Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xarici ƏsərlərDavid Coperfield - Charles Dickens

David Coperfield by charles dickens.
David Coperfield BLUNDERSTONE da atasinin olumundan 6 ay sonra anadan olur.
Davidin bibisi Betsey Trotwood davidin anasinin qardasi ile evlanmasina razi olmadigi ucun Davidin anasini hec gormamisdi ve david anadan olan vaxti bibisi davidin qiz olacagini fikirlasib galir ki onu boyutsun oglan oldugunu gorur cixir gedir ve 1da galmir.
Davidi boyudan pegotty olur Davidin dayesi ve bir nece gun kecir bunlara murdstone adli bir kisi galir gedir davidin anasi ila yaxsi yola gedir ve davidi da at surmaya aparirdi eveller david ila da yaxsi yola gedirdi.
Ve bir gun pegotty davidi qardasinin yanina getmayi teklif etdi Ardı »

Xarici ƏsərlərZoyfer Yura Vineta Və Ya Sulara Qərq Olmuş şəhər

VİNETA VƏ YA SULARA QƏRQ OLMUŞ ŞƏHƏR

P Y E S

İŞTİRAK EDİRLƏR:


CONNİ, qoca matros


SAHİBƏ, limandakı meyxananın sahibi


KATRİN, fahişə


ŞƏHƏR KEŞİKÇİSİ


QADIN


ŞƏN SENATOR


DEYİNGƏN SENATOR


ŞƏHƏR MİRZƏSİ
VİNETANIN SAKİNLƏRİ

DİLƏNÇİ OĞLAN


DİLƏNÇİ QIZ


ŞƏN SENATORUN ARVADI


LİLİE, şən senatorun qızı


ƏSGƏR


MƏHBUS


HƏBSXANA GÖZƏTÇİSİNİN SƏSİ






BİRİNCİ ŞƏKİL



Səhnədə bir liman meyxanası görünür. Musiqi və səs-küy.

CONNİ (sərxoşdur): Anni! Anni! Səninlə deyiləm, Anni?!

SAHİBƏ (gəlir): Bəsdir, mumla, Conni!

CONNİ: Mumlayım?! Bu da təzə çıxdı? Bu meyxanada da səsimi içimə salım?!

SAHİBƏ: Tuluğunu doldurubsan, bəsindir.

CONNİ: Bəsimdir? Mən özüm Ardı »

Xarici ƏsərlərŞekspir Vilyam Firtina

İŞTİRAK EDƏNLƏR



A 1 o n z o - Neapol kralı.

Sebastian — onun qardaşı.

Prospero- Milanın qanuni hersoqu.

Antonio - onun qardaşı. Milan hersoqluğunu qanunsuz ələ keçirmişdir.

Ferdinand- Neapol kralının oğlu.

Q o n z a 1 o - Neapol kralının qoça, namuslu müşaviri.

Adrian - saray əyanları.Fransisko

K a 1 i b a n - qul, eybəcər vəhşi.

Trankulo – təlxək.

Stefano - saray xidmətçisi, içki düşkünü.

Gəminin kapitanı.

Bosman.

Matroslar.

M i r a n d a - Prosperonun qızı.

Ariel - hava ruhu.

İrisa.

Serera.

Yunona.

P ə r i 1 ə r - ruhlar.

Biçinçilər

Prosperoya müti olan başqa qullar.

Hadisə yeri – dənizdə gəmi, sonra - ada.



BİRİNCİ PƏRDƏ

Ardı »

Xarici ƏsərlərT.Vilyams-Arzu Tramvayi

T.Vilyams.Arzu tramvayi
əsərin baş qəhrəmanı Blanjdır.
Blanj Orleon şəhərində yaşayırdı.
Burda yaşarkən həyat yoldaşı rəhmətlik olur.
Tək qaldiğı üçün pis yola düşür.İçki içir gəzir.
Artıq görürki həyatını məhv edir.Bu yoldan çəkinmək istəyir və belə qərara gəlir ki bu şəhərdən getsin
Yeni həyat qurmaq üçün simvolik adı Arzu tramvayı olan qatara minir.
Əsər 2 hissəyə bölünür Blanjın bundan əvvəlki həyati və 2 ci həyatii.
Artiq əsərin 2 ci hissəsi Blanjın bacısı gilə gəlməyi ilə başlayır
Bacısı çox kasıb olur çətinliklə dolanırlar
bacısının həyat yoldaşı ilə Blanj yola getmir.
Blanj artıq bacısının kasıb olduğunu gorür və burdada qalmağı ilə onlara narahatçılıq yaratdığını hiss edib getməyə hazırlaşır
Lakin həmin vaxtlar Miç adlı biri ilə tanış Ardı »

Xarici ƏsərlərUilyam Somerset Moyem. “Mister çoxbilmiş”

Uilyam Somerset Moyem. “Mister çoxbilmiş”
Maks Keladanı tanımazdan əvvəl ondan xoşum gəlməmişdi. Müharibə yenicə
qurtarmışdı deyə, okean laynerləri sərnişinlərlə dolu idi. Kayutlarda yer tapılmırdı.
Tanışlıqla iki nəfərlik kayutdan bir yataq yeri ala bilmişdim. Amma kayut yoldaşımın
adını öyrənəndə əsəbiləşdim. Yaxından tanımasam da, onun adından da, özündən də
zəhləm getdi. Lakin on dörd günü kayutda tək keçirmək də mümkün deyildi (San-
Fransiskodan Yokohamaya gedirdim). Əgər bu yol yoldaşımın adı Smit, yaxud Braun
olsaydı, bəlkə də daha az əsəbiləşərdim. Amma neyləməli?

Kayuta gələndə Mister Keladanın yük çantası artıq orada idi. Hətta çantanın da görünüşü
xoşuma gəlmədi. Onun üstünə çoxlu etiketlər yapışdırılmışdı. Ardı »

Xarici ƏsərlərLondon Cek Qadın Cəsarəti

Tüklərindən qırov sallanan canavara oxşar bir itin çadırın kənarını aralayıb içəri soxulması ilə içəridəkilərin birağızdan :

- Ay səni, Sivaş![1] İtil burdan, şeytansifət! – deyə qışqırması bir oldu. Bettlz dəmir qabı itə atan kimi o, gözdən itdi. Lui Savoy çadırın kənarını bərkitdikdən sonra ayağı ilə tavanı ağzıaşağı çevirib onun istisinə əllərini qızdırmağa başladı. Bayırda şiddətli şaxta var idi. İki gün bundan əvvəl spirt termotetri 68 dərəcə soyuqda çatladı və elə o gündən bəri şaxta getdikçə artırdı. Allah bilir belə soyuqlar nə vaxtadək davam edəcəkdi. Aydın məsələdir ki, belə havada fələk də gəlsə kimisə sobanın yanından ayıra bilməzdi. Ancaq bəzən cürət edib bayıra Ardı »

Xarici ƏsərlərDino Buttsati. "Paxıl Musiqiçi"

5. Dino Buttsati.-Paxıl musiqiçi
Şan-şöhrətinin zirvəsində həyatının çiçəkləndiyi bir dövrü yaşayan və son dərəcə paxıl
insan olan bəstəkar Auqusto Qorca bir axşam öz məhəllələrində tək-tənha gəzişərkən
hansısa böyük evdən gələn fortepiano səslərini eşitdi.
Auqusto Qorca ayaq saxladı. Bu müasir, ancaq nə onun, nə də həmkarlarının
bəstələdiklərinə bənzəməyən fərqli bir musiqi idi; buna oxşar bir şeyi o heç vaxt
eşitməmişdi. Dərhal heç ayırd da etmək olmurdu ki, bu ciddimi, yoxsa yüngülmü
musiqidir; o, özünün bir qədər sadəliyi ilə bəzi xalq təranələrini xatırlatsa da, onda acı bir
istehza duyulur, sanki zarafatla səslənsə də, daxilindəki sarsılmaz inamdan xəbər verirdi.
Ancaq Qorca, hər şeydən öncə, Ardı »

Xarici ƏsərlərGi De Mopassan Kəndə Səfər

Beş aydan bəri Düfurlar ailəsi xanım Düfur Petrolinin ad günündə Paris ətrafındakı mənzərəli yerlərdən birində nahar etməyi qərara almışdı. Səfəri çoxdan, səbisizliklə gözləyirdilər, təyin olunmuş günün səhəri hamı erkən qalxmışdı. Cənab Düfur süd satanın arabasını kirayə götürmüşdü, özü sürürdü. Araba iki təkərli idi, tər təmiz idi. Üst örtüyü dörd dəmir dayağın üzərinə bərkidilmişdi, yanları pərdəli idi, amma pərdələri yığmışdılar ki, ətraf yaxşı görünsün. Təkcə arxa tərəfin pərdəsi yığılmamışdı. Bayraq kimi yellənirdi. Arvad ərinin yanında oturmuşdu, qıpqırmızı ipək don geymişdi, gözləri gülürdü. Arxada təkərin üstündə qoca nənə və gənc bir qız oturmuşdu. Ortada isə bir oğlan başı da Ardı »