Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Biləsuvar rayonu

Biləsuvar – Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi Biləsuvar şəhəridir.Mündəricat
1 Tarixi
2 Coğrafi mövqeyi
2.1 Relyefi
2.2 Təbiəti
2.3 İqlimi
3 İri yaşayış məntəqələri
4 Əhalisi
4.1 Görkəmli şəxsləri
5 İqtisadi xarakteristikası
5.1 Kənd təsərrüfatı
6 Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
7 Maddi-mədəni irsi
8 Mətbəx
9 Yerli media
10 Şəkillər
11 İstinadlar
12 Xarici keçidlər
13 Həmçinin bax


Tarixi

Biləsuvar rayonu Azərbaycanın zəngin tarixi keçmişi olan ərazilərdən biridir. İran tarixçisi Həmdullah Qəzvininin məlumatına görə Biləsuvar X əsrdə Büveyhi əmiri Piləsuvar saldırmışdır və şəhər də öz adını ondan almışdır. XIV əsr feodal çəkişmələri nəticəsində tənəzzülə uğrayan Biləsuvar şəhəri 1828-ci il Türkmənçay müqaviləsinə əsasən iki hissəyə bölünmüşdür. Rusiya imperiyası daxilində qalan hissəsinin əhalisi 1914-cü ildə Rusiya imperiyası cənub sərhədlərini keçilməz etdikdən sonra sərhəddən 20-40 km kənarda ruslar üçün salınmış yaşayış məntəqələrinə və digər ərazilərə köçürülmüşdür. Nəticədə vaxtilə Rusiyadan köçürülmüş əhalinin məskunlaşdığı Puşkin qəsəbəsi mərkəz olmaqla 1930-cu ildə Biləsuvar rayonu təşkil edilmişdir. 1938-ci ildə Biləsuvar adı dəyişdirilərək Puşkin rayonu adlandırılmışdır. 1963-cü ildə ərazisi Cəlilabad rayonu ilə birləşdirilmiş, 1964-cü ildən isə yenidən müstəqil rayon olmuşdur. SSRİ dövləti dağıldıqdan sonra 1991-ci ildən onun tarixi adı özünə qaytarılaraq Biləsuvar adlandırılmışdır.

Tədqiqatçı Sabir Nəsiroğlu "Sehrli diyarın sirri" adlı qısaldılmış tarixi monoqrafiyasında və "Həməşəradan gələn səslər" kitabında tarixi mənbələrə istinad edərək yazır ki, Muğanda xəzərlər, massagetlər və s. tayfalarla yanaşı bilyər və suvarlar da yaşamışdır. O, belə bir nəticəyə gəlir ki, Biləsuvar iki tayfanın – bilyər və suvarların cəmlənib düşmən qarşısında qəhrəmancasına vuruşduğu yer mənasını verir. Daha sonra müəllif qeyd edir ki, "Atlı əsgərlərin və çaparların keçid yeri" toponimi Biləsuvarın toponiminə uyğun gəlir.

Digər bir versiyaya görə isə ərazi öz adını "belə", "su", "var" sözlərinin birləşməsindən almışdır. Yerli əhali də bu versiyaya daha çox üstünlük verir.

Coğrafi mövqeyi


Biləsuvar rayonunun ərazisi Muğan düzünün cənub-qərb və cənub hissəsini tutur. Ərazisi şimaldan İmişli rayonu ilə 53 km, şimal-qərbdən Saatlı rayonu ilə 23 km, Sabirabad rayonu ilə 20 km, şərqdən Salyan rayonu ilə 23 km, Neftçala rayonu ilə 4 km, cənubdan Cəlilabad rayonu ilə 54 km, qərbdən isə İran İslam Republikası ilə 64 km məsafədə həmsərhəd olmaqla, ümumi sərhəd dairəsinin uzunluğu 241 km-dir.

Biləsuvar beynəlxalq gömrük keçid məntəqəsi rayon ərazisində yerləşir. Rayonun ərazisi 1358 kvadrat kilometrdir. Tarixi araşdırmalar göstərir ki, Biləsuvar rayonunun ərazisindən keçən indiki Bolqar çayı kimi tanınan Biləsuvar çayı bir neçə adla adlandırılmışdır. İran ərazisində bu çayı – Şənbəçay, Adnabazarçay, Bəylər çayı, Şirinsu, Qələbə çayı və s. kimi adlandırmışlar. Amma rəsmi xəritələrdə bu çayın adı həmişə Bolqar çayı kimi göstərilir.Ümumi ərazi, [kv.km]1358.00
Məhsuldar torpaqların ümumi sahəsi, [kv.km]1129.29
Kənd təsərrüfatına yararsız torpaqların sahəsi, [kv.km]202.53
Heyvandarlıq üçün otlaqların sahəsi, [kv.km]562.10
Əkilmiş torpaqların ümumi sahəsi, [kv.km]425.31
Meyvə bağlarının ümumi sahəsi, [kv.km]12.00
Şoran torpaqların ümumi sahəsi, [kv.km]26.07


Relyefi

Rayon ərazisindən keçən Bolqarçay mənbəyini İran İslam Respublikasından götürməklə, mənsəbi Mahmudçalada bitir. Mənbəyinin Araz çayından götürən uzunluğu 101 km olan Əzizbəyov adına kanal rayon əhalisinin içməli suya olan təlabatını ödəməklə yanaşı, əkinlərin suvarılması üçün yeganə mənbədir. Rayonun qərb hissəsində şabaladı və açıq şabalıdı torpaqlar olmaqla, müəyyən hissəsi qeyri şorəkət və az miqdarda şorakət torpaqlardır.Bitki örtüyündə çöl formasiyası geniş yer tutur.Quru çöl bitkiləri (şahsöyüdü, yolğun və s.), kollar vardır.Rayonun çöl düzündə Mahmudçala ovalığı yerləşir. [2]

Təbiəti

Rayon ərazisində ən çox rast gələn heyvan növləri canavar, tülkü, boz dovşan, çölsiçanı və çaqqal, quşlardan kəklik, qırqovul, göyərçin, su quşları və s. var. Əsasən şabalıdı və açıq şabalıdı torpaqlar geniş yayılmışdır. Müəyyən hissəsi az miqdarda şorakət torpaqlardır.

İqlimi

Rayonun iqlimi isti və quru iqlimdir. İyul ayında orta temperatur +35 °C olur. Qışı mülayim keçir. Yanvar ayının orta temperaturu +7 °C. Yağıntıların miqdarı ildə 220–275 mm təşkil edir.

İri yaşayış məntəqələri
Xırmandalı kəndi

ƏhalisiƏhalinin ümumi sayı92400
Şəhər əhalisinin sayı, [%]23.1867
Kənd əhalisinin sayı, [%]76.8133
Əhalinin orta sıxlığı67.2
Əhalinin cins qrupları üzrə sayı: (kişilər), [%]48.4997
Əhalinin cins qrupları üzrə sayı: (qadınlar), [%]51.5003
Əhalinin yaş qrupları üzrə sayı: (uşaqlar), [%]32.3815
Əhalinin yaş qrupları üzrə sayı: (18 yaşa qədər), [%]36.0375
Əhalinin yaş qrupları üzrə sayı: (18-dən 55-60-a), [%]53.4248
Əhalinin yaş qrupları üzrə sayı: (təqaüdçülər), [%]6.3946
Ali təhsilli əhalinin sayı, [%]3.9991
Orta təhsilli əhalinin sayı, [%]41.0881
Məskunlaşmış qaçqınların sayı0
Məskunlaşmış məcburi köçkünlərin sayı12612


Görkəmli şəxsləri
Ağayar Şükürov — fəlsəfə elmləri doktoru, professor;
Əhmədağa Muğanlı (Qurbanov) — yazıçı;
Əlibala Hacızadə — yazıçı;
Həsən Sövdalı - aşıq;
Mübariz İbrahimov — Azərbaycanın Milli Qəhrəmanı;
Fikrət Cahangirov - Filologiya elmləri doktoru, professor, dekan;
Rizvan Abasov — Azərbaycan Respublikasının Əməkdar Mühəndisi;
Azad Abışov – Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, professor;
Cəmil Həsənli – Tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin müasir tarixi kafedrasının professoru;
Gəray Əsədov — Sovet İttifaqı Qəhrəmanı;
Ramiz Novruzov - xalq artisti;

İqtisadi xarakteristikası

Rayonun iqtisadiyyatını əsasən kənd təsərrüfatı təşkil edir. Son illərədə ölkə iqtisadiyyatının sürətli inkişafı nəticəsində Biləsuvar rayonunda da kənd təsərrüfatı məhsullarının istehsalı edən sənaye müəssisələri yaradılmışdır ("Biləsvar-Aqro" süd emalı zavodu, "Natural Qreland MMC"-nin konsevr zavodu). Bundan əlavə rayonda mebel fabriki, beton zavod fəaliyyət göstərir. 2010-cu ildə rayonda ümumi məhsul buraxılışının həcmi 127246,9 min manat, adam başına düşən ümumi məhsul buraxılışının həcmi 1.408 manat təşkil etmişdir. Ümumi məhsul buraxılışının həcmində sənaye məhsulunun həcmi 5823,1 min manat, kənd təsərrüfatı məhsulunun həcmi 66.687 min manat təşkil etmiş, həmçinin pərakəndə əmtəə dövriyyəsi 27165.5 min manat, əsas kapitala yönəldilmiş investisyanın həcmi 27586.5 min manat olmuşdur.

Kənd təsərrüfatı

Biləsuvar rayonu əsasən kənd təsərrüfatı rayonudur. Rayonda əkinçilik, heyvandarlıq və quşçuluq geniş inkişaf etmişdir. 2010-cu ildə rayonda 41.314 ton taxıl istehsal olunmuşdur. Bunun 22.858 tonu buğda, 18.454 tonu isə arpa məhsuludur. Rayon üzrə orta məhsuldarlıq 15 sentner olmuşdur. Məhsuldarlığın az olmasının səbəbi aramsız yağan yağışlar olmuşdur. Pambıqçılığın inkişaf etdirilməsində müəyyən işlər görülmüşdür. İl ərzində 4750 hektar pambıq əkin sahəsindən 5.677 ton xam pambıq istehsal edilmişdir. Rayon üzrə orta məhsuldarlıq 12 sentner olmuşdur. Heyvandarlıq sahəsində iri buynuzlu mal qaranın sayı 39.081 baş, xırda buynuzlu mal qaranın sayı isə 134.524 baş olmuşdur. 2010-cu ildə 2.851 ton ət, 23.573 ton süd, 270 ton yun və 9.905 min ədəd yumurta istehsal edilmişdir [3]

Mədəniyyət, təhsil və səhiyyə müəssisələri

Biləsuvar rayonu 2013-cü ilin Gənclər Paytaxtı elan edilmişdir.

Maddi-mədəni irsi

Biləsuvar rayonunda 1 memarlıq, 12 arxeoloji tarixi və memarlıq abidəsi var. Bunlar keçmiş Biləsuvar yaşayış məntəqəsi ərazisində "Şəhriyar qalası" memarlıq abidəsindən, həmçinin Bədilli kəndi ərazisində tunc dövrünə aid 7 Kurqan təpəsi, Təzəkənd kəndi ərazisində tunc dövrünə aid 2 Kurqan (qoşatəpə), dəmir dövrünə aid "Torpağay təpə", Dərvişli kəndi ərazisində dəmir dövrünə aid "Seyid altı təpə" kurqanı, Yuxarı Ağalı kəndi ərazisində "Ceyran təpə" kurqanı, Əmənkənd kəndi ərazisində tunc dövrünə aid "Şəhriyar təpə" kurqanı, Şəhriyar kəndində orta əsrlərə aid Ağdam qalası, yenə həmin ərazidə orta əsrlərin əvvəllərinə aid "Çöl Ağdam şəhərciyi" və "İçəri Ağdam yaşayış ərazisində" arxeoloji abidələrindən ibarətdir.Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu Biləsuvar rayonunda apardığı arxeoloji kəşfiyyat işləri zamanı orta əsrlərə aid bir neçə qədim abidə, eyni zamanda, qədim şəhərin qalıqlarını aşkarlayıb. Biləsuvar rayonunda arxeoloji qazıntı aparılan zaman "Çöl Ağdam qalası", "İçəri Ağdam qalası", orta əsrlər Şəhriyar şəhərinin qalıqları, rayonun İsmətli kəndində orta əsr yaşayış yeri və kurqanı, Səmədabad kəndində orta əsr yaşayış yeri və s. aşkarlanıb.İndiyədək Şəhriyar şəhəri haqqında məlumatlar olsa da, bununla bağlı arxeoloji qazıntılar aparılmayıb.

Rayon mərkəzi Biləsuvar şəhərində və Xırmandalı kəndində 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində həlak olmuş əsgərlərin xatirə abidələri, həmçinin rayon mərkəzindəki H.Əliyev adına İdman və Sağlmlıq Kompleksi ərazisində Qarabağ uğrunda həlak olmuş şəhidlərə və 20 Yanvar şəhidlərinə xatirə kompleksi və Dərvişli kəndində 20 Yanvar şəhidlərinə xatirə kompleksi abidələri ucaldılmışdır.


Tarix: 16.03.2013 / 17:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 724 Bölmə: Tariximiz ve rayonlarimiz
loading...