Iyirmi dörd yaşlı gənc universitet tələbəsi aydın bir yay günündə Sürixə gedən sərnişin qatarını gözləyirdi. Tələbə həddən artıq kök idi və sanki hər hansı bir təhlükədən qoruna bilmək üçün bu köklüyünün arxasında pərdə dalında gizlənən kimi gəzirdi. Optik eynəyin üstündən gün eynəyi də taxmışdı, siqaret (Ormond Brasil 10) çəkir, qulaqlarına yaş pambıq tıxayırdı. Hələ də öz valideynlərindən asılı olan və universitetlərdən birində müəmmalı tədqiqatla məşğul olan bu gənc bir bazar günü günorta iki saat yol gedəcək qatara mindi. Qatarın yola düşməsi 17.50, çatması 19.27. Gənc doğma şəhərciyini tərk etdiyi gün günəş buludsuz səmada işıq saçırdı. Qatar Alp və Yura dağlarının arasından, mənzərəli kəndlərdən və balaca şahərciklərdən, çayların yanından ötüb keçir və yola düşəndən iyirmi dəqiqə sonra Burqorfu keçən kimi dərhal sonra tunelə girirdi. Güclə ağzınacan dolmuş qatara minən tələbə öz yerinə keçməyə çalışarkən ətrafdakıların narazılıqlarını hiss edirdi. Sərnişinlər bir-birlərinə söykənərək çox sıx oturmuşdular. Yəqin ki, yalnız birinci dərəcəli vaqonda rahat nəfəs alamq olardı . Gənc tələbələrin, ailəlilərin, yeni evlənənlərin arasından keçərkən qatar onu o tərəf-bu tərəfə atırdı. Nəhayət öz yerinə çatanda gənc bir xeyli təəccübləndi, belə şey çox nadir hallarda olurdu, bütöv bir skamya tək onun üçün boş idi. Qarşısında ondan da kök olan öz ilə şahmat oynayan bir kişi oturmuşdu. Dəhlizdəki oturacağın küncündə kürən saçlı bir qız roman oxuyurdu. Gənc pəncərənin yanında əyləşərək “Ormand Brasil 10” siqaret qutusunu çıxardığı an qatar tunelə girdi. Artıq bir ilə yaxın idi ki, tələbə demək olar hər şənbə və bazar bu tuneldən keçirdi və düzünə qalsa heç bir dəfə də ona fikir verməmişdi. Bəzən tunelə baxmaq istəmişdi, amma hər dəfə fikrə dalıb qısa qaranlığa qərq olmanı unutmuşdu. Bu dəfə isə o, tunel haqqında ümumiyyətlə fikirləşməmişdi, hətta gün eynəyini belə çıxarmamışdı. Günəş var gücü ilə işıq saçırdı, pəncərədən görünən mənzərə qızılı rəngə çalırdı: qayalar və meşələr, uzaq Yura dağ silsiləsi və şəhərcikdəki evlər. Lakin hər dəfə ildırım sürəti ilə keçib gedən qaranlıq bu dəfə tələbənin gözlədiyinin əksinə olaraq bir az uzandı. Kupe qaranlıq idi, işıqları yandırmamışdılar, çünki bir az sonra gün çıxmalı və hər tərəf bir anda yenidən qızılı rəngə boyanmalı idi. Gənc qara eynəyini çıxardı, kənardakı qız isə kitabdan ayrıldığı üçün narazılıqla siqaret yandırdı. Tələbə də kibrit yandırdı və bir anlığa qol saatını gördü 18.10. Pəncərənin yanındakı küncdə yerini rahatlayaraq öz həyatı, heç cürə getmək istəmədiyi seminar haqqında fikirləşməyə başladı. Növbəti dəfə saatına baxanda 18.15-i göstərirdi və tunel hələ də davam edirdi. Bu onu çaşdırdı. Lampaların yandırılması ilə kupe işıqlandı. Kürən qız yenidən kitab oxumağa başladı, kök cənab isə şahmat oynamağına davam etdi. Gənc tələbə dəhlizə çıxdı. Hündürboylu bir kişi o tərəf-bu tərəfə var-gəl edərək boynundakı qara qalstuku didişdirirdi. O biri kupelərdə sərnişinlər qəzet oxuyur, ya da bir-birlərilə söhbət edirdilər. Tələbə yerinə qayıtdı və yenə də küncdə oturdu. Tunel hər an, hər saniyə qurtara bilərdi. Saat 18.20-ni göstərirdi. Bu artıq onu əsəbiləşdirməyə başlamışdı, heç vaxt fikir vermədiyi tunel 15 dəqiqədən artıq idi ki, bitmirdi və əgər qatarın sürəti nəzərə alınsa, bu o demək idi ki, bu tunel İsveçrədəki ən uzun tuneldir. Yəqin ki, o, yanlış qatara minmişdi, çünki, doğma şəhərciyindən 20 dəqiqəlik yolda belə bir uzun əhəmiyyətli tunelin olduğunu heç cürə xatərlaya bilmirdi.
Axırda dözməyərək kök şahmatçıdan qatarın həqiqətən Sürixəmi getdiyini soruşdu. O, təsdiqlədi. Tələbənin “Mən bilmirdim ki, tunel belə uzundur” – sözlərinə şahmaçı bir az əsəbiliklə cavab verdi(onu artıq ikinci dəfə idi ki, şahmatdan ayırırdılar). Isveçrədə çox tunel var, həddindən artıq çox, baxmayaraq ki, o, ölkə daxilində birinci dəfədir ki, səyahət edir, bunu o, artıq müşahidə etmiş, eyni zamanda illik statistik hesabatda oxumuşdur. Dünyanın heç bir yerində İsveçrədə olan qədər tunel yoxdur və o, çox üzr istəyir, lakin o, daha artıq fikrini dağıda bilməz, çünki, Nimtsoviç variantı ilə məşğuldur. Şahmatçı hörmətlə və əminliklə danışırdı, tələbə anladı ki, ondan daha artıq heç nə öyrənə bilməyəcək. Odur ki, konduktor yaxınlaşanda sevindi. O, solğun üzlü, arıq və əsəbi görünmürdü. Konduktor Oltendə düşməli olan qızın biletini yoxlayanda gənc yenə də yanlış qatara mindiyini düşündü. “Narahat olmayın, hər şey qaydasındadı”- bileti yoxladı. “Axı biz hələ tuneldəyik!” – gənc əsəbi şəkildə dilləndi və qərara aldı ki, nəhayət bu qaranlıq məsələyə aydınlıq gətirə biləcək. “Artıq 20 dəqiqədir ki, biz tunelin içərisiylə hərəkət edirik”, - o, israrla tıkrar etdi. Konduktor heç bir şey anlamayaraq onun üzünə baxa-baxa qaldı. “Bu qatar Sürixə gedir, - o, təkrar etdi, pəncərəyə baxaraq: 18.20 – indi nisbətən daha az narahatçılıqla dilləndi,- tezliklə Oltendə olacıyıq. 18.37 – Oltenə çatma vaxtıdır. Bəlkə hava birdən-birə dəyişib, külək başlayıb ona görə hava belə qaralıb?”- “Cəfəngiyyatdır” – Nimtsoviç varinatı ilə məşğul olan kişi söhbətə qarışdı. Konduktorun ona fikir vermədən biletini belə uzun zaman əlində saxlamasından qəzəblənən şahmatçı dilləndi: “Boş şeydi, biz tunellə gedirik, qayaları çox gözəl görmək olur. Deyəsən qranitdir. Isveçrə öz tunellərinə görə dünyada birinci yeri tutur. Mən bu haqda statistik məlumatda oxumuşam”. Konduktor nəhayət onun biletini geri qaytararaq, az qala yalvara-yalvara onu qatarın Sürixə getdiyinə inandırmağa çalışdı. Belə olduqda tələbə qatarın rəisini tələb etdi. “O, heyətin başındadı. – konduktor dedi. Qatar onsuz da Sürixə gedir. Indi 18.25-di. 12 dəqiqə sonra yay vaxtına görə qatar Oltenə çatmalıdır, o həftədə üç dəfə bu qatarla gedir”. Tələbə konduktorun arxasınca getdi. Dolu qatarda hərəkət etmək əvvəlkinə baxmış daha da çətinləşmişdi. Bundan başqa elə səs-küy var idi ki, adamı lap dəhşətə gətirirdi. Tələbə həmişə yanında gəzdirdiyi yaş pambıqları qulaqlarına tıxadı. Yanından ötüb keçdiyi insanlar başqa qatarlardakı kimi heç nəyin fərqinə varmadan sakit görünürdülər. ikinci dərəcəli vaqonların birində pəncərənin yanında dayanan bir ingilis barmaqlarıyla şüşəni taqqıldadırdı. “Simplon (Simplon- 19.5 uzunluğu olan, İsveçrə və İtaliya arasında uzanan tuneldir)” deyirdi. Vaqon-restoranda da hər şey adi qaydada idi: bir dənə də boş yer yox idi. Doğrudanmı xidmətçilərdən, sərnişinlərdən heç biri dəhşətli dərəcədə uzun olan bu tuneli görmürdü? Qatarın rəisini tələbə vaqon-restoranın çıxışında tapdı ( onu qırmızı çantasından tanımışdı). O, bəstəboy, balaca qara bığları olan bir kişi idi. “Biz artıq 25 dəqiqədir ki, tuneldəyik” tələbə dilləndi. O, gəncin gözlədiyi kimi pəncərəyə boylanmadı, əksinə xidmətçiyə tərəf döndü: “Zəhmət olmasa “Bir qutu Ormond 10” verin,- dedi, - mən cənabla eyni növ siqaret çəkirəm”. Lakin belə bir növ siqaret tapılmadı. Tələbə rəisə yaxınlaşmaq üçün belə bir imkan tapdığına sevinərək ona “Brasil” təklif etdi. “Çox sağ ol, - Oltendə siqaret almağa çətin ki, vaxtım olsun. Siz mənə çox kömək etdiniz. Siqaret çəkmək mənim üçün çox vacibdir. Mənimlə gedə bilərsinizmi?”. O, tələbəni vaqon restorandan sonra gələn yüklərin qoyulduğu hissəyə apardı. “Bundan sonra Lokomativ yerləşir, - qatarın rəisi dilləndi, - biz qatarın boş hissəsindəyik.” Yük vaqonunda zəif sarı işıq yanırdı. Dəmir barmaqlıqla sarılmış pəncərədən tunelin qaranlığı sezilirdi. Hər tərəfdə üzərində otelin yarlıqları olan çantalar, bir neçə velosiped və bir uşaq arabacığı vardı. Qatarın rəisi qırmızı çantanı asılqandan asdı. “Belə... Axı siz nə istəyirsiniz?” – tələbəyə baxmadan çantasından çıxardığı dəftərdəki cədvəli doldurmağa başladı. “Biz Burqdorfdan başlayaraq tuneldəyik – gənc cavab verdi, - bu yolda belə uzun tunel yoxdu. Mən bu yolla hər gün gedirəm və onu yaxşı tanıyıram”. Qatarın rəisi yazmaqda davam edirdi. “Hörmətli cənab, - o, nəhayət cavab verdi və tələbəyə elə yaxınlaşdı ki, bədənləri az qala bir –birinə dəyəcəkdi, - hörmətli cənab, mən sizə elə də çox şey deyə bilmərəm. Tuneldə nələr nə baş verdiyini izah edə bilmərəm. Lakin özünüz fikirləşin, xahiş edirəm: biz relslərin üzəri ilə hərəkət edirik, tunel hardasa bitməlidir. Nəzərə alsaq ki, tunel hələ də davam edir, demək ki, nəsə olub”. Rəis siqareti hələ də ağzında saxlamışdı, lakin çıkmirdi. Sakit, eyni zamanda aydın, ləyaqətlə, əminliklə elə danışırdı ki, sözlərini anlamaq çətin olmurdu, baxmayaraq ki, yük vaqonundakı səs daha güclü idi. “Mən qatarı saxlamağınızı xahiş edirəm, - tələbə səbrlə cavab verdi, - sizin dediklərinizdən heç nə anlamadım. Əgər tuneldə hər şey qaydasında deyisə və siz bunu izah edə bilmirsinizsə, qatarı saxlamağa borclusunuz”. “Qatarı saxlamaq?!- rəis astaca təkrar etdi- bu haqda mən də fikirləşmişəm ( bu arada o, dəftəri bağladı, ilgəcdən asılan qırmızı çantasına qoydu və siqaretini yandırdı). “Onda gərək əyləcin dəstəyini dartasan, - deyə tələbə dilləndi və dəstəyə doğru uzanaraq onu çəkməyə çalışdı. Bu zaman səndələyərək o biri tərəfə yıxıldı. Vaqonun şüşəsinə dəydi. Uşaq arabası, çamadanların üstünə yıxıldı. Rəis qəribə bir şəkildə səndələyərək yük vaqonunun içərisindən keçdi. “Biz aşağıya gedirik” – deyərək tələbənin yanındakı şüşəyə söykəndi. Lakin gözlənildiyi kimi vaqonların bir-birinə toqquşmaları baş vermədi. Bir anlığa ona elə gəldi ki, qatar dayanıb, vaqonların yanından isə ötüb keçən tuneldir. Yük hissəsinin sonundakı qapı aralandı. Vaqon restoranın güclü işığında insanlar yeyib-içir, söhbət edirdilər. Qapı yenidən bağlandı. “Lakomativə gedək”, - rəis dilləndi və tələbəyə elə gəldi ki, rəis ona qəribə bir təhdidlə baxdı. Sonra yenidən qapını açdı. Lakin güclü hava aaxını onu yenidən divara çırpdı. Hər iksi eyni zamanda yük vaqonunun qəribə şəkildə titrəməsini hiss etdi. “Biz maşına çatmalıyıq! –qatar rəisi tələbənin qulağına qışqıraraq qapının arxasında itdi. Dəmir sürahilərdən yapışaraq vaqonun açıq meydançasına çıxdı. Dəhşətli külək onu arxaya itələyirdi, tunelin qorxunc yaxınlığını görməmək üçün tunelə baxmamağa çalışırdı. Təkətlərin titrəməsini və küləyin uğultusunu hiss etdikcə, o, kosmik sürətlə daş-qaya dünyasına yuvarlandığını fikirləşirdi. Aşağıda paravozla yük vaqonu arasında ensiz yol görünürdü, lakomativə keçmək üçün bir metr uzaqlığa tullanmaq lazım idi. O, tullandı və lakomativin divarları boyunca metal dirəklərdən tutaraq yeriməyə başladı. Qatarın rəisi onu içəriyə dartdı. Tələbə yorğunluqdan divara söykəndi, maşın hissəsində qeyri-adi sakitlik vardı. Lakomativin qalın divarları səs-küyü boğurdu. Qatarın rəisi qapını bağlayandan sonra isə demək olar ki, heç nə eşidilmədi. “Görürsənmi siqaretləri də itirdik, - rəis söyləndi, - qutuda olmayanda onlar necə də tez sınırlar. Tələbə qayaları belə yaxından görəndən sonra nəyəsə söykənib otura bildiyinə sevinirdi. Bu hardasa ona adi həyatı xatırladırdı. Şalvarının sağ cibindən qəhvəyi qutunu çıxararaq rəisə yenidən siqaret təklif etdi, özü də çəkdi. “Bu siqaretləri çox bəyəndim, - rəis dilləndi,- bir şərtlə ki, gərək dərindən içinə çəkəsən, yoxsa hədər gedər”. Bu sözlər tələbədə ona qarşı inamsızlıq yaradırdı. O, hiss edirdi ki, qatarın hərəkət etdiyi bu tunel barədə rəis qətiyyən düşünmək istəmir (hələ də ümid var idi ki, tunel birdən birə, yuxunun bitdiyi kimi bitəcəkdir). “ 18. 40 – tələbə işıqsaçan sferbaltlı saatına baxaraq dilləndi – biz artıq Oltendə olamlı idik”. Və istər - istəməz az əvvəl günəş işığı ilə qızılı rəngə boyanmış dağları, meşələri xatırladı. Iki nəfər bu şəkildə qatarın maşın hissəsində divara söykənərək siqaret çəkirdi. “Mənim soyadım Kellerdir – rəis dilləndi”. Tələbə təslim olmurdu. “Maşına dırmaşmaq təhlükəli idi, hər halda mənim üçün. Niyə məni bura gətirdiniz?”. Keller cavb verdi ki, o, özü də bunu bilmir, o, sadəcə olaraq düşünmək üçün vaxt qazanmaq istəyirdi. “Düşünmək üçün vaxt...” – tələbə təkrarladı. “Hə, bu belədi” – rəis siqaret çəkməyə davam edərək dilləndi. Qatar sanki bir az da aşağıya doğru hərəkətə başladı. Keller “Biz maşinistin kabinəsinə də keçə bilərik” desə də donub qalmışdı. Tələbə isə dəhlizlə hərəkət etməkdə idi. Maşinistin qapısını açanda Keller hələ də hərəkətsiz dayanmışdı. “Boşdur” – gənc dilləndi, - Maşinistin yeri boşdur!”. Onlar ləngər vura-vura kabinəyə girdilər. yüksək sürət qatarı hələ də tunelin içərisilə daha da dərinə aparırdı. “Allah xatirinə” deyərək rəis hansısa düymələri basıb, əyləci çəksə də qatar dayanmadı. Keller isə əmin etməyə çalışırdı ki, onlar hələ lıap əvvəldən qatarı saxlamağa çalışıblar. Ancaq qatar yoluna davam edirdi. “O həmişə yoluna davam edəcək...” – tələbə sürət cihazına baxaraq dilləndi: “150. qatar nə vaxtsa belə sürətlə hərəkət edibmi?” – “Aman Allah!, - bu cür sürətlə heç vaxt, düz 150!” – “Sürət dəyişib. Artır. Artıq 180-dir. Biz məhv olacıyıq”. Pəncərəyə yaxınlaşdı. Müavazinətini saxlaya bilməyib üzü üstə pəncərəyə çırpıldı. “Maşinist hardadı?” – deyə bağırdı. Projektorların ağ işığında yanlardan, yuxarıdan, aşağıdan, hər tərəfindən ötüb keçən qayalara diqqətlə baxırdı. “Tullanıb” – rəis cavabında qışqırdı. “Nə vaxt?”. Keller bir xeyli susdu, sonra yenə siqaret çıədi: “ Dərhal, 5 dəqiqədən sonra.- deyə dilləndi, - Hamını xilas etmək mənasız idi. Yük şöbəsinin növbətçisi də qatardan tullanıb”. “Bəs siz?”. “Mən qatarın rəisiyəm, həm də mən həmişə ümidsiz yaşamışam”. “Ümidsiz...” – gənc təkrarladı. Alnını şüşəyə söykədi. “Demək ki, bu üzdən belə görünürmüş, əslində isə biz uçuruma yuvarlanırmışıq”. “Mən geriyə qayıtmalıyam. – rəis dilləndi, - Vaqonlarda panika ola bilər, qatma-qarışıqlıq yaranar”. “Əlbəttə” – tələbə kök şahmatçı və roman oxuyan kürən saçlı qızı xatırladı. Kellerə “Ormond Brasil 10” qutusunu uzatdı: “ Götürün. Oraya çatanacan özünüzdıkiləri də itirəcəksiniz”. Bütün gücünü toplayaraq dəhlizlə getməyə çalışan rəis soruşdu ki, bəs o, niyə geri qayıtmaq istəmir. Gənc indi heç bir məna kəsb etməyən düymələrə baxdı: “ 210. inanmıram ki, bu cür sürətlə siz vaqonlara çata biləsiniz”. “Bu mənim borcumdur”. “Əlbəttə” –deyə tələbə cavab versə də, bu bu borcun işə yaramayacağını düşündü. “Hər halda mən cəhd etməliyəm” – Keller yenə bağırdı. Qatar ciddi-cəhdlə aşağıya doğru hərəkət edirdi ki, bu qəribə və dəhşətli “sonu” yerin daha dərinliyinə, bütün varlığın son nöqtəsinə çatdırsın. Güclü təkandan Keller düz tələbənin üstünə yuvarlandı. Üzü üstə yıxılmışdı. Üz-gözünün qanını silə-silə idarəetmə düyməsindən tutaraq dikəldi. Gəncin yanında uzanaraq çiyinlərini qucaqladı. “İndi nə edək?” – tələbənin qulağına bağırdı. Tələbənin kök bədəni artıq onun özünə belə cansız və lazımsız görünürdü. O, artıq heç nədən ehtiyat etmirdi, aşağıya doğru gedən qatarın pəncərəsindən uçuruma bəlkə də ilk kəs belə geniş açılmış gözlər ilə baxırdı. “Nə edək?” – rəis bir də bağırdı. “Heç nə” – tələbə uçuruma baxmaqdan ayrılmayaraq dilləndi. Güclü külək az öncə qulaqlarına tıxadığı yaş pambıqları diyirlədərək uçurdu. Nəhayət yan şüşələr çatladı.
- Heç nə. Allah bizi aşağıya atmışdı, indi isə biz onun yanına yüksəlirik.
Tarix: 19.11.2013 / 03:59 Müəllif: Akhundoff Baxılıb: 538 Bölmə: Xarici Əsərlər