Yəqinki bir çox valideyni bu problem narahat edir. Enurez- uşağın fizioloji və ya psixoloji səbəblərdən yuxu əsnasında ya da oyanıq halda sidiyini saxlaya bilməməsidir. Gecələri altını islatma bir çox uşağın yaşadığı problemdir. Oğlanlarda qızlara nisbətən çox təsadüf olunur.
Sidik ifrazı zamanı sidik kanalı əzələləri boşalmalı, qarın və sidik kisəsi əzələləri isə eyni vaxtda yığılmalıdır. Bütün bu proses sinir sistemi tərəfindən avtomatik tənzimlənsə də uşağın özü tərəfindən buna nəzarət edilir. 3 yaşına kimi uşaqlarda sinir sistemi prosesə nəzarət edə biləcək səviyyədə inkişaf etmədiyi üçün bu avtomatik şəkildə qeyri-iradi baş verir. Yəni sidik kisəsi dolan kimi sidik kanalı əzələləri boşalır və uşaq sidik ifraz edir. 3 yaşından sonra (ən gec 5 yaşa kimi ) uşaqlarda sinir sistemi inkişaf edərək şüurlu şəkildə nəzarəti formalaşdırır. Artıq uşaqda sidiyə getmək istəyi yaransada, o avtomatik həmin an sidiyə getmir, sfinktor (bükücü əzələ) sayəsində sidiyi saxlaya bilir. Normada uşaqlar 2 yaşdan etibarən böyük tualet vərdişini, 2-3 yaş arası kiçik tualet vərdişini nəzarətdə saxlamalıdır. 5 yaşa kimi formalaşmayıbsa artıq narahat olmaq lazımdır.
Əgər hər hansı fizioloji (böyrək, sidik kisəsi, ifrazat yollarında pozğunluq, bağısaq qurdları və s.) səbəb və genetik faktor (yəni ana və ya ata xəttində enurez ) müşahidə olunmursa enurezin səbəbi psixolojidir.
Bunlar aşağıdakılardır:
• Valideynlərin təzyiqə çevrilmiş nəzarəti nəticəsində yaranan psixoloji tvavmalardır. Karşokda uşaqlar uzun müddət oturanda ("anal” mərhələ, psixoseksual inkişaf mərhələsi zamanı həzz mərkəzi cinsi orqanlar olur) öz nəcislərini bükücü əzələdə saxlayaraq ondan həzz alırlar. Valideynlər bunu nəzərə almayıb tələsdirirlər ki, buda uşaqların psixikasına mənfi təsir göstərir. Gecə altını isladanda isə danlayır, cəzalandırır, gecələr vaxtsız oyadıb tualetə aparır və ya narahat yataq düzəldirlərki narahat yatsın yerini islatmasın. Bütün bunlar isə yataq islatmanı daha da gücləndirir.
• Valideynlər arası konfliktlər uşaqlarda gərginlik yaradır. Gecə narahat yatır və onlarda qaranlıq fobiyaları yaranır. Bununla əlaqədar sidik ifrazı idarəsinə nəzarət edə bilmirlər.
• Qardaş-bacı qısqanclığı, ailəyə ikinci övlad gəldikdən sonra ilk uşaq valideynlərinin artıq onu sevmədiyini düşünür və çıxış yolunu özünü körpəyə bənzətməkdə görür. Bu zaman barmaq əmmə, yersiz şikayətlər və gecələri yataq islatmalar müşahidə olunur.
• Yeni evə köçülən zaman dəyişilmiş məkan çətin adaptasiya olan uşaqlarda gecə alt islatmalar yarada bilir.
• Valideynlərin boşanması zamanı xüsusən azyaşlı uşaqlarda həyacan və gərginlik fonunda sidiyini saxlaya bilməmə halı yaranır.
• Məktəb daxili yaşanan narahatlıqlat da enurəzə səbəb ola bilir. Belə hal olduqda valideynlər uşaqların məktəbdə həmyaşıdları və müəllimləri ilə hansı münasibətdə olduğunu aydınlaşdırmalı, imkan daxilində nevrotik amillərin aradan qalxmasına çalışmalıdır.
Enurezə səbəb olan hallardan biri də nevzorlardır. Nevrozla əlaqədar olan enurez daimi deyil yalnız gərginlik zamanı müşahidə olunaraq sakitlik halında keçib getmə ilə özünü göstərir. Nevrozlu uşaqların yuxusu səthi olur. Onlar müxtəlif yuxular görür, yatmış uşaq yuxudan duranda altının islandığını görüb böyük təşfiş keçirirlər.
Nevrozabənzər hallarda baş verən enurez , adətən, dövrü xarakter daşıyır və gecə ərzində bir neçə dəfə təkrar oluna bilir. Belə enurez yorğunluq zamanı intensivləşsə də həyəcandan asılı olmur. Sidik qaçırma olduqda uşaqlar həyəcanlanmır, yuxu görmür, yuxusu dərin olur hətta altın isladanda yuxudan oyanmır. Belə uşaqlarda çox zaman baş ağrısı, baş gicəllənmə, yorğunluq qeyd olunur. Onlar fikirlərini tez toplaya bilmir, diqqətləri dağınıq olur. Belə uşaqlar məktəbdə dərsləri yaxşı qavraya bilmirlər.
Nevrozabənzər hallar mərkəzi sinir siseminin zədələnmələrinin (fəsadlaşmış doğuş, uzunmüddətli hipoksiya) baş beyin, onurğa beyin travmaları (yıxıldıqdan sonra ) sinir sistemi infeksiyaları (meningit, ensefalit) keçirmiş olan uşaqlarda daha çox rast gəlinir. Qeyd edilən bütün bu faktorlar sidik ifrazı orqanlarının sinir sistemi tərəfindən tənzimlənməsini pozur. Müayinə məqsədilə enurezli uşağı mütləq nervpatoloq və uroloqa göstərmək lazımdır. Müalicə isə enurezə səbəb olan haldan asılı olaraq seçilir. Lakin səbəbdən asılı olmayaraq aşağıdakıları etmək şərtdir.
- Gərginlik və stressiz keçən sakit şəraitin yaradılmalıdır. (televizora baxış müddəti azaldılmalı)
- Pəhriz: 18:00dan (yaxud heç olmasa yatmazdan 3 saat əvvəldən) qida qəbulu və sidikqovucu təsirə malik məhsullardan uzaq gəzilməlidir. (xiyar ,alma ,süd və s)
- Yatmağa 1 saat qalmış hər 20dəq dən bir uşağ 3 dəfə sidik ifraz etməyə göndərməlidir.
- Uşağın yatağı isti və rahat olmalıdır.
- Qarın, bel əzələlərinin möhkəmləndirilməsi uçün üzgüçülük, velosiped sürməklə məşğul olmaq və müalicəvi bədən tərbiyəsi hərəkətlərinin yerinə yetirmək lazımdır.
9-11 yaşa kimi əksərən sidik ifrazına nəzarət tam formalaşmış olur. Enurez özündən sonra iz qoymadan keçib gedir. Buna baxmayaraq xəstəlik aşkar edildiyi vaxtdan mütləq müalicə edilməlidir. Əks halda sidik sistemi infeksiyaları (pielonefrit və s) və ya nevroz, gələcəkdə cinsi zəiflik və sonsuzluq yarana bilər. Eyni zamanda gecə altını islatmaları olduğuna görə başqa yerdə gecələməyən , tətilə gedə bilməyən , ətrafı tərəfdən reaksiya gorən, bu vəziyyətindən utanc duyan bir uşaq psixoloji baxımdan nə qədər travma alır?! Təsəvvür edirsinizmi? Bu səbəblə yataq islatma problemini ailənizin problemi olmaqdan çıxarın və mütəxəssisə müraciət edərək üzərində çalışın.
Tarix: 06.01.2015 / 15:44 Müəllif: Aziza Baxılıb: 124 Bölmə: Valideynə məsləhət