Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Körpəniz yatmırsa bu TÖVSİYƏLƏRƏ əməl edin

Gündüz yatıb gecə boyunca oyaq qalan, ya da hər saat başı ağlayıb oyanan körpələr...

Dünyaya gəldikləri andan etibarən edilən bəzi xətalar körpələrin sağlam şəkildə yatmalarına mane olur. Sizin də körpəniz yatmırsa, bu yazını diqqətlə oxuyun.

Səbrli olun

Körpəyə uyğun yuxu norması təyin etmək çətin işdir. İlk 3 ayda iş daha çətin olur. Gərək səbrli olasız.

Axşam saatlarında yuyun

Yuxu saatından əvvəl körpəni yumaq onu rahatladır. Axşam yuduğunuzda şampunlamağa ehtiyac yoxdur. Adi ilıq su ilə yumanız kifayətdir.

Otaq istiliyini yaxşı təyin edin

Uşağın yatdığı otağın çox soyuq və çox isti olması düzgün deyil. Yeni doğulan körpələr üçün otaq istiliyi 23-24, daha böyük uşaqlar üçün isə 20-21 dərəcə olmalıdır.

Yatmadan öncə oyun oynayın

Altını dəyişdirdikdən sonra körpəni beşiyinə qoyun. Zəif bir işıq yandırıb onunla oyuncaqları ilə oyunlar oynayın.

Səhərlər mütləq çölə çıxarın

Havalar çox soyuq olmadığı günlərdə körpənizi mütləq havaya çıxarın. Günəşdən yararlanın.

Saat 21:00 ilə 07:00 arasında mütləq yatsın

Mütləq axşam saat 20:00-da yatsın deyə, təkid etməyin. Ancaq mümkün olduğu qədər 21:00 və 07:00 saatları arasında yatmalıdır.


Tarix: 06.01.2015 / 16:31 Müəllif: Aziza Baxılıb: 48 Bölmə: Valideynə məsləhət
loading...