Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İmişli

İmişli – Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi İmişli şəhəridir.

Mündəricat
1 Tarixi
2 Coğrafi mövqeyi
2.1 Relyefi
2.2 Təbiəti
2.3 İqlimi
3 İri yaşayış məntəqələri
4 Əhalisi
4.1 Şəhidləri[4]
4.2 Görkəmli şəxsləri
5 İqtisadi xarakteristikası
6 Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
7 Maddi-mədəni irsi
8 Mətbəx
9 Yerli media
10 Şəkillər
11 Mənbə
12 Xarici keçidlər
13 Həmçinin bax


Tarixi

1930-cu il avqust ayında Qaradonlu rayonu təşkil olunur. Hələ Çar Rusiyası dövründə qurulmuş Qaradonlu Cavad qəzasına daxil idi. Qaradonlu rayonun ən qədim kəndlərindən hesab olunur. Ərazinin karvan yolları üzərində və Araz çayı sahilində yerləşməsi, su mənbələrinin bol olması, məhsuldar torpaqların çox olması burada kənd təsərrüfatının xüsusəndə bitkiçiliyin inkişafına səbəb olmuşdur. Hələ Oktyabr inqilabından əvvəlki dövrdə ərazidə geniş meliorasiya işləri aparılmış, irriqasiya işləri aparılmış və intensiv suvarılan bitkiçiliyin əsası qoyulmuşdur. 1906-cı ildə Qaradonluda ilk məktəb fəaliyyətə başlamışdır və həmçinin ərazidə çoxlu sayda yaşayış evləri, karvansaralar, dəyirmanlar və dükanlar var idi. 1933-cü ildə isə Qaradonlu maşın-traktor zavodunun əsası qoyulmuşdur. Ələt-Mincivan dəmiryolunun çəklişi nəticəsində əhalinin rayon mərkəzindən dəmiryolu stansiyası olan əraziyə cəmlənməsi başlandı. Bu məqsədlə İmişli kəndi ilə Qaradonlu kəndi arasında 2 mərtəbəli kərpic bina tikildi beləliklə rayon mərkəzi buraya köçürüldü və rayon İmişli rayonu adlandırılmağa başlandı. Həmin dövrdə ərazi meşələr və kolluqlarla örtülü idi. Lakin insanlar ərazidə təmizləmə işlərini aparıb burada binalar ucaltmağa və küçələr salmağa başladılar. İmişli kəndi rayon mərkəzi olaraq sürətlə genişlənməyə başlandı. Kəndə çoxlu sayda ekspluatasiya binaları tikildi və kəndin gönünüşü təmamilə dəyişildi. 1944-cü ildə İmişli şəhər tipli qəsəbə, 1960-cı ildə isə şəhər statusunu aldı. 1959-cu ildə Araz çayı üzərində indiki Bəhrəmtəpə ərazisində o vaxtlar üçün unikal sayılan su qovşağı istifadəyə verildi. Öz başlanğıcını buradan götürən Baş Muğan və Əzizbəyov kanalları nəinki İmişli rayonunun həmçinin Saatlı, Biləsuvar və Sabirabad rayonlarının torpaqlarını su ilə qidalandırır. Həmin illər rayonda həmçinin qum-çınqıl emalatxanaları, dəmir-beton materialları zavodunun əsası qoyuldu. Qaradonlu isə hazırda Muğan düzündəki kəndlərdən biridir.

Coğrafi mövqeyi

İmişli rayonunun ərazisi Kür-Araz ovalığına aid Mil-Muğan düzündədir. Bakı şəhərindən 220 km məsafədə yerləşir.

Relyefi

Ərazisinin çox hissəsi okean səviyyəsindən aşağıdır. Rayonun Şimal sərhəddi boyunca Kür çayı, mərkəzi hissəsindən Araz çayı axır. Rayonda boz-çəmən, qismən boz və çəmən boz torpaqları yayılmışdır, bitki örtüyü yarımsəhra tiplidir. Arazın sağ sahili Muğan düzünə, sol sahili isə Mil düzünə aiddir. Rayon ərazisinin Mil düzündəki sahəsini Şirvan düzü ilə Kür çayı ayırır.

Təbiəti

İqlimi

Yayı quraq keçən mülayim isti, yarımsəhra və quru çöl iqlimi var. Orta temperatur yanvar ayında 1,6 ˚C, iyul ayında isə 26,1˚C-dir. İllik yağıntının miqdarı 300 mm-dir.

İri yaşayış məntəqələri

Əhalisi

1 yanvar 2011-ci il tarixinə 116.600[3]nəfər, 1 yanvar 2012-ci il tarixinə isə 117.200 nəfər[2] əhalisi vardır . Eyni zamanda rayon ərazisində Ermənistan tərəfindən işğal olunmuş ərazilərdən (Azərbaycan ərazisinin 20%-ini işğala məruz qalıb) çixarılmış 50.000-ə yaxın məcburi koçkün yaşayır. Rayon əhalisinin 31.500 nəfərə yaxın İmişli şəhərində, 4.100 nəfəri isə Bəhrəmtəpə qəsəbəsində yaşayır.

Şəhidləri[4]
İmamverdi Əliyev
Paşayev Ülvi Əjdər oğlu
Cəfərov Qarakişi Məhəmməd oğlu
Əsədov Kamil Əsəd oğlu
Nəsirov Çingiz Pəncalı oğlu
Əhmədov Elşən Cəbrayıl oğlu
Hüseynov Şaiq Məhyəddin oğlu
Həsənov Dayandur Qardaş oğlu
Dayandur Həsənov Qacar
Qarayev Mehman Dilavər oğlu
Kərimov Rövşən Balay oğlu
Əliyev Camal Xasəməddin oğlu
Xankişiyev Əliheydər Şahlar oğlu
Zamanov Müşfiq Zaman oğlu
Fərzəliyev Zahir Fərzəli oğlu
Quliyev Elşad Gülalı oğlu
Xəmmədov Elçin Bayram oğlu
Rüstəmov Teymur Rüstəm oğlu
Rüstəmov İbadət Səxavət oğlu
Gözəlov Habil Hilal oğlu
Novruzov Vətən Cabbar oğlu
Mirişov Miriş İsfəndiyar oğlu
Məmmədov Vüqar Xanoğlan oğlu
Qurbanov Adəm Rəşid oğlu
Quliyev Yədulla Teymur oğlu
Cabbarlı Rəşad Tahir oğlu
Həmidov Əli Hümbət oğlu
Nəsirov Nofəl Vaqif oğlu
Əliyev Qamət Fərəc oğlu
Bağırov Rövşən Əlmusa oğlu
Cəbrayılov Fikrət Allahverdi oğlu
Məmmədov Alış Alışan oğlu
Məmmədov Mikayıl Cavadağa oğlu
Soltanov Natiq Tofiq oğlu
Dəmirov Münasib Məmməd oğlu
Qarayev Sahib Əli oğlu
Həsənov Zəfər Əhli oğlu
Paşayev Yaşar
İmanov Əbülfət Tərlan oğlu
Abbasov Hafiz Səlimxan oğlu
Aslanov Müseyib Yolçu oğlu
Əsədov Səbuhi Əsəd oğlu
Əliyev Fazil Məmməd oğlu
Əsədov Teymur Böyük oğlu
Abbasov Amil Baxış oğlu
Cəfərov İltizam Möysüm oğlu
Məmmədov Şahin Əhməd oğlu
Rəhimov Fazil Şahləddin oğlu
Məmmədov Süleyman Quluş oğlu
Qurbanov Elman Şahlar oğlu
İsmayılov Tərlan İsmayıl oğlu
Əmiraslanov Yadigar Vəliqulu oğlu
Hüseynov İslam Heydər oğlu
Abbasquliyev Arif Temir oğlu
Qaraşov Sənan Hüseyn oğlu
Mirzəyev Mahir Mirzə oğlu
Heydərov Elçin Ağaməmməd oğlu
Əsədov Vaqif Hüseyn oğlu
Quliyev Natiq Əşrəf oğlu
Qurbanov Teyyub Həsən oğlu
Şükürov Rakif Şükür oğlu
Qambayev Zülfüqar Cümşüd oğlu
Əhmədov Nəriman Mahmud oğlu
Qəhrəmanov Coşqun Aslan oğlu
Şirəliyev Səftər Əziz oğlu
Məcnunov Azər Feyzulla oğlu
Şirməmmədov Teymur
Əhmədov İlqar Usubəli oğlu
Qocayev Qənbər Yaşar oğlu
Kazımov Araz Əfsəl oğlu
Quliyev Fərhad Abbas oğlu
Məmmədov Faiq Teyyub oğlu
Məmmədov Vüqar Fərəc oğlu
Alışov Rahib Məhərrəm oğlu
Heydərov Nağı Heydər oğlu
Quliyev Xəyal Boyan oğlu
Mikayılov Nadir Adil oğlu
Abışov Namiq Aldost oğlu
Məmmədov Rəfail Hətəm oğlu
Bayramov Ocaqqulu Ocaqverdi oğlu
Bayramov Lütfiyar Xudaverdi oğlu
Abdullayev Rizvan Abbaz oğlu
Mirəliyev Məşədi Dostəli Məhəmmədəli oğlu
Abuzərov Bəhmən Abuzər oğlu
Babaşov Qafar Əlyar oğlu
Aslanov Fikrət Əmiraslan oğlu
Ocaqov Nizam Atamoğlan oğlu
Tarıverdiyev Qoşqar Zülfəli oğlu
Qəhrəmanov Abbas İmamverdi oğlu
Hüseynov Habil Heydər oğlu
Teymurov Emin Canbaxış oğlu
Abbasov Nəzər Gülkərəm oğlu
Nizami Adil oğlu
İbayev Qəni Novruz oğlu
İbayev Nəbi Novruz oğlu
Süleymanov Mehman Abasəli oğlu
Bayramov Akif Rəvan oğlu
Mirzəyev Mübariz Fazil oğlu
Atayev Azər Əşrəf oğlu
Məmmədov Rafiq Hüseyn oğlu
Həsənov Həsən Qurban oğlu
Əmirov Yaşar
Mirəliyev Tariyel Rüstəm oğlu
Əsədov Əlhəm Əsabil oğlu
Mərdəliyev Qabil Əlağa oğlu
Məmmədov Kərəm Nurəddin oğlu
Əsədov İlham Qənbər oğlu
Hacıyev Rauf Əli oğlu

Görkəmli şəxsləri
Nuşirəvan Məhərrəmli
Niyaməddin Musayev
Qəşəm Nəcəfzadə
İsgəndər Cəfərov
Dayandur Qənbərov

İqtisadi xarakteristikası

İmişli rayonundakı iri sənaye müəssisələrinin bir neçəsi barədə qısa məlumat:
İmişli Lokomotiv deposu

Lokomoriv deposu 1968-ci ildə istismara verilmiş, işçilərin sayı 218 nəfərdir. Depoda teplovozların cari və əsaslı təmir işləri həyata keçirilir.
Muradxanlı İriləşdirilmiş Neft Mədəni

Mədən 1970-ci ildə fəaliyyətə başlamış, sutkalıq hasilat gücü 85 tondur. Mədəndə orta aylıq əmək haqqı 460 manat təşkil edir, işçilərin sayı isə 160 nəfərdir.
Bəhrəmtəpə Dəmir-beton zavodu

Zavod "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin yerli müəssisəsidir, dəmir-beton məmulatları istehsal edir. 1986-cı ildən fəaliyyət göstərir, zavodda 51 nəfər işçi çalışır. Sutkalıq istehsal gücü 75 kub.metr təşkil edir.
İmişli Dəmir-beton ASC

Zavod 1960-cı ildən fəaliyyət göstərməklə dəmir-beton məmulatları istehsal edir. Zavodda 185 nəfər işçi çalışır. Sutkalıq istehsal gücü 85 kub.metr təşkil edir.
"Araz" Konservləşdirilmiş Şirələr və Konyak zavodu

Zavod iş adamlarının vəsaiti hesabına tikilmiş və 2003-cü ildə fəaliyyətə başlamışdır. Müəssisədə 150 nəfər çalışır, istehsal gücü 850 şərti bankadır. [5]

Mədəniyyət, təhsil və səhiyyə müəssisələri

Rayonda hazırda 63 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar və 14 məktəbəqədər tərbiyyə müəssisəsi fəaliyyət göstərir. 22 ümumtəhsil məktəbi birnövbəli iş rejimində işləyir. Tədris müəssisələrində 17177 şagirdin təlim-tərbiyəsi ilə 1611 müəllim məşğul olur. Müəllimlərdən 1221 nəfəri təhsili ali, 353 nəfəri təhsili orta ixtisas, 4 nəfəri natamam ali və 33 nəfərin isə ümumi orta təhsillidir. Pedaqoji sahədə çalışanların 924 nəfərini qadınlar təşkil edir. Hazırda təhsil müəssisələrində 71 nəfər ayrı-ayrı ixtisaslar üzrə (Azərbaycan dili-ədəbiyyatı -12, riyaziyyat və informatika -6, tarix -3, coğrafiya -16, kimiya -20, fizika -5) və s. fənn müəllimlərinə ciddi ehtiyac vardır. [6]

Maddi-mədəni irsi

İmişli rayonu ərazisində tarixi keçmişimizlə bağlı maddi-mədəniyyət abidələrinin izləri çoxdur. Kür-Araz mədəniyyətinə aid saxsı məişət əşylarinin üç min ildən çox yaşı var. Qızıltəpə, Muxurtəpə, Qaratəpə orta əsrlərin istehkamlarıdır. İndiki Bəcirəvan kəndi ərəb istilası dövründəki döyüşkən Bəcirəvan şəhərinin adı ilə səsləşir.

Mətbəx

Rayonda bişirilən toyuq çığırtması öz dadı ilə məşhurdur. Payız vaxtı kərə yağında qızardılmış təzə kənd toyuğu doğranmış soğanın üzərinə sıxılmış nar şirəsi ilə birlikdə süfrəyə verilir.


Tarix: 16.03.2013 / 17:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 988 Bölmə: Tariximiz ve rayonlarimiz
loading...