Dəliməmmədli şəhəri — Azərbaycan Respublikasının Goranboy rayonunda yerləşir. 1991-ci ildə şəhər statusu alıb. Bakı-Tbilisi dəmiryolunun 349-cu kilometrliyində yerləşir. Goranboy şəhərindən 26 kilometr şimal-qərbdə, Bakı-Qazax magistral yolu üzərində yerləşir. Gəncə-Qazax düzənliyindədir. Pambıq təmizləmə və süd zavodları, maşınqayırma avadanlıqları fabriki, gübrə zavodu, gips zavodu, taxıl qəbulu məntəqəsi, Goranboy rayonu üzrə aqroservis və aqrolizinq xidməti, uşaq musiqi məktəbi, peşə məktəbi, kitabxana, uşaq bağçası, mədəniyyət sarayı, kinoqurğu, məişət evi, xəstəxana, idman meydançası, dəmiryolu stansiyası, bank, mikrokredit xidmətləri, poçt, rabitə şöbəsi vardır.Mündəricat
1 Yerləşdiyi mövqe
2 İqlimi
3 Əhalisi
4 Əhalinin zamanlar üzrə sayı
5 Tanınmış şəxsiyyətləri
6 Şəkilləri
7 Həmçinin bax
8 Mənbə
9 Xarici keçidlər
Yerləşdiyi mövqe
Dəliməmmədli şəhəri iqtisadi cəhətdən çox əlverişli mövqedə yerləşir. Şəhərin özündən və Sarovlu kəndindən Kürəkçayın qolları olan üç kiçik çay axır. Şəhər və ətraf torpaqlar açıq şabalıdı torpaq tipindədir. Şəhər rayon mərkəzi olan Goranboy şəhərindən 26 kilometr, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərindən 17 kilometr məsafədə yerləşir. Paytaxt Bakının isə 344 kilometrliyindədir.
"40°41′33″Şimal 46°34′29″Şərq
İqlimi
Ərazi əsasən subtropik iqlim qurşağına aid edilir. Ərazidə daha çox mülayim hava kütlələri üstünlük təşkil edir. Qışı çox sərt deyil, yayı isə istidir. Qışda orta tempratur 2⁰C, yayda isə 23,6⁰C-yə yaxındır.
Əhalisi
Şəhər əhalisinə görə Azərbaycanda 122-ci böyük yaşayış məntəqəsidir. Goranboy rayonu ərazisində Goranboy, Naftalan şəhərləri və Qızılhacılı qəsəbəsindən sonra ən çox əhaliyə sahib yaşayış məntəqəsidir. Şəhər 5532 nəfər əhaliyə sahibdir. Şəhər bələdiyyəsinin tabeliyində 361 nəfərlik əhalisi olan Sarovlu kəndi yerləşir.#Yaşayış Məntəqəsinin adıHər məntəqə üzrə əhalinin sayı
1Dəliməmmədli şəhər5.532
2Sarovlu Kənd361
3Cəmi5.893
Əhalinin zamanlar üzrə sayıİl1989200220052010
Əhali4560474048105180
Hesablama növüRəsmi siyahaya almaRəsmi hesablamaRəsmi hesablamaRəsmi hesablama
İllik artım1,54 % (2010)
General-mayor Dadaş Rzayev
Tanınmış şəxsiyyətləri
Dadaş Rzayev — general-mayor, Azərbaycan Respublikasının Müdafiə Naziri (1993).
Aydın Məmmədov — tanınmış Azərbaycan iqtisadçısı, AMEA-nın müxbir üzvü
Telman Əliyev — akademik, Azərbaycan Milli Elmlər Akademiyası Kibernetika İnistitutunun direktoru.
Zakir Əliyev — tibb elmləri doktoru.
Məmməd Binnət — məşhur Türkiyəli həkim.
Samir Əliyev (alim) (d.28.08.1980. Goranboy, Dəliməmmədli) - Kimya elmləri üzrə fəlsəfə dоktоru (2008), Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Gəncə Regiоnal Bölməsində aparıcı məsləhətçi
Tarix: 16.03.2013 / 13:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 368 Bölmə: Tariximiz ve rayonlarimiz