Lerik — Azərbaycan Respublikası ərazisində rayon. İnzibati mərkəzi Lerik şəhəridir.
Lerik rayonu 1930-cu il avqustun 8-də təşkil olunmuşdur. 1938-ci ilədək Zuvand rayonu adlandırılmışdır.Mündəricat
1 Tarixi
2 Coğrafi mövqeyi
2.1 Relyefi
2.2 Təbiəti
2.3 İqlimi
3 İri yaşayış məntəqələri
4 Əhalisi
4.1 Milli tərkib
4.2 Görkəmli şəxsləri
5 İqtisadi xarakteristikası
6 Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
7 Maddi-mədəni irsi
8 Mətbəx
9 Yerli media
10 Şəkillər
11 Həmçinin bax
12 Xarici keçidlər
13 Mənbə
Tarixi
Lerik rayonununun ərazisi ən qədim yaşayış məskənlərindən biridir. Qədim zamanlardan ibtidai insanlar dağların ətəklərində indi də mövcud olan təbii mağaralardan yaşayış məskəni kimi istifadə etmişlər. Buranın təbii mağaralarından bəzilərinin hətta tunc dövründən də əvvəllərə aid olması ehtimal olunur. Görkəmli arxeoloq Hümmel bu mağaraları neolit (yeni daş dövrü) dövrünə aid edir. Buranın dağlarında eramızdan əvvəl III-II minilliklərə aid maddi-mədəniyyət abidələri mövcuddur.
Coğrafi mövqeyi
Relyefi
Lerik rayonunun ərazisi Talış silsilə dağlarının əhatəsindədir. Cənub və cənub-qərbdə Yardımlı, şimal-şərqdə Lənkəran, şimal-qərbdə Masallı, cənub-şərqdə Astara rayonları ilə həmsərhəddir. İran İslam Respublikası ilə sərhəd boyu Talış dağ silsilələri, bundan şimalda Peştəsər və Bürəvər dağ silsilələri uzanır. Talış və Peştəşər silsilələri arasında Zuvand (Diabar) çökəkliyi yerləşir. Ən yüksək zirvələri Talış silsiləsindəki Kömürgöy (2492 m) və Qızyurdudur (2433 m). Əsasən pallogenin vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur.
Təbiəti
Lerikin bitki örtüyü əsasən kollu və seyrək meşəli çəmənlərdən və dağ meşələrindən ibarətdir. Meşələrdə palıd, vələs, fısdıq, qoz, dəmirağacı, azalt (nil) çoxluq təşkil edir.
Meşələrdə və Lerik çayının sahillərində tülkü, çaqqal, canavar, ayı, qaban, ördək, dovşan, meşə pişiyi, süleysin, kəklik, torağayı, bildirçin və s. heyvanlara, meşələrin əlçatmaz yerlərində, dağlarda bəbirə rast gəlmək olar.
Rayonun Zuvand ərazisində Zuvand dövlət yasaqlığı (qoruq) vardır. Burada fəaliyyət göstərən Milli Elmlər Akademiyasının "Nəbatət elmi-tədqiqat mərkəzi" ərazinin fauna və florasını öyrənir. Ərazidə 40,3 min hektar meşə örtüyü vardır.
Lənkəran-Lerik 56 km-lik avtomobil yolu boyu bir sıra turizm, istirahət əyləncə mərkəzləri inşa edilmişdir. "Relax", "Təbəssüm", "Meşəbəyi", "Ağgöl", "Paradiz" və digər turizm obyektləri bu cür mərkəzlərdəndir. Burada kotec, istirahət evləri, əyləncə mərkəzləri, restoran və barlar, idman qurğuları qonaqların xidmətindədir. Turizm obyektlərində, 600 nəfərdən çox, o cümlədən "Relax" turizm istirahət əyləncə mərkəzində eyni vaxtda 400 nəfərdən çox qonağın qəbulu üçün şərait yaradılmışdır.
İqlimi
Payız fəslində Lerikdə tez-tez yağış yağır, kənd yollarında gediş-gəliş çətinləşir. Yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqlimi, həmçinin yayı quraq keçən mülayim isti iqlim üstündədir. Orta temperatur yanvarda 1-dən -4 dərəcə S qədər, iyulda 22 - 12 S-dir. İllik yağıntı 300 mm-dən 800 mm-ə qədərdir.
İri yaşayış məntəqələri
Lerikdə yaşayış məntəqələrinin sayı 161-dir. 29 ərazi-inzibati vahidi, 1 qəsəbəsi, 161 kəndi var.
Əhalisi
Lerik həmişə uzunömürlülər diyarı kimi məşhur olmuşdur. Bu rayonun sakini olmuş Şirəli Müslümov uzunömürlülük üzrə dünya rekordu müəyyən etmişdir. O, 163 il (1812-1975) ömür sürmüşdür. Onun digər həmyerlisi Məcid Aĝayev 138 il [1835-1973] və Mahmud Eyvazov isə 150 il yaşamışdır (1808-1958). Hazırda bu rayonda yaşı 100-ü keçmiş, lakin hələ də əmək qabiliyyətini saxlamış onlarca insan yaşayır. Səyyah, etnoqraf-tarixçi Berezin qeyd edir ki, "buranın yerli əhalisi çox qədim xalqdır. Onlar keçmiş midyalılardır".
Milli tərkib
Lerik rayonu əhalisinin milli tərkibiEtnik qrup1939 sa.[3]1959 sa.[4]1970 sa.[5]1979 sa.[6]1999 sa.[7]2009 sa.[7]
cəmi30 44327 03237 45245 82763 31474 522
azərbaycanlı8 85526 69036 93645 69656 19772 228
talış20 984[q 1][q 2][q 3]7 0762 281
rus402260306[8]28811
ukraynalı85[q 4]93[8]...27...
ləzgi2079265...
tatar......831...
erməni32102043......
gürcü52154......
yəhudi9...32......
alman10...............
kürd......5.........
avar2111......
saxur.........1......
digər38625623...2
Qeyd
↑ talışlar azərbaycanlı olaraq siyahıya alınıblar
↑ talışlar azərbaycanlı olaraq siyahıya alınıblar
↑ talışlar azərbaycanlı olaraq siyahıya alınıblar
↑ ruslar və ukraynalılar
Görkəmli şəxsləri
Ucqar dağ rayonu olan Lerik Azərbaycana bir çox görkəmli şəxslər bəxş edib. Bu gün respublikanın ayrı-ayrı ali məktəblərində, MDB ölkələrinin ali məktəblərində tanınmış elm adamları, hüquq mühafizə orqanları işçiləri fəaliyyət göstərir.
Əyyub İsgəndərov - kənd təsərrüfatı elmləri doktoru (El ağsaqqalı).
Xeyrulla Məmmədov - filologiya elmləri doktoru, professor.
Soltanağa Ağayev - İqtisad elmləri doktoru.
Elman Quliyev - filologiya elmləri doktoru, professor.
Novruz Novruzov - yazıçı-publisist, Şabran rayon İH başçısı.
Mürüvvət Abbasov - kimya elmləri üzrə fəlsəfə doktoru.(AMEA).
Mirağa Cəfərquliyev - hüquq elmləri doktoru (Respublika prokurorluğu).
Miri Qənbərov - Azərkontrakt SC-nin prezidenti.
Nurullayev Yusif BDU fizika riyaziyyat elmləri doktoru
Məmmədhüseyn Əliyev - yazıçı-dramaturq.
Əlisa Nicat - yazıçı-dramaturq, filosof.
Xanoğlan Bayramov - neftçi, Sosialist Əməyi Qəhrəmanı.
Asif Məmmədov - Şamaxı rayon İH-nin başçısı.
Yaşar Kəlbiyev - İqtisad elmləri doktoru, professor, İqtisadiyyat Universitetində kafedra müdiri.
Eldar İsgəndərzadə - şair-dramaturq, ssenarist.
İlqar Tağıyev - "Azərsu" SC-nin vitse-prezidenti.
Faiq Abbasov - iqtisad üzrə fəlsəfə doktoru.
Məzahir Ağazadə - Maliyyə Nazirliyində idarə rəisi.
Əlikram Ağayev - "Azərtünelmetrotikinti" ASC-nin vitse-prezidenti.
İdris Şükürlü - yazıçı, Əməkdar jurnalist.
Etibar Həşimov - Əməkdar həkim.
Əlihüseyn Hidayətov - Əməkdar Elm Xadimi, elmlər doktoru,həkim-qasterentoloq.
Valeh Müslümov - Azərbaycanın Milli Qəhrəmanı.
Rövşən Abdullayev - Azərbaycanın Milli Qəhrəmanı.
Fərhad Ağayev - Azərbaycanın Milli Qəhrəmanı.
Qədiməli Əhməd - şair.
Xalid Mahmud - şair.
Allahverdi Məmmədli - şair.
Gülməmməd Məmmədzadə - tədqiqatçı-jurnalist.
Aşıq Ələsgər Rzayev–tarzən, aşıq
İqtisadi xarakteristikası
Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
Rayonda idman qurğularının sayı 100 ədəddir. İdman qurğuları olan 13 təhsil müəssisəsi vardır. Lerik şəhər stadionu 2007-ci ildə əsaslı təmir olunmuş, stadionda 500 oturacaq quraşdırılmışdır.
Maddi-mədəni irsi
Lerikdə dövlət mühafizəsində olan daşınmaz tarixi mədəniyyət abidələri mövcuddur. Bunlardan yerli əhəmiyyətli memarlıq abidələri 27, arxeloji abidələr 25, monumental və xatirə abidələri 1, dekorativ, tətbiqi sənət abidələri 78 və s.-dir. Lerik şəhərində 1 ədəd tarix-diyarşünaslıq muzeyi, "Uzunömürlülər" muzeyi, rəsm qaleriyası fəaliyyət göstərir.
Lerikdə tapılmış mağarada daş dövrünün insanlarının yaşaması güman edilir. Rayonda çoxsaylı tarixi abidələr var. Xanəgah kəndindəki Xoca Seyid məqbərəsi (XIV əsr), Lüləkəran kəndindəki məscid (XIX əsr), Mistan kəndində, dəniz səviyyəsindən 2438 metr yüksəklikdə yerləşən "Qızyurdu" adlı qədim insan məskəni, Mondigah kəndindəki Baba İsa türbəsi, Kekonu kəndinin yaxınlığındakı Pir Yusif məqbərəsi, Lerikdən Cəngəmiran kəndinə gedən yolun üstündəki Cabir məqbərəsi (XII–XIV əsrlər) və s. Kəndlərin çoxunda daşdan yonulmuş qoç heykəlləri salamat qalmışdır. Cəngəmiran kəndinin yaxınlığında Xəlifə Zəkəriyyə məqbərəsi var. Bu kənddə qədim ağaclar da tarixi abidələr kimi qorunur. Məşhur fransız yazıçısı Aleksandr Düma vaxtilə Qafqaza səyahət edərkən Lerik meşələrindən keçərək Hovil kəndində olmuş, öz əsərlərində bu kəndin eskizlərini çəkmiş, gözəlliklərini vəsf etmiş, əhalinin qonaqpərvərliyindən, məşğuliyətindən geniş yazmışdır.
Lerik ərazisində mövcud olan Oğlan və Qiz qalaları müdafiə məqsədi ilə tikilmişdir. Bu qalalara su dulus borularla bulaq çeşmələrindən çəkilibmiş. Qalaların bürcləri orjinal arxitektura quruluşuna malikdir. Rəvayətə görə bura qədim albanların məskəni olmuşdur. Burada albanlara məxsus qəbirstanlıq indi də mövcuddur.
Səfəvilərin hakimiyyəti illərində Şah İsmayıl öz inanılmış adamlarını Lerik rayonu ərazisinə də göndərmişdir. İndi əhalinin ziyarətgaha çevirdiyi Babagil məqbərəsi də o dövrlərin yadigarıdır.
Qədim tarixə malik olan Lerik rayonu ərazisində daş dövrünə aid olan əşyalar tapılmışdır. Büzeyir mağarası Azərbaycan ərazisində daş dövrünə aid olan ən qədim yaşayış məskənlərindəndir. XVIII-XIX əsrlərdən başlayaraq məşhur fransız arxeoloqu Jak de Morqan, K.Şaffer və qardaşı Henri ilə apardığı arxeoloji qazıntı zamanı buranı "arxeoloji cənnət" adlandırmış, qiymətli tarixi eksponatlar aşkarlamışdır. Morqan Lerikin Veri kəndi ərazisindəki Qızılbaşlar qəbiristanlığında arxeoloji qazıntılar aparmış, bu diyarın qədim tarixindən söhbət açmışdır. O, mərtəbəli qəbirlərdən tapdığı bütün maddi mədəniyyət nümünələrini özü ilə Fransaya aparmışdır. Həmin eksponatlar indi də Paris muzeylərini bəzəyir.
Görkəmli arxeoloq H.Hümmel Lerikdə tapılan maddi-mədəniyyət nümunələrini neolit (yeni daş) dövrünə aid etməklə Azərbaycan paleolit dövrü adamlarının Lerik ərazisində məskunlaşmasını təsdiq edir. Elmlər Akademiyası Tarix İnstitutu Arxeologiya və Etnoqrafiya şöbəsinin müdiri, professor Əsədulla Cəfərov Lerik rayonu ərazisində elmi tədqiqat işləri aparmış, ilk dəfə olaraq Büzeyir mağarasında orta paleolit dövrünə dair qədim insan düşərgəsi aşkar etmişdir.
Tarix: 16.03.2013 / 17:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 878 Bölmə: Tariximiz ve rayonlarimiz