Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ucar

Ucar — Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi Ucar şəhəridir. Ucar rayonunun sahəsi 853 km²-dir.Mündəricat
1 Tarixi
2 Coğrafi mövqeyi
2.1 Relyefi
3 İri yaşayış məntəqələri
4 Əhalisi
4.1 Görkəmli şəxsləri
5 İqtisadi xarakteristikası
6 Mədəniyyət
7 Maddi-mədəni irsi
8 Mətbəx
9 Yerli media
10 Şəkillər
11 Mənbə
12 İstinadlar
13 Xarici keçidlər
14 Həmçinin bax


Tarixi

Ucar rayonu 24 yanvar 1939-cu ildə təşkil olunmuşdur. Rayonun adı, qədim yaranma tarixi haqqında müxtəlif fikirlər söylənilir. Ərəb coğrafiyaşünası Əl-Sitəkrinin "Məmləkətlərin yolları" kitabında adı çəkilir. Ucar Azərbaycanda orta əsr şəhəri kimi qeyd olunur. XV əsrdə yaşamış Azərbaycan şairi Bədr Şirvaninin yazılarında da Ucar sözünə rast gəlinir. Bəzi mülahizələrə görə rayonun adı Azərbaycan dilindəki "Uçar" sözundən əmələ gəlmişdir. Digər mülahizələrdə rayonun adının qədim Şirvanda yaşamış "Uçar" tayfasının adından götürüldüyü iddia olunur. Ucar sözünün "Ucqar" sözündən götürülməsi fikrini söyləyənlər də var. Hazırda Ucar rayonunun Azərbaycanın mərkəzi hissəsində yerləşməsinə baxmayaraq vaxtı ilə Şirvanşahların paytaxtı Şamaxı şəhərindən ən ucqar ərazidə yerləşdiyinə görə adının "Ucqar" sözündən götürüldüyü də ehtimal edilir.

Ucar rayonunun ərazisi keçmişdə Şirvan bəylərbəyliyinin, sonralar Şamaxı xanlığının, daha sonra 1840-ci ilin 10 aprelində inzibati islahata əsasən Kaspi vilayətinin, 1846-cı ildə isə Şamaxı qurberniyasının tərkibində olmuşdur. 1859-cu ildə Şamaxı zəlzələ nəticəsində dağılandan sonra quberniyanin mərkəzi Bakıya köçürülmüşdür. 1867-ci ilin dekabrında Bakı quberniyasının tərkibində Göyçay qəzası yaradılmışdır. Bu zaman Ucar rayonu Göyçay qəzasının tərkibində olmuşdur. 1930-cu ildə qəza bölgüsü ləgv edilmiş və rayon inzibati ərazi bölgüsünə keçilmişdir. Bu vaxt Ucar rayonu Göyçay rayonunun tərkibində saxlanılmışdır. 1939-cu il yanvar ayının 14-də Ucar Göyçay rayonunun tərkibindən ayrılaraq müstəqil rayon kimi təşkil olunmuşdur.

1963-cü ildə Ucar rayonunun ərazisində dəyişiklik edilmişdir. Belə ki, 1963-cü ildə Zərdab rayonu ləgv edilərək, onun ərazisi, yəni 856 kv km sahəsi ilə birlikdə Ucar rayonuna verilmişdir. 1965-ci ildə Zərdab rayonu yenidən müstəqil rayon kimi bərpa olunarkən Ucardan ayrılmışdır.

Coğrafi mövqeyi

Relyefi

Ucar rayonu Bakıdan 240 km qərbdə, Şirvan düzündə yerləşir. Ərazisində 32 yaşayış məntəqəsi var. Şimaldan Göyçay, şərqdən Kürdəmir, cənubdan Zərdab, qərbdən Ağdaş rayonları ilə əhatə olunur. Rayonun coğrafi mövqeyi olduqca əlverişlidir. Bakı-Tbilisi dəmir yolunun və magistral avtomobil yolunun Ucar rayonundan keçməsi, habelə Qədim İpək yolunun bərpa olunmaqla Ucardan keçməsi yerləşdiyi yerin iqtisadi əhəmiyyətini olduqca artırır.

İri yaşayış məntəqələri

Əhalisi

Ucar rayonunun əhalisi 75559 min nəfərdir (2005-ci ilə). Hər kv km 86 adam düşür. Əhalisinin milli tərkibi müxtəlif olmaqla burada 8 millətin o cümlədən: azərbaycanlılar, ruslar, ləzgilər, türklər, tatarlar, ukraynalılar, digər millətin nümayəndələri yaşayır.

Görkəmli şəxsləri
Məlikballı Qurban — aşıq
Vəsilə Zahidova — Sosialist Əməyi Qəhrəmanı.
Aşafatma Kərimova — Sosialist Əməyi Qəhrəmanı.
Abdulla Abdullayev — SSRİ "Qırmızı Ulduz" ordeni sahibi.
Aşıq Əhliman — aşıq
Ziya Məmmədov — Azərbaycan Respublikasının Nəqliyyat Naziri.

+ Şəmsəddin məllim

İqtisadi xarakteristikası

Təsərrüfatı pambıqçılıq, taxılçılıq, heyvandarlıq, baramaçılıq, quru subtropik meyvəçilik, üzümçülük, bostançılıq və toyuqçuluqdan ibarətdir.

Hələ 1902-ci rayonda biyan zavodu fəaliyyət göstərmişdir. Bu zavod Ucarın ilk sənaye müəssisəsi sayılır. 1953-cü ildə zavodda yanğın baş vermiş və nəticədə zavod yanmışdır. Yanğından sonra zavod öz fəaliyyətini müəyyən müddət dayandırmış və 1956-cı ildən Konserv zavodu adı ilə fəaliyyət göstərmişdir. Hazırda da konserv zavodu kimi fəaliyyət göstərir.

Mədəniyyət

Ucar rayon Mədəniyyət və Turizm şöbəsinin tabeliyində 18 mədəniyyət evi, 8 klub, 47 kitabxana, 2 muzey, 1 Uşaq İncəsənət məktəbi var.
Ucar rayon Mədəniyyət evi: — xüsusi layıhə əsasında 1973-cü ildə inşa edilmiş 2 mərtəbəli binada yerləşir. Binanın ümumi sahəsi 1202 kv.m. və yer tutumu 407 nəfərdir.
Yuxarı Şilyan kənd Mədəniyyət evi — 1976-cı ildən fəaliyyət göstərir. Ümumi sahəsi 198 m², yer tutumu 250 nəfərdir.
Təzə Şilyan kənd Mədəniyyət evi — 1976–cı ildən fəaliyyət göstərir. Ümumi sahəsi 250 m², yer tutumu 200 nəfərdir.
Lək kənd Mədəniyyət evi — 1958-ci ildən fəaliyyət göstərir. Ümumi sahəsi 920 m², tamaşa zalında yerlərin sayı 400 nəfərlikdir.
Qarabörk kənd Mədəniyyət evi — 1958-ci ildən fəaliyyət göstərir. Ümumi sahəsi 500 m².
Quləbənd kənd Mədəniyyət evi — 1976-cı ildən fəaliyyət göstərir. Mədəniyyət evinin ümumi sahəsi 870 m², tamaşa zalında yerlərin sayı 350 nəfərlikdir.
Ramal kənd Mədəniyyət evi — 1964-cü ildən fəaliyyət göstərir. Mədəniyyət evinin ümumi sahəsi 244 m², tamaşa zalında yerlərin sayı 250 nəfərlikdir.
Qaradağlı kənd Mədəniyyət evi — 1959-cu ildən fəaliyyət göstərir. Mədəniyyət evinin ümumi sahəsi 960 m², tamaşa zalında yerlərin sayı 400 nəfərlikdir.
Ucar Uşaq İncəsənət məktəbi — 1970-ci ildən musiqi məktəbi kimi fəaliyyətə başlamış və 1986-cı ildən Uşaq İncəsənət məktəbinə çevrilmişdir.
Heydər Əliyev mərkəzi — 29 iyun 2006-cı il tarixdə Azərbaycan prezidenti İlham Əliyevin Ucara gəlişi ilə əlaqədar açılmışdır.
Ucar Tarix–Diyarşunasliq muzeyi — 1986-cı ildə xüsusi ləyihə əsasında tikilmiş və 2 mərtəbədən ibarətdir. Muzeydə təbiət, Qədim dövr və Müasir dövr bölmələri fəaliyyət göstərir. Muzeydə 2602 ədəd eksponat var. Sahəsi 420 m²-dir.

Maddi-mədəni irsi

Ucar rayonunda hazırda 8 abidə qorunub saxlanılır. Bu abidələr rayon mədəniyyət şöbəsi tərəfindən uçota alınıb, Ümumrespublika əhəmiyyətli abidə hesab olunur. Bunlar aşağıdakılardır:
1941-1945-ci illər Böyük Vətən Müharibəsində həlak olanların xatirəsini əks etdirən abidə. Abidə rayon Mədəniyyət evinin qarşısında ucadılmış və 1976-cı ildə inşa edilmişdir. Abidənin texniki vəziyyəti nomaldır.
1941-1945-ci illər Böyük Vətən Müharibəsində həlak olanların xatirəsini əks etdirən abidə. Abidə Şahlıq, Əlikənd, Ramal kənd İcra nümayəndəliyinin həyətində yerləşir və texniki vəziyyəti normaldır. 1986-1987-ci illərdə inşa edilmişdir.
"Şəhid anası" adlı monumental abidə. Abidə Ucar şəhərində "Şəhidlər Xiyabanı"nda ucaldılmışdır və texniki vəziyyəti normaldır. 1994-ci ildə tikilmişdir.
416-cı Taqanroq Diviziyasının xatirəsinə ucadılmış abidə. Abidə 3 saylı şəhər orta məktəbinin həyətində yerləşir və texniki vəziyyəti normaldır. 1976-1978-ci illərdə inşa edilmişdir.
Naməlum əsgərin xatirəsini əks etdirən monumental abidə. Abidə Ucar pambıqtəmizləmə zavodunun ərazisində yerləşir. 1981-1982-ci illərdə inşa edilmişdir. Texniki vəziyyəti normaldır.
Azərbaycanın böyük yazıçısı, ictimai və siyasi xadimi N.Nərimanovun heykəli Ucar Dəmir Yolu Stansiyasının qarşısında ucaldılmışdır. Abidənin texniki vəziyyəti normaldır. 1990-1992-ci illərdə tikilmişdir.
"Su qülləsi" abidəsi. Abidə Dəmir Yolu vağzalının ərazisində yerləşir. 1949-1950-ci illərdə inşa edilmişdir və texniki vəziyyəti normaldır.
"Su qülləsi" abidəsi. Abidə şəhərin Ş.Fərzəliyev küçəsində yerləşir. 1953-1954-cü illərdə inşa edilmişdir və texniki vəziyyəti normaldır.


Tarix: 16.03.2013 / 17:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 669 Bölmə: Tariximiz ve rayonlarimiz
loading...