Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Siyəzən

Siyəzən — Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi Siyəzən şəhəridir.Mündəricat
1 Tarixi
2 Coğrafi mövqeyi
2.1 Relyefi
2.2 Təbiəti
2.3 İqlimi
3 Əhalisi
3.1 Görkəmli şəxsləri
4 İqtisadi xarakteristikası
5 Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
6 Maddi-mədəni irsi
7 Mətbəx
8 Yerli media
9 Şəkillər
10 Mənbə
11 İstinadlar
12 Xarici keçidlər
13 Həmçinin bax


Tarixi

Siyəzən rayonu 2 fevral 1992-ci ildə yaradılıb. Lakin Siyəzən rayon kimi ilk dəfə Dəvəçi rayonunu bir hissəsində 11 fevral 1940-cı ildə təşkil olunmuş və 1959-cu ildə ləğv edilərək yenidən Dəvəçi rayonunun (indiki Şabran) tərkibinə verilmişdir. Rayonun ümumi sahəsi 0,70 min kv. km-dir.

Coğrafi mövqeyi

Siyəzən rayonu Azərbaycanın şimalında, Böyük Qafqaz dağları ilə Xəzər sahilində olan Samur-Dəvəçi ovalığında yerləşir. Ovalığın cənub-şərqində yarımsəhra landşaftı, dağətəyi hissələrdə isə boz-çəmən, şabalıdı-qəhvəyi, qismən qara torpaqlar yerləşməklə, meşə-çəmən landşaftı xarakterikdir. Ərazisi əsasən neft və təbii qaz, həmçinin əhəng daşı, çınqıl, gil və s. təbii ehtiyatlarla zəngindir. Siyəzən rayonunun ərazisindən respublika əhəmiyyətli avtomobil və dəmir yolları keçir. Bakı-Quba magistral avtomobil yolunun 40 kilometri, Bakı-Mahaçqala dəmir yolunun isə 47 kilometri rayon ərazisinə düşür. Rayon ərazisində 4 dəmir yolu stansiyası fəaliyyət göstərir. Bunlar Qızıl-Burun, Zarat, Siyəzən, Gil-gilçay dəmir yolu stansiyalarıdır.

Relyefi

Təbiəti

İqlimi

Rayonda yarımsəhra və quru çöl iqlimi hakimdir.

Əhalisi

Siyəzən rayonunun əhalisi 38,4 min[1] nəfərdir (1 yanvar, 2011). Əhalinin orta sıxlığı hər kv. km-ə 55[1] nəfər (1 yanvar, 2011) düşür. Rayonun kənd əhalisi (33,39%) şəhər əhalisinə (65,61%) nisbətən azdır (13-22 aprel, 2009 s.a. əsasən).[1] Ümumi əhalinin isə 49,8%-ni kişilər, 50,2%-ni qadınlar təşkil edir. 2009-cu il siyahıya almasına görə əhali əsasən azərbaycanlılardan ibarətdir, həmçinin rayonda ləzgilər, ruslar, türklər, tatar, ukraynalılar və digər millətlərin nümayəndələri də yaşayır.[1]
Milli tərkibEtnik qrup2009[1] s.a.
Cəmi37 654
azərbaycanlı37 343
ləzgi150
rus71
türk65
tatar6
ukraynalı3
digər16


Görkəmli şəxsləri
Füzuli Hacıyev — Siyəzən və Lerik rayonlarının keçmiş icra başçısı, tarix elmləri namizədi.
Namiq Abdullayev — yazıçı.
Bəybala Xutkar oğlu Abbasov — tibb elmləri doktoru, professor.

İqtisadi xarakteristikası

Siyəzən rayonunun iqtisadiyyatının əsasını neft və qazçıxarma sənayesi təşkil edir. Rayonun ümumi məhsul buraxılışı 2005-ci ildə 39,3 mln manat olmuşdur. Rayonda pərakəndə əmtəə dövriyyəsi isə 12.7 mln manatdır. Həmçinin rayonda 2005-ci ildə 11,7 mln manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur. Kənd təsərrüfatında isə taxılçılıq, heyvandarlıq və tərəvəzçilik mühüm yer tutur. 2005-ci ildə 21,6 mln manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, onun da çox hissəsi heyvandarlığın (92,7%) payına düşür. Son illər rayonda quşçuluq daha yaxşı inkişaf etmiş sahələrdən hesab olunur. Hazırda rayon ərazisində "Siyəzən-Broyler" ATSC fəaliyyət göstərir.

Mədəniyyət, təhsil və səhiyyə müəssisələri

Siyəzəndə 6 orta təhsil məktəbi var.

Maddi-mədəni irsi

Dünya əhəmiyyətli abidələr:
Beşbarmaq paralel müdafiə səddi (IV-VII əsrlər) — Bu istehkam Beşbarmaq dağının ətəklərindən Xəzər dənizinə qədər uzanırdı. Səddin bir hissəsi qalıb. Dağın ətəyində daşlardan, düzənlikdə iri çiy kərpicdən sədd bir-birindən 200 m. aralı iki divardan ibarət idi.
Gil-gilçay müdafiə istehkamlar kompleksi (V əsr) — Abidə Siyəzən rayonunun Yenikənd, Kolanı, Eynibulaq, Daşlı Calğan, Qala-altı kəndlərindən keçərək Çıraq qala ilə birləşir.

Ölkə və yerli əhəmiyyətli abidələr:
Pir Xəlil türbəsi (XVIII əsr) — Gil-Gilçay qəsəbəsində yerləşir. Hazırki dövrə qədər salamat qalmışdır.
Qala qalıqları – Dindar qalası (orta əsrlər) — Sədan kəndindən təxminən 3 km qərbdə dağın zirvəsində yerləşir. Bu qalanın bürclərindən birinin yalnız qalıqları qalmışdır.
Şeyx Heydər türbəsi (XV əsr) — qədim Şıxlar kəndinin qalıqlarından qərbdə kənd qəbiristanlığının içərisindədir. Türbə uçulub dağılmışdır.
Karvansaray qalıqları (XV-XVII əsrlər) — Bakı-Dəvəçi şosse yolunun 87 km. sağ tərəfində yerləşir.
Şəhərgah (orta əsrlər) — Siyəzən şəhərinin şimal hissəsində yerləşir.
Su ovdanı (1906) — Zarat kəndinin yaxınlığında yerləşir.
Daş mağara — Dib kəndində yerləşir.
Dəmiryol vağzalı (1898) — Gil-Gilçay stansiyası.
Dəmiryol vağzalı (1913) — Zarat stansiyası.
Su kəməri (1906) — Siyəzən şəhərinin yaxınlığında yerləşir.
Dəmiryol vağzalı (1913) — Qızılburun stansiyası.
Su anbarı (1913) — Qızılburun stansiyasının yaxınlığında yerləşir.

Xatirə abidələri:
Cəfər Cabbarlının heykəli.
Mikayıl Müşviqin heykəli.
"1941-1945" abidə kompleksi.
"20 Yanvar" abidə kompleksi.
"Neftçi şəhidlər" abidə kompleksi.


Tarix: 16.03.2013 / 17:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 573 Bölmə: Tariximiz ve rayonlarimiz
loading...