Respublikanın iqtisadi inkişafı əhalinin sosial-mədəni həyatını və onların maddi rifah vəziyyətini müəyyən edirdi.
70-80-ci illərdə bu sahədə əsaslı dönüş başlamışdı. 1989cu il siyahıyaalınmasına görə, respublikada 7,1 milyon əhali yaşayırdı.
Əhali. 70-80-ci illərdə Azərbaycanın iqtisadi inkişafı əhalinin sosial strukturunda ciddi dəyişikliklərə, əhalinin sayının artmasına səbəb oldu.
1970-1988-ci illərdə Azərbaycan əhalisinin artım dinamikası aşağıdakı cədvəldə öz əksini tapmışdır:
Illər
Əhalinin sayı (min)
Şəhər əhalisi
Kənd əhalisi
1970
5117
2564
2553
1971
5227
2632
2595
1972
5339
2707
2632
1973
5444
277
2667
1974
5544
2854
2690
1975
5644
2921
2728
1976
5734
2993
2741
1977
5828
3065
2763
1978
5924
3128
2796
1979
6028
3200
2828
1980
6112
3254
2858
1981
6202
3313
2889
1982
6303
3373
2930
1983
6399
3429
2970
1984
6506
3486
3020
1985
6614
3553
3061
1986
6708
3617
3091
1987
6811
3678
3133
1988
6917
3748
3169
Cədvəldən göründüyü kimi, əhalinin sayı 1970-ci ildəki 5117 min nəfərdən 1988-ci ildə 6917 min nəfərə çatmışdı.
Şəhər əhalisi respublika əhalisinin ümumi sayının 54 faizini, kənd əhalisi isə 46 faizini təşkil edirdi. Müvafıq olaraq 1970-ci ildə kişilərin sayı əhalinin ümumi sayının 49 faizini, qadınlar isə 51 faizini təşkil edirdisə, bu rəqəm 1988-ci ilə qədər dəyişməmişdir.
Respublika əhalisinin milli tərkibi 1989-cu ildə aşağıdakı kimi olmuşdur:
- azərbaycanlılar
- 5805,0 min nəfər
- ruslar
- 392,3 min nəfər
- ermənilər
- 390,5 min nəfər
- ləzgilər
- 171,4 min nəfər
- avarlar
- 44,1 min nəfər
- ukraynalılar
- 32,4 min nəfər
- tatarlar
- 28,6 min nəfər
- yəhudilər
- 25,3 min nəfər
- talışlar
- 17,7 min nəfər
- türklər
- 17,7 min nəfər
- gürcülər
- 14,2 min nəfər
- kürdlər
- 12,2 min nəfər
- tatlar
- 10,2 min nəfər
- udinlər
- 6,1 min nəfər
- dağ yəhudiləri
- 5,5 min nəfər
- başqa millətlər - 44,6 min nəfər.
Cədvəldən göründüyü kimi, 1989-cu ildə respublikada 1 milyon 216 min nəfər qeyri-azərbaycanlı yaşayırdı.
1990-cı ildə respublika əhalisi 7,037,9 min nəfərə, 2001-ci ildə 9 milyon 81 min nəfərə çatmışdı. Onlardan 51 faizini şəhər (4 milyon 107 min nəfər), 49 faizini (3 milyon 974 min nəfər) isə kənd əhalisi təşkil etdirdi.
Doğum, ölüm, nigaha daxil olma, nigahın pozulması halları da əhalinin təbii artımına təsir edən amillərə daxildir.
1970-ci ildə respublikada doğulanların ümumi sayı 151,0 min nəfər idisə, bu rəqəm 1987-ci ildə 184,6 min nəfər olmuşdur. 1970-ci ildə əhalinin hər 1000 nəfərinə 6,8 nigah qeydə alınmışdır. Bu rəqəm 1980-ci ildə 9,8, 1987-ci ildə isə 9,9 təşkil etmişdir. Müvafıq olaraq, nigahın pozulması 1,3; 1,2; 1,2 olmuşdur.
70-80-ci illərdə əhalinin təhsil səviyyəsi: 1970-ci ildə əhalinin hər 1000 nəfərindən 471 nəfəri ali və ya orta təhsilli idisə, 1979-cu ildə bu rəqəm 652 nəfər, 1986-cı ildə isə 741 nəfər təşkil edirdi.
70-80-ci illərdə respublika əhalisinin xalq təsərrüfatı sahələrində işləyən hissəsinin sayı 20,2 faiz artmışdı və onların 75,3 faizi maddi istehsal sahələrində çalışırdı. Qeyri-istehsal sahələrində çalışanların sayı 25,0 faizdən 26,1 faizə qalxmışdı. Xalq təsərrüfatında çalışan ali və orta ixtisas təhsilli mütəxəssislərin sayı artaraq 1970-ci ildəki 274 min nəfərdən 1987-ci ildə 625 min nəfərə çatmışdı. Onlardan ali təhsilli mütəxəssislərin sayı 366 min nəfər, orta ixtias təhsillilərin sayı isə 129 min nəfər idi.
70-80-ci illərdə istehsal sahələrində işləyən ziyalıların üçdə iki hissəsi sosial mənşəyinə görə fəhlələr və kəndlilər içərisindən çıxmışdı. 1970-ci ildə əhalinin ümumi sayında fəhlələrin sayı 51,5 faiz, qulluqçuların sayı 27,4 faiz və kolxozçuların sayı 20,6 faiz təşkil edirdisə, 1986-cı ildə
fəhlələrin sayı 26 faiz və kolxozçuların sayı 13 faiz olmuşdu.
70-80-ci illərdə əhalinin maddi rifah halı xeyli yaxşılaşmışdı. İşçilərin əmək haqqı, pensiyalar, təqaüdlər və müavinətlər və s. artmışdı. Əhalinin qaza, elektrikə, suya olan ehtiyaclarının təmin olunmasında xeyli işlər görülmüşdü. İstehlak mallarına olan ehtiyacın ödənilməsinə diqqət artırılmışdı. Mənzil tikintisi sahəsində əvvəlki on illə müqayisədə böyük irəliləyişlər var idi.
70-80-ci illərdə respublikada ümumi sahəsi 38 milyon kv.m. olan yaşayış evləri tikilmişdi. Lakin yenə də əhalinin mənzilə olan ehtiyacı ödənilmirdi. Mənzillərin tikintisi tələbatdan 2,4 dəfə geri qalırdı.
70-80-ci illərdə abadlıq işləri xeyli genişlənmişdi.
Maarif və elm
XX əsrin 70-80-ci illərində Azərbaycanda elm və maarif sahəsində ciddi irəliliyişlər baş vermiş, təhsilin inkişafına diqqət xeyli güclənmişdi.
1972-ci il avqustun 10-da Azərbaycan KP və Nazirlər Soveti «Gənclərin ümumi orta təhsilə keçməsinin başa çatması və ümumtəhsil məktəblərinin işinin daha da inkişaf etdirilməsi haqqında» qərar qəbul etmişdi.
Qərarın icrası əsasında təkcə 1973-cü ildə respublikada 49 yeni məktəb binası tikilib istifadəyə verilmişdi.
1971-1975-ci illərdə Azərbaycanda 146.581 yerlik 254, o cümlədən kənd yerlərində 65.488 yerlik 173 məktəb binası tikilib istifadəyə verilmişdi. Qeyd olunan illərdə 23250 yerlik məktəbəqədər müəssisə, məktəblərin nəzdində 1780 yerlik internat binaları, müəllimlər üçün 1575 kvadrat metr yaşayış binası tikilmişdi.
Bu illərdə məktəblər əyani və metodik vəsaitlərlə təmin olunmuş, kitabxana şəbəkələri genişləndirilmişdi.
70-80-ci illərdə tədrisin keyfıyyəti də əhəmiyyətli dərəcədə yaxşılaşmışdı.
1971-1975-ci illərdə 8 fənnüzrəkabinetlərtəşkil olunmuşdu.
70-80-ci illərdə axşam və qiyabi təhsil məktəblərinin geniş şəbəkəsi yaradılmışdı. Orta və ali məktəblərin fəaliyyəti kökündən yaxşılaşdınlmış, tədrisin keyfıyyətinə diqqət artmışdı.
1975-1984-cü illərdə ümümtəhsil məktəblərinin şəbəkəsi xeyli genişləndirilmişdi. Respublikada fəaliyyət göstərən 4280 ümumtəhsil məktəbindən 3437-i, yaxud 76,1%-i kənd yerlərində yerləşirdi. 1982-ci ildə Bakı şəhərində 142 orta məktəb fəaliyyət göstərirdi.
70-80-ci illərdə aparılmış məktəb islahatı ixtisasların artırılmasına, tədrisin keyfıyyətinin yüksəldilməsinə, təlimtərbiyə işləri səviyyəsinin gücləndirilməsinə gətirib çıxardı.
70-ci illərdə və 80-ci illərin birinci yarısında Azərbaycanda təhsil sisteminin inkişafı ilə bağlı xeyli əhəmiyyətli tədbirlər keçirilmişdi. Nəticədə, respublikada təhsil sistemində 70-ci illərə qədər mövcud olan nöqsanların aradan qaldırılması sahəsində, inkişafında, əhalinin təhsil səviyyəsinin, işləyənlərin tərkibində ali və orta təhsillilərin xüsusi çəkisinin artmasında, təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsində, təhsil alanların hərtərəfli biliklərə yiyələnməsində, hazırlıqlı mütəxəssislərin hazırlanmasında böyük işlər görülmüş, əhəmiyyətli nailiyyətlər əldə edilmişdi.
1970-1980-ci illərdə respublikada təhsil sisteminin dinamik inkişafı ilə bağlı əldə edilmiş nailiyyətlər və mövcud olan vəziyyət haqqında aşağıdakı cədvəldə verilmiş statistik
Ali və orta
Ali
Ali
Əhalinin
Orta ixtisas
Orta ixtisas
ixtisas təhsili
məktəblərin
ıııoktoblordo
10000
məktəblərinin
məktəblərində
müəssisələrinin
sayı
oxuyanlann
ııoforiııo
sayı
oxuyanlann
sayı
sa\ı (ıııin
düşən
sayı
ııoforlo)
tələbə-
(min nəfərlə)
lərin
sayı
1970/1971
13
100.1
192
79
70.8
1980-1981
17
107.0
173
75
79.0
1985/1986
18
105.9
158
77
76.2
1986/1987
18
105.7
155
77
75.7
Gündüz ümumtəhsil məktəblərinin sayı (dərs ilinin başlaıığıcıııda
1970/71
1980/81
1985/86
1986/87
Məktəblərin sayı
4343
3973
4301
4317
0 cümlədən:
1221
369
608
599
Ibtidai sinif məktəbləri
Natamam orta məktəblər
1821
1577
1396
1363
Orta məktəblər
1287
2004
2274
2332
Əlil uşaqlar üçün məktəblər
14
23
23
23
Oxuyanlann sayı (min nəfərlə)
1.356
1.422
1.347
1.320
0 cümlədən:
66
9
12
11
Ibtidai sinif məktəblərində
Natamam orta məktəblərdə
470
284
208
203
Orta məktəblərdə
817
1.122
1.120
1.100
Əlil uşaqlar üçün məktəblərdə
3
7
7
6
Müəllimlərin sayı (min nəfərlə)
71
108
120
123
Axşam ümumtəhsil məktəbləri
1970/71
1980/81
1985/86
1986/87
Məktəblərin sayı
753
264
224
117
Axşam və qiyabi məktəblərdə oxuyanlann sayı (min nəfərlə)
82
45
115
52
O cümlədən: 9-11-ci siniflərdə oxuyanların sayı (min nəfərlə)
63
150
103
49
Müxtəlif təhsil ocaqlarında oxuyanların sayı (min nəfərlə)
1960/61
1970/71
1980/81
1985/86
1986/87
Cəmi təhsil alanlar
878
1808
2361
2342
2271
O cümlədən:
725
1438
1567
1462
1372
Umumtəhsil
məktəblərində
Gündüz
673
1356
1422
1347
1320
məktəblərində
Axşam və qiyabi
52
82
145
115
52
məktəblərdə
Texniki-peşə məktəblərində
9
46
101
116
116
Orta ixtisas məktəblərində
27
71
79
76
76
Ali məktəblərdə
36
100
107
106
106
Elmi işçilərin sayı (ilin sonu üçün: adam)
1960
1970
1980
1985
1986
Cəmi elmi işçilər (ali
7226
17082
21993
23182
23060
məktəblərin elmi-pedaqoji
mütəxəssisləri daxil olmaqla)
O cümlədən:
189
655
907
975
9642
Elmlər namizədi
Elmlər doktoru
1983
5346
5186
9356
1019
Akademiklər, həqiqi üzvlər,
204
506
708
757
834
müxbir üzvlər, professorlar
Dosentlər
743
1141
2174
2758
2795
Baş elmi işçilər
774
1197
1515
1743
1853
Kiçik elmi işçilər
682
2042
2323
2069
1756
Cədvəllər üzrə verilmiş statistik rəqəmlərdən aydın görmək olur ki, 70-ci illər və 80-ci illərin birinci yarısında elmitexniki tərəqqinin təsiri altında ümumi orta ixtisas və ali təhsil sistemləri şəbəkəsi xeyli genişlənmiş, əhalinin ümumtəhsil hazırlığı, ali və orta ixtisas təhsili səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmiş, elmi biliklərə yiyələnmə kütləvi xarakter almışdı.
Bütün respublikada hamılıqla orta təhsilə keçilməsi başa çatdırılmışdı.
1976-1980-ci illlərdə xalq təsərrüfatı üçün 189,8 min nəfər ali və orta ixtisas təhsilli mütəxəssis hazırlanmışdı. Qeyd olunan vaxtda 3.863 gənc İttifaqın müxtəlif ali məktəblərinə təhsil almağa göndərilmişdi ki, bu da 1971-1974-cü illərdəkinə nisbətən 25 dəfə çox idi. Elmi işçilərin sayı da xeyli artaraq, 2,14 mindən 21,9 minə qalxmış, 1985-ci ildə isə onların sayı 23182 nəfər olmuşdu.
Səhiyyə
Müasir dövrün ən qlobal problemlərindən biri də əhalinin sağlamlığının qorunmasıdır. Bu istiqamətdə 70-80-ci illərdə respublikada səhiyyənin, əhaliyə tibbi xidmətin yaxşılaşdırılması sahəsində mühüm tədbirlər görülmüşdür.
Respublika Nazirlər Sovetində 1977-ci il 22 sentyabr-da «Xalq səhiyyəsini daha da yaxşılaşdırmaq tədbirləri haqqında», 1982-ci il 18 avqustda «Əhalinin sağlamlığının qorunmasının yaxşılaşdırılması sahəsində təxirəsalınmaz tədbirlər haqqında» və digər məsələlər müzakirə edilmiş və səhiyyənin, tibbi xidmətin inkişafına təsir edən qərarlar qəbul olunmuşdur. Daha sonra Səhiyyə Nazirliyinin işində olan nöqsanların aradan qaldırılması ilə bağlı 1979-cu ilin iyununda Azərbaycan KP MK-nın bürosunda məsələ müzakirə edilmişdir. Bütün bunlar səhiyyənin inkişafında əhəmiyyətli rol oynamışdır.
XX əsrin 70-80-ci illərində respublika səhiyyəsinin inkişafını əks etdirən vəziyyət aşağıdakı cədvəldə verilmişdir.
1970
1980
1985
1986
1
2
3
4
5
1. Bütün ixtisaslar ii/ro həkimlərin sayı (min
13,1
20,7
25,3
26,2
nəfərlə)
2. Əhalinin hər 10000 nəfərinə düşən
25
33,4
37,8
38,4
həkimlərin sayı (ali təhsilli)
3. Orta təhsilli tibb işçilərinin sayı (min nəfərlə)
39,7
52,2
62,1
63,7
4. Əhalinin hər 10000 nəfərinə düşən orta
76,1
84,3
92,5
93,5
təhsilli işçilərin sayı
5. Xəstəxanalann sayı
779
756
743
747
6. Xəstəxana çarpayılannın sayı (min ədədlə)
48,8
60,6
65,9
66,5
7. Hər 1000 nəfərə düşən çarpayının sayı
93,4
96,8
98,3
97,7
8. Qadın məsləhətxanalarının, poliklinikalann və ambulatoriyaların sayı
313
651
1093
972
Cədvəldə verilmiş rəqəmlər göstərir ki, 1970-1980-ci illərdə respublikada əhaliyə tibbi xidməti yaxşılaşdırmaq üçün səhiyyə xeyli iş görmüşdü. Respublikanın şəhər və kəndlərində müalicəprofılaktika müəssisələrinin, elmi-praktik mərkəzlərin şəbəkəsi genişlənmiş, çoxlu miqdarda yeni xəstəxanalar, poliklinikalar, qadın məsləhətxanaları və ambulatoriyalar tikilib istifadəyə verilmişdi. Əhalinin hər 10000 nəfərinə düşən həkimlərin, orta tibb işçilərinin, çarpayıların sayı artmışdı.
70-ci və 80-ci illərdə bir çox xəstəxana kompleksləri, dispanserlər, sağlamlıq ocaqları salınmış, ən yeni avadanlıq və tibb texnikası ilə təchiz edilmiş bir sıra ixtisaslaşdırılmış mərkəzlər yaradılmışdı.
Din
Sovet imperiyası dövründə dinə münasibət kəskin xarakter daşıyırdı. Xüsusilə, islam dini sıxışdırılırdı. Xalqın dinimənəvi ənənələri özgələşdirilirdi. Dini bayram və mərasimlər qadağan edilmişdi. Ateizmin inkişafına diqqət artırılmışdı. Lakin bütün bunlara baxmayaraq, əhali gizli də olsa, öz dini adət və ənənələrini qoruyub saxlamağa çalışırdı. Novruz bayramının keçirilməsinə rəsmi icazə verilmirdi.
Respublikada yüzdən çox müqəddəs pir və ocaq var idi.
70-ci illərdə Azərbaycanda dini birliklərin sayı xeyli artmışdı. Onların əksəriyyəti gizli fəaliyyət göstərirdi.
Orta və ali məktəblərdə dinin tədrisi birtərəfli xarakter daşıyırdı. O, tənqid olunur, ateizmin tədrisinə və təbliğinə geniş yer verilirdi. Dini birlikləri nəzarətdə saxlamaq üçün Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1976-cı ildə «Azərbaycan SSR-də dini birliklər haqqında Əsasnamə» qəbul etmişdi.
Dini birliklərin çoxu sonralar rəsmi məscidlərə çevrildi.
Dinin, o cümlədən islamın inkişafına yalnız Azərbaycan müstəqillik əldə etdikdən sonra şərait yaradıldı.
Kütləvi informasiya vasitələri və ədəbiyyat
Sovetlər dövründə kütləvi informasiya vasitələri, o cümlədən dövri ədəbiyyat və mətbuat üzərində ciddi nəzarət həyata keçirilirdi. Bu sahələrin inkişafı kommunist ideologiyasının tələblərinə uyğunlaşdırılmışdı. Azərbaycanda 1946-1960-cı illərdə 90-a yaxın qəzet, 29 jurnal və digər mətbuat orqanları fəaliyyət göstərirdi. «Kirpi» jurnalı (1952), «Bakı» (1958), «Baku» axşam qəzetləri, «Pioner» (1946), «Göyərçin» (1958), «Elm və həyat» (1961), «Ulduz» (1967), «Qobustan» (1969) jurnalları 40-60-cı illərdə nəşr olunmağa başlamışdır.
Ümumiyyətlə, 1989-1991-ci illərdə Azərbaycanda 168 qəzet, 91 adda jurnal və digər dövri nəşrlər çap olunurdu.
1946-80-ci illərdə Azərbaycanda kitab nəşri də xeyli inkişaf etmişdi. 1988-ci ildə 1349 adda kitab və kitabça, monoqrafıya nəşr olunmuşdu. Dərsliklərin, dərs vəsaitlərinin çapına diqqət xeyli artırılmışdı. On iki cildlik «Azərbaycan Sovet Ensiklopediyası», üç cildlik «Uşaq ensiklopediyası»da 70-80-ci illərdə nəşr olunmuşdu.
Bu illərdə Azərbaycanda klassik şair və yazıçıların əsərləri külliyyatı, 20 cildlik klassik Azərbaycan ədəbiyyatı kitabxanası, 50 cildlik dünya uşaq ədəbiyyatı kitabxanası, «Azərbaycan nağılları» və digər dəyərli əsərlər işıq üzü görmüşdü.
XX yüzilliyin 70-80-ci illərində Azərbaycan ədəbiyyatı sosialist ideyalarının, kommunist ideologiyasının tələblərinə uyğun olaraq inkişaf etsə də, ədəbiyyatda tənqidi realizm də mövcud idi.
Müharibədən sonrakı dövrdə də ədəbiyyatda sosializm realizmi, partiyalılıq-xəlqilik prinsipləri davam etməkdə idi.
Tarix: 26.11.2014 / 17:26 Müəllif: Aziza Baxılıb: 185 Bölmə: Tariximiz ve rayonlarimiz