Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanın 2003-2008-cı illərdə

Azərbaycanın daxili sabitliyinə, yüksək iqtisadi, siyasi, elmi, mədəni inkişafına və düzgün xarici siyasət strategiyasına nail olan Heydər Əliyev kimi böyük tarixi şəxsiyyətdən sonra ölkəni idarə etmək asan məsələ deyildi. Bu missiyanı yalnız Azərbaycan reallıqlarını düzgün qiymətləndirə bilən və Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirməyə qadir olan şəxs yerinə yetirə bilərdi.
Belə bir vəziyyətdə 2003-cü il oktyabr ayının 15-də Azərbaycan Respublikasının Prezidenliyinə alternativ əsasda keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyası sədrinin birinici müavini İlham Əliyev böyük səs çoxluğu ilə qələbə qazandı. O, prezident seçildikdən sonra Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirəcəyni bildirərək respublikanın taleyüklü məsələlərinin həllinə cəsarətlə girişdi. İlk olaraq ölkə başçısı 24 noyabr 2003-cü il tarixli «Azərbaycan Respublikasında sosial iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında» fərman imzaladı. Az bir müddət ərzində xalq təsərrüfatının bütün sahələrində müsbət irəliləyişlər özünü göstərdi.
Bunun ardınca Prezident İlham Əliyev 11 fevral 2004-cü il tarixli «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inikşafı Dövlət Proqramının təsdiq edilməsi haqqında (20042008-ci illər)» fərman verdi. Əsl fəaliyət proqramına çevrilən bu fərmanda irəli sürülən vəzifələrin həyata keçirilməsi regionların kompleks inkişafına, infrastruktur sahələrinin yenidən qurulmasına, yeni istehsal və emal müəssisələrinin, obyektlərin yaradılmasına, iş yerlərinin açılmasına, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsinə təkan verdi. Belə ki, 2003-2006-cı illər ərzində ümumi daxili məhsul istehsalı 84 faiz, o cümlədən sənaye məhsulu 2 dəfə, kənd təsərrüfatı məhsulu 11,3 faiz, inşaat işlərinə yönəldilmiş investisiya 83,8 faiz, yük daşınması 79,4 faiz, rabitə 2,3 dəfə, əmtəə dövriyyəsi 44 faiz artmışdır.
Həmin müddətdə sənaye müəssisələrinin və fərdi sahibkarların birgə səyi nəticəsində sənaye məhsulu istehsalı hər il orta hesabla 28,5 faiz artaraq 26,8 milyard manata çatmışdır. İstehsal edilmiş sənaye məhsulunun 61,3 faizi mədənçıxarma, 33 faizi emal sənayesi, qalan hissəsi isə elektroenergetika, qaz və suyun istehsalı və bölüşdürülməsi müəssisələrinin payına düşmüşdür. Azərbaycanda 63,4 milyon ton xam neft, 16,5 milyard kubmetr qaz hasil edlmiş, 66,4 milyard kvt-saat elektrik eneıjisi, 2,6 milyon ton avtomobil benzini, 5,8 milyon ton dizel yanacağı, 2.1 milyon ton ağ neft, 182,6 min ton etilen, 97,8 min ton propilen, 4,3 milyon ton sement, 420 min kubmetr kərpic, 853,5 min ton alüminium oksidi və sair məhsullar istehsal olunmuşdur. Bundan əlavə şəkər tozu, soyuducu avadanlığı hissələrinin, kənd təsərrüfatı məhsullarının təmizlənməsi və seçilməsi üçün məhsulların, beton qarışdırıcılarının, çörəkbişirmə və şirniyyat sobalarının, heyvanlar üçün yem hazırlayan maşınların, avtomobillərin, televizorların və sair yeni, əvvəllər ölkəmizdə istehsal olunmayan məhsulların istehsalına başlanılmışdır.
Respublikamızda qeyri neft sektorunun inkişafına da xüsusi diqqət yetirilməsi nəticəsində bir sıra müəssisələr, o cümlədən Bakıda yüksək keyfıyyətli müxtəlif gön-dəri məmulatları istehsal edən «Gön-dəri» ASC, Şamaxıda müasir standartlara cavab verən, müxtəlif ölçülü televizorlar istehsal edən Türkiyə, Cənubi Koreya və Çin ilə birgə müəssisə olan «Star LTD» zavodu, İmişlidə şəkər istehsal edən «Azərbaycan şəkər İstehsalat Birliyi» MMS, Astara və Şəkidə elektrik eneıjisi istehsal edən mobil tipli stansiyalar, Gəncə və Şamaxıda avtomobil zavodları istismara verilmişdir. Bunun nəticəsdiri ki, 2003-2006-cı illərdə qeyri-neft sektorunda sənaye məhsulu istehsalı hər il orta hesabla 10,8 faiz artmışdır.
Fəaliyyət göstərən sənaye müəssisələrinin, o cümlədən xarici və müştərək müəssisələrin sayı ilbəil çoxalmışdır. Əgər 2003-cü ildə ölkədə 192 xarici investisiyalı müəssisə işləyirdisə, 2006-cı ildə onların sayı 208-ə çatmışdır. Bütün bunlar sənayenin inkişafında qeyri-dövlət bölməsinin getdikcə artan rolunu müəyyən edir. Belə ki, 2003-cü ildə sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət müəssisələrinin məhsulu 57 faizlik paya malik olmuşdursa, 2006-cı ildə istehsalın səviyyəsi 2,5 dəfə artaraq 75,8 faiz təşkil etmişdir.
Uğurla həyata keçirilən məqsədyönlü iqtisadi siyasət nəticəsində bütün sahələrdə olduğu kimi kənd təsərrüfatının inkişafına da xüsusi diqqət yetirilmiş, sahibkarlığa qayğı isə dövlətin vacib məsələsi kimi gündəmdə olmuşdur.
«Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 oktyabr tarixli sərəncamı aqrar sahədə qarşıda duran başlıca vəzifələrdən biri olan istehsalçının zəruri kənd təsərrüfatı texnikası ilə təchizatının yaxşılaşdırılması, keyfıyyətli məhsul yetişdirilməsi və onun itkisiz yığılması məqsədini nəzərdə tutur.
Fərmanda irəli sürülən vəzifələrin həyata keçirilməsi nəticəsində 2003-cü illə müqayisədə 2006-cı ildə taxıl istehsalı 3 faiz, pambıq istehsalı 33,7 faiz, tütün istehsalı 24,8 faiz, kartof istehsalı 25,4 faiz, tərəvəz istehsalı 4,5 faiz, yumurta istehsalı 12,3 faiz, yun istehsalı 5.5 faiz, iribuynuzlu malqaranın, qoyun və keçilərin sayı isə 9,1-9,5 faiz artmışdır.
Tikinti sahəsində də mühüm uğurlar qazanılmışdır. Belə ki, 2003-2006-cı illər ərzində 28 iri sənaye müəssisəsi«Borubetonlaşdırma» zavodu, Abşeron rayonunda «Azbetonit», Xaçmaz rayonunda «Qafqaz» konserv, Neftçala rayonunda nərə bağılı yetişdirmə zavodları, Akstafa rayonunda yumşaq mebel fabriki, Lənkəran rayonunda tərəvəz emalı və pivə zavodları, Şimal DRES-də buxar-qaz turbinli elektrik stansiyası, Yenikənd SES-də turbin, Mingəçevir SES-də generator, Vayxır Hidroqovşağında su anbarı, Bakı «İstilik Elektrik mərkəzi-l»də turbinli istilik elektrik və buxar istehsal edən qurğular, Şamaxı rayonunda televizor, Masallı rayonunda şəkər istehsalı, Şəki şəhərində meyvə şirəsi emalı və İmişli rayonunda şəkər zavodları, Naxçıvanda meyvə qurusu emal edən və halva istehsal edən sexlər, Astara və Şəki rayonlarında mobil tipli elektrik stansiyası, Astara və Lənkəran rayonlarında tomat istehsalı zavodları, Qax rayonunda fındıq emalı sexi, Naxçıvan şəhərində çörək zavodu və süd məhsulları emal edən müəssisə, Şərur, Culfa, Ordubad, Sədərək və Şəki rayonlarında dəyirmanlar, Babək rayonunda beton istehsal edən zavod, habelə ümumi sahəsi 5,1 milyon kvadratmetr yaşayış evləri, Həzi Aslanov adına metro stansiyası, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Yük Terminalı, Naxçıvan Beynəlxalq Aeroportu, Culfa-Naxçıvan magistral qaz kəməri, Naxçıvan Muxtar Respublikasının ərazisində yeni qaz kəməri, Tiber-Optik magistral kabel xətti, Ələt-Qazıməmməd və Gəncə-Qazax yolunun bir hissəsi, Biləsuvar rayonunda avtomobil yolu, ölkənin müxtəlif bölgələrində 477,4 min nömrəlik avtomat telefon stansiyaları tikilib istifadəyə verilmişdir.
Ölkədə məskunlaşmış qaçqınlar və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına xüsusi qayğı göstərilərək Biləsuvar rayonunda 2560, Füzuli rayonunda 2021, Ağdam rayonunda 126, Yevlax rayonunda 65, Şəmkir rayonunda 126, Bakı şəhərinin Ramana qəsəbəsində 160, Mehdiabad qəsəbəsində 50, İsmayıllı şəhərində Qarabağ müharibəsi əlilləri üçün 27 mənzilli yeni yaşayış evləri tikilmiş və 2007-ci ildə artıq bütün çadır şəhərcikləri ləğv edilmiş, soydaşlarımız yeni mənzillərə köçürülmüşlər. Bərdə, Quba, Lənkəran, Şamaxı və Masallı rayonlarında Olimpiya İdman Kompleksiləri, İmişli rayonundakı İdman Kompleksi, Lənkəran rayonunda isə 15 min yerlik stadion tikilib istifadəyə verilmişdir.
Respublikamız üçün önəmli əhəmiyyət kəsb edən və ümummilli liderimiz Heydər Əiyevin səyi nəticəsində ərsəyə gələn Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəmərinin 2006-cı ilin may ayında istismara verilməsi Prezident İlham Əliyevin ən böyük nailiyyətlərindəndir. Bundan başqa Bakı-TbilisiƏrzurum qaz kəmərinin çəkilişi uğurla başa çatdırılmış və artıq 2007-ci ilin birinci rübündən başlayaraq «Şahdəniz» yatağından çıxarılan Azərbaycan qazı bu qaz kəməri vasitəsilə ixrac edilməyə başlamışdır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişi isə 2007-ci il fevralın 7-də Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçılarının görüşündən sonra reallaşmış və hal-hazırda tikintisi davam edir.
Bakıda avtomobil yollarında tıxacların qarşısını almaq üçün beynəlxalq standartlara cavab verən körpülərin və yeraltı keçidlərin tikintisi uğurla davam etdirilir.
TRASEKA proqramı çərçivəsində fəaliyyət göstərən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi əsas beynəlxalq dəhlizlərdən birinə çevrilmişdir. 2003-2006-cı illər ərzində dəhlizin Azərbaycan hissəsində 133,3 milyon ton və ya nəqliyyat sektorunda bütün daşımaların 35,4 faizi qədər yük daşınmışdır. Hazırda bu dəhliz vasitəsilə yük daşımasında dəmir yolu nəqliyyatı 59,2 faiz, avtomobil nəqliyyatı 26,7 faiz, dəniz nəqliyyatı isə 14,1 faiz paya malikdir.
Ölkədə fəaliyyət göstərən hər beş müəssisədən biri kompyuterə malikdir və bu müəssisələrdə çalışan 60,2 min işçi kompüterdən, 11,1 min işçi isə internetdən istifadə edir.
2003-2006-cı illər ərzində Azərbaycan 140-dan çox dövlətlə xarici ticarət əməliyyatları aparmış və bu sahədə əldə olunmuş nailiyyətlər nəticəsində xarici ticarət dövriyyəsinin ümumi həcmi 22,7 milyard ABŞ dollarına, o cümlədən idxal 11,1 milyard dollara, ixrac isə 11,6 milyard dollara çatmışdır. Ölkə iqtisadiyyatına yönəldilmiş xarici investisiyanın həcmi nəzərəçarpacaq qədər artmışdır. Bu dövrdə iqtisadiyyatımızın inkişafına 14 milyard dollar məbləğində xarici investisiya cəlb edilmişdir.
Ölkə iqtisadiyyatında ardıcıl aparılan və iqtisadi islahatların dərinləşməsində mühüm əhəmiyyət kəsb edən özəlləşdirmə prosesinin həyata keçirilməsi nəticəsində 20042005-ci illərdə və 2006-cı ilin birinci yarısında ümumi dəyəri 29,4 milyon manat olan 6043 kiçik müəssisə və obyekt, o cümlədən 114 sənaye, 474 ticarət, 248 məişət xidməti, 166 iaşə müəssisəsi, 88 tikinti təşkilatı, 29 yanacaqdoldurma məntəqəsi, 2105 nəqliyyat müəssisəsi və nəqliyyat vasitəsi, 62 kommunal təsərrüfatı obyekti və 2757 digər obyekt və avadanlıqlar özəlləşdirilmişdir.
Ümumiyyətlə Azərbaycan iqtisadiyyatının dinamik inkişafı sonrakı illərdə də uğurla davam etdirilmişdir. Belə ki, təkcə 2007-ci ildə ölkəmizdə ümumi daxili məhsul istehsalı təxminən 25 faiz artmış, 42 milyon ton neft hasil edilmişdir.
Respublikamızın gələcək inkişafı üçün zəruri olan bütün məsələlər ölkə başçısının fərman və sərəncamlarında öz əksini tapmışdır. Bu baxımdan iqtisadi təhlükəsizlik konsepsiyası haqqında Prezident İlham Əliyevin imzaladığı 23 may 2007-ci il tarixli sərəncamı xüsusi əhəmiyyət kəsb edir. Bu konsepsiya bazar iqtisadiyyatının inkişafı, onun hüquqi əsaslarının təkmilləşdirilməsi, iqtisadi sabitliyin təmin olunması məqsədilə daxili və xarici sərmayələr üçün əlverişli şəraitin yaradılması, təbii sərvətlərdən səmərəli istifadə edilməsi, davamlı iqtisadi inkişaf, ətraf mühitin qorunması, tədris, elmi və texnoloji potensialın artırılması yolu ilə Azərbaycan xalqının gələcək inkişafının, əhalinin layiqli həyat səviyyəsinin və fıziki sağlamlığının təmin edilməsi kimi taleyüklü problemlərin həll edilməsini Azərbaycan dövləti qarşısında bir vəzifə kimi qoyur.
Dövlət başçısı İlham Əliyev Azərbaycanın ərzaq təhlükəsizliyi məsələsini də daim diqqətdə saxlamışdır. Onun «Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminata dair dövlət Proqramının hazırlanması haqqında» 1 may 2008-ci il tarixli sərəncamı böyük əhəmiyyətə malikdir. Sərəncamda ölkəmizdə əhalinin zəruri ərzaq məhsulları ilə təmin edilməsi dövlətin iqtisadi siyasətində mərkəzi yer tutur. Bu məqsədlə ölkədə ərzaq istehsalı sahəsində, xüsusilə aqrar bölmədə bir sıra köklü islahatlar aparılmış, kompleks tədbirlər sistemi həyata keçirilmişdir.
Prezident İlham Əliyevin səmərəli fəaliyyəti nəticəsində 2003-2008-ci illərdə ölkəmizdə yeni istehsal sahələrinin yaradılması istiqamətində çox böyük işlər görülmüşdür. İstər Bakıda, istərsə də bölgələrdə günün tələblərinə cavab verən müəssisələr, zavod, fabrik tikilmiş, fırma və şirkətlər açılmış, həm dövlət investisiyaları, həm də özəl sektorun fəaliyyəti nəticəsində nəhəng infrastruktur layihələri icra olunmuşdur. Ötən müddət ərzində ölkə başçısı İlahm Əliyev regionların bütün rayonlarını əhatə etməklə 127 səfər etmiş, yerlərdə görülən işlərlə, xalqımızın həyat səviyyəsi ilə maraqlanmış, tapşırıq və tövsiyələrini vermiş, respublikamızın abadlaşması və inkişafı üçün əhəmiyyəti olan 500-dək müəssisə və obyektin təməlqoyma və açılış mərasimlərində iştirak etmişdir.
Bütün bunların nəticəsində ötən müddət ərzində Azərbaycan iqtisadiyyatı 2,6 dəfə, sənaye istehsalı 2,5 dəfə, əmək haqqı 8,3 dəfə, təqaüdlər 4 dəfə artırılmış, adambaşına düşən gəlir 5500 dollar olmuşdur. Həm də 5 il ərzində respublikamızda 766 min yeni iş yerləri açılmışdır ki, onun da 548 mini daimidir. Açılmış iş yerlərinin 80 faizi regionların payına düşür. Respublikamızın yoxsulluq səviyyəsi 2003-cü ildəki 49 faizdən 2008-ci ilin sonunda 13,2 faizə düşmüşdür. Valyuta ehtiyatı isə 18 milyard dollardan artıqdır.
Ümumiyyətlə regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı vaxtından əvvəl və daha böyük həcmdə icra olunmuş 2003-2008-ci illər ərzində proqramda nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapmışdır. Belə ki, 5 il müddətində respublikamızın regionlarında 632 ATS, 610 yeni poçt məntəqəsi, 10-dan çox olimpiya-idman kompleksi tikilib istifadəyə verilmişdir.
Ötən müddət ərzində ölkə iqtisadiyyatının inkişafı ilə yanaşı səhiyyə, elm, təhsil, mədəniyyət, ədəbiyyat sahələrində, həmçinin milli-mənəvi, dini dəyərlərin qorunması və möhkəmləndirilməsi istiqamətində də mühüm uğurlara nail olunmuşdur.
Səhiyyənin inkişafı dövlətin qarşısında duran ən mühüm vəzifələrdən biri kimi daim diqqət mərkəzində olmuşdur. Belə ki, son 5 ildə respublikamızın müxtəlif regionlarında müasir tipli avadanlıqlarla təchiz edilmiş onlarla xəstəxanalar, diaqnostika mərkəzləri, ambulatoriya-poliklinika müəssisələri tikilib istifadəyə verilmişdir. Son illər səhiyyənin inkişafının sürətləndirilməsi sahəsində bir sıra qanunlar və dövlət proqramları qəbul olunmuş, pulu xidmət isə ləğv edilmişdir. Bütün bunlar respublika səhiyyəsinin gələcək inkişafına öz təsirini göstərməkdədir.
Xalqımızın həyatında təhsilin önəmli rol oynadığını diqqətdə saxlayan ölkə başçısı bu sahənin inkişafına xüsüsi qayğı göstərmişdir. Buna görədir ki, son beş il ərzində respublikamızda müasir tələblərə cavab verən 1600 yeni məktəb tikilib istifadəyə verilmiş və hamısı da kompyuterlə təmin olunmuşdur. Bu məktəblərin 1300-ü regionların payına düşür. Bu sahəyə ayrılan dövlət xərcləri də artırılaraq bir milyard manatdan artıq olmuşdur.
Təhsildə ən mühüm nailiyyətlərdən biri kimi onu qeyd etmək lazımdır ki, bütün I-XI-sinif şagirdlərinin dərsliklərlə pulsuz təminatı başa çatdırılmış, məktəblərin bir hissəsi kompyuterlərlə təmin edilmiş və bu iş üğürla davam etdirilir.
Ötən müddət ərzində tələbə mübadiləsinə də xüsusi diqqət yetirilmişdir. Belə ki, hazırda 1182 nəfər azərbaycanlı gənc xarici ölkələrin aparıcı universitetlərində ölkəmiz üçün zəruri olan ixtisaslara yiyələnmiş, respublikamızın ali məktəblərində isə 38 xarici ölkədən 3613 nəfər tələbə təhsil almışdır. Ölkə başçısının 2007-ci il 16 aprel tarixli «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın təsdiq edilməsi barədə imzaladığı fərman bu sahəyə olan diqqətin bariz nümunəsidir.
Bu dövrdə mədəni quruculuq sahəsində də mühüm addımlar atılmışdır. Yeni parklar və istirahət guşələri salınmış,
Avropa standartları səviyyəsində otellər, ticarət və xidmət obyektləri yaradılmışdır. Kitabxanalar və teatr binaları yüksək səviyyədə təmir edilmiş, tanınmış dövlət, elm və mədəniyyət xadimlərinin yubileylərinin keçirilməsi üçün prezident fərmanları imzalanmışdır.
Ölkə rəhbərliyinin idmana olan qayğısı nəticəsində mühüm nailiyyətlər qazanılmışdır. Belə ki, idmançılarımız Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında, beynəlxalq yarışlarda idmanın ayrı-ayrı növlərində böyük uğurlar qazanmışlar. Bir sıra beynəlxalq yarışların, Avropa və dünya çempionatlarının Azərbaycanda keçirilməsi ölkə idmanının nüfuzundan xəbər verir.
Azərbaycanda elmin, təhsilin, mədəniyyətin, səhiyyənin və idmanın inkişafında Heydər Əliyev Fondunun rolunu xüsusi qeyd etmək lazımdır. Milli Məclisin deputatı YUNESKO və İSESKO-nun xoşməramlı səfıri, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi bu fond qaçqın və məcburi köçkünlərin, uşaq evlərinin, internat məktəblərinin, müxtəlif ağır xəstəliklərdən əziyyət çəkən insanların problemlərini daim diqqətdə saxlamışdır. Fondun həyata keçirdiyi «Uşaq evləri və internat məktəblərinin inkişafı Proqramı» bilavasitə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hazırlanmışdır. Bakıda və ətraf qəsəbələrdə yerləşən uşaq evləri və internat məktəblərində mövcud olan problemlər öyrənilmiş, onların aradan qaldırılması üçün əməli işlər görülmüşdür. Fond tərəfındən səhiyyə sahəsində həyata keçirilən layihələr içərisində talassemiyanın müalicəsi və profılaktikası üçün milli proqramlar hazırlanması və həyata keçirilməsi önəmli əhəmiyyətə malikdir.
Heydər Əliyev Fondu ölkəmizin inkişafında təhsilin önəmli rol oynadığını nəzərə alaraq bu sahədə də bir neçə irimiqyaslı layihə hazırlayaraq həyata keçirmişdir. Bunlardan ən mühümü «Yeniləşən Azərbaycana yeni məktəb» proqramıdır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hazırlanan bu proqram çərçivəsində, əsasən ucqar bölgələrdə, dağlıq rayonlarda 132 məktəb tikilərək istifadəyə verilmişdir.
Fond tərəfındən həcminə və keyfıyyətinə görə ölkədə analoqu olmayan «Azərbaycan» informasiya portalı yaradılmış, ingilis dilində «Qarabağ həqiqətləri» toplusu, fransız, alman, ərəb və rus dillərində hazırlanan və «Qarabağın tarixi haqqında məlumat», «Qarabağ münaqişəsinin başlanması», «Xocalı soyqırımı», «Azərbaycana qarşı erməni təcavüzünün nəticələri», «Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti» adları altında bukletlər nəşr olunmuşdur.
Heydər Əliyev Fondunun Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutu mütəxəssisləri ilə birgə hazırladıqları «Pirlər və müharibə» kitabında Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfındən işğal olunmuş rayonlarında düşmən tapdağı altında qalan ziyarətgahlar, dağıdılmış tarixi memarlıq abidələri, pirlər haqqında ətraflı məlumatlar öz əksini tapmışdır. 2005-ci ildən başlayaraq fond bir sıra xarici nəşrlərin Azərbaycan dilinə tərcüməsi üzərində də işlər aparmışdır. Fondun ən mühüm işlərindən biri kimi Azərbaycan muğamı və aşıq sənətinin inkişafı yolunda önəmli addımlar atmasıdır. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun 120, akademik Yusif Məmmədəliyevin 100 illik yubileyləri də fond tərəfındən qeyd edilmişdir.
Son illərdə Heydər Əliyev Fondu tərəfındən əsası qoyulan irimiqyaslı layihələrdən biri də Azərbaycan regional muzeyinin yaradılmasıdır. Burada əsas məqsəd Azərbaycanın tarixi kecmişini, sosial-iqtisadi vəziyyətini, flora və faunasını, mədənidini abidələrini, təsərrüfat həyatını, yerli adət-ənənələrini, etnik qruplarını əks etdirməklə yanaşı ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində bu regionların inkişafı üçün görülmüş işlərin, nəsillərə miras qalmış zəngin irsin təbliğindən ibarətdir.
Heydər Əliyev Fondu yuxarıda qeyd edilən mühüm layihələrin həyata kecirilməsi ilə yanaşı, problemlərinin həllinə nail ola bilməyən vətəndaşların müraciətlərinə də diqqətlə yanaşmışdır. Ölkə prezidenti İlham Əliyevin respublikanın regionlarına ardıcıl səfərlərini müşaiət edən Mehriban xanım Əliyeva ayrı-ayrı ucqar əyalətlərdə məktəblərə, xəstəxanalara, uşaq təhsil tərbiyə müəssisələrinə baş cəkmiş, yerli sakinlərlə görüşüb onların problemlərini dinləmiş və görüşlər zamanı diqqətə catdırılan sosial mədəni problemlər az sonra Heydər Əliyev Fondu tərəfındən öz həllini tapmışdır.
Ümumiyyətlə, Azərbaycanın taleyüklü məsələlərinin həllində Heydər Əliyev fondunun və şəxsən onun rəhbəri Mehriban xanım Əliyevenın coxşahəli və səmərəli fəaliyyəti ölkə ictimaiyyəti tərəfındən rəğbətlə qarşılanır. Ölkəmizdə son illərdə ixtisaslı gənc kadrların işlə təmin edilməsi sahəsində önəmli addımlar atılmışdır. Belə ki, respublikamızın ayrı-ayrı dövlət müəssisələrinə və hüquq mühafızə orqanlarına işçi qəbulu Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfındən test üsulu ilə həyata keçirilmişdir ki, bu da bacarıqlı gənclərin seçilib yerləşdirilməsində xüsusi rol oynamışdır.
Respublika Prezidenti İlham Əliyev öz fəaliyyəti dövründə Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməklə yanaşı, ulu öndərin idarəçilik metodlarından da yaradıcılıqla istifadə etmişdir. Belə ki, ölkə başçısı xalqın problemlərinə həssaslıqla yanaşmış və dövlət məmurlarından da bunu tələb edərək demişdir: «Tutduğu vəzifədən asılı olmayaraq hər bir rəhbərin başlıca vəzifəsi xalqa, millətə xidmət etməkdir. Mən vəzifəli şəxslərə, xalqın onlara olan münasibətinə görə qiymət verəcəyəm». Bu ideyanı öz fəaliyyətində əsas götürən dövlət başçısının qətiyyəti sayəsində ölkəmizin hərtərəfli inkişafı üçün uğurlu nəticələr qazanılmışdır.
Ötən müddət ərzində respublikamızın müdafıə qabiliyyətinin gücləndirilməsi sahəsində də önəmli addımlar atılmış və artıq Azərbaycanda müasr tələblərə cavab verən ordu
formalaşmışdır.
Göründüyü kimi, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya 2003-cü ildən ölkəmizə inamla rəhbərlik edən Prezident İlham Əliyev tərəfındən uğurla davam etdirilmişdir. Bu strategiyanın yeni dövrün tələblərinə uyğun əhəmiyyətli dərəcədə zənginləşdirilməsi milli iqtisadiyyatın regional və qlobal sınaqlara dayanıqlığını artırmış, sosialiqtisadi islahatlarla müəyyən edilmiş, məqsədlərə nail olunmasını, o cümlədən həmin siyasətin əsasını təşkil edən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasını təmin etmişdir.
Dünya iqtisadiyyatının dərin böhran keçirdiyi və neft qiymətlərinin kəskin şəkildə aşağı düşdüyü bir dövrdə ölkəmiz böyük inamla öz dinamik inkişafını davam etdirir. İqtisadiyyatımızın bütün sahələrində müsbət meyllər daha da güclənir. Məhz elmi əsaslara söykənən iqtisadi inkişaf strategiyasının uğurla reallaşdırılması nəticəsində respublikamız dünya iqtisadi böhranından yan keçməyə müvəffəq olmuşdur. Burada qeyri-neft sektorunun inkişafı xüsusi rol oynamışdır.
Ulu öndərimiz Heydər Əliyevin tarazlaşdırılmış xarici siyasət kursu ötən müddət ərzində Prezident İlham Əliyev tərəfındən uğurla davam etdirilmiş və Azərbaycan dövlətinin xarici siyasət xətti dəyişməz və dönməz olmuşdur. Belə ki, respublikamızın inkişafı, nailiyyətləri barədə dünya birliyinin ətraflı məlumatlandırılması, xaricdəki diasporumuzun fəaliyyətinin gücləndirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin maraqlarına uyğun nizamlanması üçün müasir təbliğat metodlarından yaradıcılıqla istifadə edilərək çevik diplomatik addımlar atılması Azərbaycanın xarici siyasətində öz əksini tapmışdır.
Ölkəmizin Qərb ailəsinə inteqrasiyasının reallaşdırılması, bölgədə təhlükəsizliyin və regionun inkişafı naminə əməkdaşlıqda maraqlı olan dövlətlərlə daha geniş münasibətlər yaratmaq sahəsində də önəmli addımlar atılmış, beynəlxalq terrorizmə və digər bu kimi elementlərə qarşı mübarizədə isə Azərbaycan həmişə ön sırada olmuşdur. Ən mühüm vəzifələrdən biri kimi böyük dövlətlərlə sıx əlaqələr yaradılması təmin edilmiş və bütün ölkələrlə münasibətləri beynəlxalq hüquq normalarına uyğun tərzdə qurmaq üçün əməli işlər görülmüşdür. Azərbaycan dünyadakı müxtəlif beynəlxalq və regional təşkilatların işlərinə fəal qoşulmaqla böyük dünya siyasətində özünün lazımınca iştirakına nail ola bilmişdir. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda bəzən Azərbaycana qarşı tətbiq edilən ikili standartları aradan qaldırmaq üçün qətiyyətli addımlar atılmışdır.
Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda ictimai-siyasi sabitliyin bərqərar olması, bütün sahələrdə aparılan demokratik islahatların uğurlu nəticələri ölkəmizin beynəlxalq nüfuzunu daha da artırmış və onu dünyanın aparıcı dövlətlərindən birinə çevirmişdir.
Ədəbiyyat


Tarix: 26.11.2014 / 17:32 Müəllif: Aziza Baxılıb: 287 Bölmə: Tariximiz ve rayonlarimiz
loading...