki, onu müəllimlik fəaliyyətindən kənarlaşdırıb, günü uzadılmış qrupda işləməyə göndəriblər. Onun fənni bundan çox şey itirdi. O, mənim çox asanlıqla mənimsədiyim fənni tədris etsə də, ortadan bir az yuxarı səviyyə ilə kifayətlənmək əvəzinə məni qabil olduğum qədər yüksək pilləyə qalxmağa məcbur etdi. Mən həmişə belə hesab etmişəm ki, diş oyuğunu yaxşı təmizləmək üçün sizə ağrı verməkdən çəkinməyən stomatoloq ən yaxşı diş həkimi olduğu kimi, pis qiymət verən müəllim də ən yaxşı pedaqoqdur.
Uittiyer kollecində birinci kurs tələbəsi ikən fransız dili müəlliməmiz Parisdə ikiillik aspiranturanı yenicə bitirib gəlmişdi. "Piqmalion" əsərindəki professor Xiqqins kimi o da təkcə düzgün yazmağı yox, həm də düzgün danışmağı bizdən tələb edirdi. Doktor Pol Smit Amerika tarixi və konstitusiyası üzrə çox gozəl mühazirəçi idi. O, daha çox mütaliəyə olan ehtirası ilə yaddaşımda qalmışdır.
Mətbəədən yeni çapdan çıxmış kitablardan bəzi parçaları bərkdən oxuyarkən, sözün əsl mənasında, ağzımın suyu axırdı. Tələbələr professora böyük hörmət bəsləsələr də, zarafatla deyirdilər ki, onun "gülsulayan"nın altında islanmamaq üçün birinci cərgədə oturmasan yaxşıdır.
Doktor Albert Alpon ingilis dilinin əsasları kursunu tədris edirdi. Onun təklifi ilə yay tətilində Lev Tolstoyun bütün əsas əsərlərini oxudum.
Xristianlığın intibahı dövrünün fəlsəfəsindən bizə mühazirə oxuyan doktor Qerşel Koffin təlqin edirdi ki, indli sadəcə oxumaq yox, ondan gündəlik həyat üçün faydalı olan cəhətləri əxz etmək lazımdır.
Uittiyer kolleci müəllimlərinin məni bu gün də təəccübləndirən bir hərəkəti haqqında da danışmaq istəyirəm. 1930-1934-cü illərin böyük böhran dövründə illik məvacibi 2500 dollar olan dörd nəfər professor kollecə yardım göstərmək üçün könüllü olaraq maaşlarının dörddə birini onun hesabına keçirdilər.
Dyuk universitetinin hüquq fakültəsində belə maliyyə problemləri yox idi. Tadris cəhətdən də hər şey qaydasında idi. Dekan Castin Miller ölkənin ən istedadlı gənc müəllimlərini tədris işinə cəlb etməyə nail otmuşdu.
Sonralar məşhurlaşan müəllimlər Duqlas Maqqs konstitusiya hüququndan, Çarlz Loundes vergi qanunvericiliyindən, Malkolm Makdermott cinayət hüququndan, Brayan Boliç mülkiyyət qanunvericiliyindən və Klod Xorak istiqraz hüququndan mühazirə oxuyurdular. Onların hər biri öz sahəsinin gözəl mütəxəssisi idi.
Bəziləri təəccüblənəcək ki, siyasi elmlərdən dərs deyən professorları mən heç xatırlamıram. Səbəb odıır ki, siyasi elmlərə aid heç bir kursa getməmişəm, heç bir mühazirə dinləməmişəm və siyasi karyera ilə məşğul olmaq istəyənlərə də bunu məsləhət görürəm. Nəyə görə? Ona görə ki, siyasət elm deyil, sənətdir. Bu, insanlarla ünsiyyətdə olmaq sənətidir, onları öyrənməkdir. İnsanları isə siyasi elmlərə aid mühazirələri dinləməklə yox, dükanda satıcı işləməklə daha yaxşı öyrənmək olar.
Təhsil illərində xarici dilləri öyrənmək mühüm məsələdir. Bəziləri düşünə bilər ki, dördillik kurs ərzində latın dilini öyrənmək boş yerə vaxt itirməkdir. Dördillik fransız dili kursunu isə yığcamlaşdınb, Berlits metodu ilə dörd ayda tədris etmək olar. Dərhal razılaşıram ki, latın dilini öyrənmək faydalı olsa da, vacib deyildir. Hər halda, latın dilini öyrənməyi iki səbəbə görə məsləhət görərdim.
Birincisi, latın dili bütün dillərdən daha çox qaydaya salınmış dildir. Latın dilini bilməyim məntiqi düşünməkdə mənə kömək edir. Latın dilini bilməyin ikinci üstünlüyü ondadır ki, klassik Roma ədəbiyyatından ingilis dilinə edilən tərcümələr, o cümlədən Sezar, Siseron və Virgilinin əsərləri orijinala o qədər də yaxın olmadığına görə, onları orijinaldan oxumaq imkanı əldə edirsən. Bu, fransız dilinə daha çox aiddir. Fransız dili olduqca incə dildir. Bu dildən edilən bədii tərcümələr çox vaxt fransız mətninin əsl mənasını ifadə etmir. Russo, Volter, Monteskye və digər klasiklərin əsərlərini fransız dilində oxuyanda onların əsl ruhunu duymaq olur.
Mənim dövrümdəki təhsil sistemini tənqid edənlər deyə bilərlər ki, o mənə hər bir insanın gündəlik həyatında qarşılaşdığı praktik problemlərə aid faydalı məlumatlar verməyib. Lakin məhz elə bu da təhsilin məqsədi deyildir. Məktəb şüuru nizama salmalı, ağlı möhkəmləndirməli, düşünməyi və problemləri həll etməyi öyrətməlidir ki, insan dünyanı dərk edə bilsin.
Altmışıncı illərdə məktəblər həm sosial, həm də mədəni cəhətdən iflasa uğradı. Kolleclərdə tədris prosesinə dair problemlərin həlli özlərini müəllimlərdən və müdiriyyətdən daha ağıllı bilərək nəyi və necə öyrənməyi öz səlahiyyətlərinə aid məsələ hesab edən nümayişçi tələbələrin ixtiyarına verildi. Orta məktəblərdə müəllimlər və şagirdlər tədris və təhsildən daha çox vaxtlarını belə boş şeylərin müzakirəsinə həsr edirdilər ki, harda siqaret çəkmək olar - harda olmaz, saçın uzunluğu nə qədər olmalıdır və s. İbtidai məktəblərdə şagirdlər Vaşinqtondan ağılsız məmurların göndərdikləri yeni-yeni səfeh nəzəriyyələrin təcrübə dovşanlarına çevrilmişdilər.
Bütün bu qarmaqarışıqlıqda təhsilin əsas məqsədi unudulmuşdu. Altımışıncı illərə qədər təhsilin vəzifəsi şagirdi cəmiyyətin faydalı üzvü kimi yetişdirməkdən ibarət idi. Bunun sayəsində onlar öz iş yerlərində və ailəni dolandırmaqda məsuliyyət hiss edirdilər. Lakin sonra, altmışıncı illərda "iş və ailə" haqqında fikrin özü olduqca bayağı və qüsurlu hesab edilməyə başlandı. Şagirdləri yalnız ideoloqun və ya nəzəriyyəçinin beynində mövcud olan hansısa qeyri-real dünyanın mədəni və siyasi cəhətdən tam dəyərli vətəndaşına çevirmək təhsilin əsas vəzifəsi hesab edildi.
Yetmişinci illərdə müəllimlər artıq şagirdləri təhqir etmir və ya hansısa başqa formada hökmlərini yeritmirdilər. Əvəzində onlar öz şagirdlərini başa düşməyə, onlarla dostlaşmağa ciddi səy göstərirdilər. Lakin şagirdlərə dost lazım deyildir. Onlara müəllim lazımdır. Təhsil sisteminin əksər maarifpərvər işçiləri Amerika cəmiyyətinə görə xəcalət çəkərək və bu cəmiyyətin gənclərə hansısa bir mənəvi dəyər təklif edə biləcəyinə ümid bəsləməyərək, Amerika gənclərini talenin ümidinə qoymaqla onlara xəyanət etdilər. Həyatı rok vallarından və vahiməli filmlərdən öyrənmələrinə şərait yaratdılar.
Mənə yaxşı təhsil almaq nəsib olduğuna görə bəzi fikirlərimi oxucuların nəzərinə çatdırmaq istəyirəm. Düşünürəm ki, orta maktəb məzmunu artıq Şekspir, Dikkens, Bronjf kimi ingilis, Tolstoy kimi rus, Servantes kimi ispan yazıçılarınm əsərlərini oxumuş olanlardır. O, Hobbs, Lokk, Russo, Qandi, Martin Lüter Kinq haqqında nəsə bilməlidir. O, cəbri, həndəsəni, loqarifmik hesablamanı, biologiya, kimya və fizikanın əsasını bilməlidir. Bu fənlərdən şagirdlərimizin zəif olması bizim təhsil sistemimizin ən böyük qüsurunun nəticəsidir. 1957-ci ildə ruslar yerin süni peykini buraxandan sonra Amerika təhsil sisteminin başbilənləri təbii elmlərə və riyaziyyata daha çox diqqət yetirmək məcburiyyətində qaldılar. Birləşmiş Ştatlar hər bir şagirdə Yaponiya, Fransa, İtaliya və Kanadada olduğundan daha çox vəsait sərf edir. Lakin buna baxmayaraq, həmin ölkələrdə şagirdlər imtahanlarda təbiət fənnləri və riyaziyyatdan bizim şagirdlərə nisbətən daha yüksək nəticələr göstəririər. Xüsusi maraqları olan qruplar təhsilə dövlət təxsisatını artırmağa nə qədər səy göstərsələr də, Amerika təhsilinin itirilmiş keyfiyyətini artıq yalnız dollarla bərpa etmək mümkün deyildir. Bunun üçün təhsil sistemindən olan məmurlar tədrisin ənənəvi metod və prinsiplərinə üz tutmalıdırlar; həmin metod və prinsiplər ABŞ-a dünya sənayesinin qabaqcıl mövqelərinə çıxmağa imkan vermişdi.
Şagird az-çox hansısa xarici dili bilməli, Qərb bəstəkarlarının məşhur əsərləri ilə tanış olmalı, xristian, yəhudi, islam, buddizm kimi dinlərin və dünyanın daha bir ən böyük dini olan marksizm-leninizmin ehkamlarından baş çıxarmalıdır. O, öz ölkəsinin tarixini dərindən, dünya tarixini isə müəyyən qədər bilməlidir.
Yeri gəlmişkən qeyd edim ki, nəvələrim Cenni, Aleks və Kristofer öz dostları ilə birlikdə bizi görmək üçün Seddl-Riverə gələndə, mən onların elmlərdən necə yaxşı baş çıxarmasına, dünya haqqında necə geniş məlumata malik olmasına heyran qalıram. Kolleclərin məzunları ilə görüşəndə də onların nə qədər çox şey bildiklərinə təəccüb edirəm. Məni narahat edən onların biliyinin genişliyi yox, dərinliyidir. Onlar sayıq olmalıdırlar ki, Çembersin məsxərəyə qoyduğu "savadlı adam"a çevrilməsinlər. "Soyuq cümə günü" əsərində Çembers yazır: "Savadlı adama zaman və məkan haqqında hər şey məlumdur, lakin o indi saat neçə olduğunu bilmir."
Bizim çox zəngin irsimiz vardir. Bız onu nə qədər dərindən bilsək, bir o qədər qoruyub saxlaya bilər və övladlarımıza da bir o qədər yaxşı ötürə bilərik. İndi ideallara bir o qədər da əhəmiyyət verilmir. Deyirlər biz kifayət qədər çevik olmalıyıq ki, bu dəyişən dünyada məsələləri həll edə bilək. Lakin bu dəyişən dünyada müəyyən dəyişməz dəyərlərdən möhkəm yapışmağımız daha mühümdür.
Nəhayət, hər şey müəllimlərin üstündə tamamlanır. Dünyanın çox yerində müəllim peşəsi az məvacibli və az nüfuzlu peşələrdən sayılır. Mənim oxuduğum məktəblərin maddi bazasını indiki məktəblərlə heç müqayisə etmək olmaz. Lakin altımış il əvvəl heç bir peşə müəllim peşəsi qədər hörmətə malik deyildi. Biz Yorba-Lindada yaşayanda muəlimlərimiz hər təhsil ilinin sonunda, bir qayda olaraq, bizə gələr, ailə qonağı olardılar. Onlar üçün bu, işlərin bir hissəsi idi. Lakin mən və qardaşım bunu böyük hadisə hesab edirdik. Yaxşı xatırlayıram ki, mən üçüncü sinifdə oxuyanda, belə naharların birində anam desertə gilaslı ev dondurması hazırlamışdı. Mən o vaxtadək bu meyvədən dadmamışdım. Müəllimim dondurmanı yedi, gilaslara toxunmadı. O, gilasları necə acgözlüklə yediyimi görməyə büməzdi. Buna görə də, onları mənim üçün saxlamışdı.
Biz ümid edə bilmərik ki, uşaqlarımız onlara dərs deyən bütün müəllimləri sevəcəklər. Lakin onların öz müəllimlərinə hormət etməsi və müəllimlərin də bu hörmətə layiq olması çox mühümdür.
Təhsil sahəsində hər bir islahat təhsilin keyfiyyətinə yönəldilməlidir. Müəllimlərin maaşı ixtisas və staja görə müntəzəm artırılmalıdır. Belə olmasa, uşaqlarımız o qədər geri qalar ki, hətta yerdə fəlsəfə doktorlarına ehtiyac duyulacaq növbəti əsrə kəmsavadlar ölkəsi kimi qədəm qoyarıq.
Tarix: 19.11.2013 / 03:59 Müəllif: Akhundoff Baxılıb: 713 Bölmə: Xarici Əsərlər