Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kavka Frans Dönüş

Mən evimizə qayıtdım, həyətdən keçib ətrafıma baxdım. Atamın köhnə həyətidir. Ortada bir gölməçə var. Köhnə, yararsız hala düşmüş alətlər üst-üstə qalanıb, eyvana çıxan pillələrin yolunu kəsib. Sürahinin üstündə oturmuş pişik pusquda dayanıb. Külək nə vaxtsa payanın ucuna bağlanmış cırıq yaylığı yelləndirir. Bu da evimiz! Məni kim qarşılayacaq? Mətbəxin qapısı arxasında gözləyən kimdir? Bacadan tüstü çıxır, yəgin axşam yeməyinə qəhvə hazırlayırlar. Nəsə bir doğmalıq hiss olunur? Adam özünü evdə hiss eləyə bilir? Bilmirəm... Heç inanmıram... Düzdür, ata evidir, ancaq burda hər şey bir-birinə yaddır, elə dayanıblar ki, deyərsən hərə öz işi ilə məşğuldur. Bəzilərini unutmuşam, bəzilərini də heç tanımıram. Onlar üçün mən kiməm ki?! Lap atamın – o qoca kəndlinin oğlu olmağımın da onlar üçün heç bir mənası yoxdur. Və mətbəxin qapısını döyməyə cəsarət etmirəm, uzaqda dayanıb mətbəxi dinşəyirəm. Elə uzaqdan dinşəyirəm ki, heç kəs qapını qəfildən açıb mənim dinşədiyimi hiss eləyə bilməz. Və çox uzaqda dayanıb dinşədiyim üçün də heç nə eşidə bilmirəm, qulağıma yalanız saatın zəif çıqqıltısı qəlir, bəlkə bu da elə uşaq vaxtından qulağımda qalıb... Mətbəxdə nə baş verirsə, orda oturanların məndən gizlətdiklələri sirr kimi qalır. Adam qapının ağzında nə qədər çox tərəddüd edirsə, o qədər də yadlaşır. Kaş indi kimsə qapını açıb məndən nəsə soruşaydı! Bəs onda elə mən özüm də o sirrini gizlədənlərdən biri olmazdımmı?!


Tarix: 19.11.2013 / 03:59 Müəllif: Akhundoff Baxılıb: 113 Bölmə: Xarici Əsərlər
loading...