Masallı — Azərbaycan Respublikasının cənub-şərqində rayon. Masallıda 108 yaşayış məntəqəsi, 7 tibb müəssisəsi və 130 mədəniyyət ocağı vardır.Mündəricat
1 Tarixi
2 Coğrafiyası
3 Əhali
4 Bələdiyyələri
5 Qoruqlar
6 Tarixi və memarlıq abidələri
7 Masallının qəhrəmanları
8 Masallının görkəmli şəxsləri
9 Fotoqalereya
10 İstinadlar
Tarixi
Masallı Rayon
Masallı ərazisində qədim insanlar 15-20 min il bundan əvvəl yaşamışlar. Abasqulu Ağa Bakıxanovun "Gülüstani-İrəm" (1841), Mirzə Seyidəli Kazımbəy oğlunun "Cavahirnameyi Lənkəran" (1896), səlnaməçi Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun "Əxbarnamə" (1882) əsərlərində, həmçinin bir sıra Avropa və rus səyyahlarının səyahətnamə qeydlərində Masallının tarixinə dair qiymətli məlumatlar öz əksini tapmışdır.
"Masallı" coğrafi adının meydana gəlməsi haqqında bu vaxta qədər bir çox mülahizə və rəvayətlər söylənilmişdir. Tarixi mənbələrdə bu toponim "məsəlli-məsəl çəkilən yer, məsəl çəkənlər" mənasında səciyyələndirirlər. Masallı sözünün "Mosullu" sözündən yaranması da ehtimal edilir. Bəzi mənbələrdə isə bu torpaqlarda Masal adlı bir xanın yaşadığı və onun şərəfinə Masallı adlandırılıb.
Toponimika ilə məşğul olan alimlərimizdən R.Yüzbaşov və Ş.Sədiyevin birgə yazdığı "Azərbaycanın coğrafi adları" kitabında "Masallı-Masal nəslinə mənsub" şəklində qeyd olunmuşdur. Bakı Dövlət Universitetinin dosenti, coğrafiya elmləri doktoru N.Məmmədov isə bu yaşayış yerinin yaranmasını Masal bəy adlı bir şəxslə əlaqələndirir. Bəzi tarixi mənbələrdə qeyd olunur ki, yaşayış məntəqəsinin sakinləri İranın "Masal" əyalətindən köçüb gəldiklərindən bu yer Masallı adlandırılmışdır. Beləliklə, "Masallı" toponimində "Masal"-Yer ərazi "Lı"isə məkan bildirən şəkilçidir.
Masallı antik dövrdə Midiya, Midiya-Atropatena, sonralar Qafqaz Albaniyasının Kaspiana vilayətinin, XVI-XVIII əsrin ortalarına qədər Səfəvilər dövlətinin, XVIII əsrin ortalarından Lənkəran xanlığının tərkibində olmuşdur. XIX əsrin ortalarında Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının ərazisi Lənkəran qəzası adlanırdı. 08 avqust 1930-cu ildə Masallı inzibati rayonu yaradıldı və Masallının adı respublika xəritəsinə rayon mərkəzi kimi daxil oldu.
Qədim tarixə, zəngin mədəniyyətə malik, intellektual səviyyəsi yüksək olan Masallıya maraq tarixin müəyyən dövrlərindən artmağa başlamışdır. Görkəmli siyasi xadimlərin, dövlət və mədəniyyət adamlarının Masallıya gəlişi məhz belə bir münasibətin ifadəsi idi. 1274-cü ildə Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddinin, 1501-ci ildə Şah İsmayıl Xətainin Ərkivan kəndində, görkəmli dövlət xadimi, yazıçı Nəriman Nərimanovun 1922-ci ildə Masallıda və onun bir sıra kəndlərində olması barədə çoxlu əsərlərdə yazılara rast gəlmək olur. Doktor N.Nərimanov Masallıda olarkən bu ərazinin təbii imkanları və üstünlüklərindən danışmaqla yanaşı, həm də taxılçılığı və çəltikçiliyi inkişaf etdirməyi vacib saymışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev iki dəfə Masallıda olub. Prezident İlham Əliyev bir neçə dəfə Masallıya səfər etmişdir.
Coğrafiyası
Respublikanın cənubunda yerləşən Masallı rayonu Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Neftçala rayonları ilə həmsərhəddir. Bakı – Astara yolunun 232-ci kilometrliyindədir. Şərqdən Xəzər dənizi, Qərbdən Talış sıra dağları ilə əhatə olunmuşdur. Masallı qədim qalaları, Yanardağı, İstisuyu, nadir ağaclarla zəngin meşələri, büllur bulaqları ilə diqqəti cəlb edir.
Əhali
1 yanvar 2011-ci il tаrixinə Mаsаllı rаyоnunun əhаlisi 202.470 nəfər olmuşdur .[2][1]
Milli tərkibEtnik qruplar2009[1] s.a.
Cəmi197 147
azərbaycanlı181 353
talış15 675
rus74
türk18
tatar11
ukraynalı4
ləzgi3
digər9
Bələdiyyələri
Masallı rayonunda 36 bələdiyyə fəaliyyət göstərir. Ümumi bələdiyyə üzvlərinin sayı 842 nəfərdir. Fəaliyyətdə olan bələdiyyələrin 1-i şəhər ərazisində, 2-i qəsəbədə, qalanları isə (33 bələdiyyə) kənd yaşayış məntəqələrində fəaliyyət göstərir.
Qoruqlar
Respublikanın ən böyük və ən zəngin qoruqlarından olan Qızılağac qoruğu əsasən Qızılağac körfəzi və "Pirman" adlanan sahələrdə yerləşir. Qoruqda adları "Qırmızı kitab"a düşən quşlar və vəhşi heyvanlar var. Bundan başqa dünyada ən nadir ağaclardan olan "Qızılağac" ağacı (el arasında ona Razdar da deyilir) qorunur.
Tarixi və memarlıq abidələri
Boradigah Cümə Məscidi (1853-1854)
Masallı tarixinin güzgüsü 1952-ci ildən rayonun Hişkədərə kəndində fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyidir. Muzeyin palentologiya, etnoqrafiya, numizmatika, arxeologiya şöbələrində 19 mindən çox qiymətli eksponat toplanmışdır. Rayonun Ərkivan, Hişkədərə, Boradigah, Tatyan, Hacıtəpə, Şəhriyar, Xırmandalı, Mahmudavar, Bambaşı, Çaxırlı, Ərəb, Qızılağac, Qəriblər, Öncəqala, Köhnə Alvadı kəndlərinin yaxınlığında qədim şəhər, qala kurqanı, türbə məqbərə yerləri aşkar edilmişdir.Bu ərazilərdən tunc, dəmir, antik və orta əsrlər dövrünə aid xeyli miqdarda maddi-mədəniyyət nümunələri toplanmışdır. Bütün bunlar Masallı (Hişkədərə) Tarix-Diyarşünaslıq muzeyində mühafizə olunur. Muzeyin yaradıcısı mərhum əməkdar müəllim Rəhim Tağıyev olmuşdur.
Masallı ərazisi 168 qədim, sirli abidələr, qalalar, saraylar, ziyarətgahlar, hamamlar, bulaqlar, məskənidir. Bunlardan 51-i tarix və memarlıq, 70-i arxeloji, qalanları isə XX əsr abidələridir.
Masallı rayonunda aşağıdakı tarixi və memarlıq incəsənət abidələri mövcuddur
XIV əsrə aid Hişkədərə kəndində Nəzirə Xanım türbəsi;
III – IX əsrlərə aid Mahmudavar kəndində türk yaşayış yeri arxeoloji abidə;
IX – X əsrlərə aid "Ərkivan qalası";
Orta əsrlərə aid Qarğalıq ərazisində Şəhriyar yaşayış yeri;
XIX əsrə aid Masallı şəhər Cümə məscidi;
XIX əsrə aid Boradigah məscidi;
XIX əsrə aid Qızılavar məscidi;
XIX əsrə aid Masallı şəhərində hamam;
XIX əsrə aid Güllütəpə kəndində Əmir türbəsi;
XIX əsrə aid Ərkivan kəndində Mehti bulağı;
XIX əsrə aid Sığdaş kəndində Mirsəli ocağı;
XVI əsrə aid Mahmudavar kəndində Baba Seyidağa türbəsi;
XIX əsrə aid Şıxlar, Qodman, Mahmudavar, Yeddioymaq və Hüseynhacılı kəndlərində dağ-qoç fiquru;
Tunc dövrünə aid Hişkədərə kəndində Qaraxantəpə, Qoşatəpə, Allahqulutəpə və Mirzətəpə kurqanları;
Tunc və Dəmir dövrlərinə aid Təzə Alvadı kəndində Məmmədtəpə, İstiottəpə, Alıtəpə kurqanları;
XXI əsrə dair Ərkivan kəndində Mir Seyid Sadiq Ağa məqbərəsi;
Hişkədərə kəndində iyirmi minə yaxın eksponatı olan Tarix-Diyarşünaslıq muzeyi;
Orta əsrlərə dair Ninalov kəndində Səhhət qalası;
XX əsrə dair Ərkivan kəndində Şəhsəfi bulağı;
XIX əsrə aid Şərəfə məscidi və hamamı ;
Tunc dövrünə aid Şərəfə kurqanı.
Masallının qəhrəmanları
1941-1945-ci illərdə Böyük Vətən Müharibəsinə getmiş 10 914 nəfər Masallı sakinindən 4 248 nəfəri qayıdıb, 1573 nəfəri itkin düşüb, 5 mindən çoxu həlak olub.
Qarabağ muharibəsində 5 min nəfərə yaxın Masallı sakini vuruşub. Onlardan 150 nəfəri şəhid olub, 30 nəfəri itkin düşüb, 500 nəfərdən çoxu yaralanıb. Onlardan 4 nəfəri - Səfəralı Məmmədov, Elşad Hüseynov, Elşad Əhədov və Səfa Axundov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 3 nəfər Masallı döyüşçüsünə Azərbaycan Bayrağı ordeni verilmişdir.
Masallının görkəmli şəxsləri
XX əsrdə Masallı Azərbaycana və dünyaya 230-dan çox elmlər doktoru, elmlər namizədi, 6 general, 100-ə yaxın yazıçı və şair, müxtəlif sahələrdə çalışan nüfuzlu şəxslər verib. İqtisadiyyat sahəsindəki uğurlarına görə SSRİ dövründə 50 nəfərdən çox Masallı Sosialist Əməyi Qəhrəmanı fəxri adına və Lenin ordeninə layiq görülmüşdür.
Məmməd Hüseynov – Sosialist Əməyi Qəhrəmanı
Hacağa Bayramov- Sosialist Əməyi Qəhrəmanı
Əli Bəylərbəyov – general
Fətulla bəy Bayraməlibəyov- artileriya general-mayoru
Teymur bəy Bayraməlibəyov – etnoqraf,alim
Şeyx Fazil Lənkarani (ata, Ərkivan kəndi)
Mir Kazım Aslanlı – şair, həkim, bəstəkar, alim, tərcüməçi
Zəbi Quliyev - dövlət xadimi
Gülhüseyn Hüseynoğlu – Azərbaycanın Xalq yazıçısı
Məmməd Kazım -şair
İlham Əsgərov- Azərbaycanın Xaılq Artisti
Elşən Rüstəmov - Azərbaycanın Əməkdar artisti, teatr və kino aktyoru.
Baloğlan Əşrəfov – Azərbaycan müğənnisi, Azərbaycanın Əməkdar Artisti.
Vaqif Yusifli – Azərbaycan Yazıçılar Birliyinin üzvü, tənqidci, filologiya elmləri doktoru.
Cavanşir Yusifli – Azərbaycan Yazıçılar Birliyinin üzvü, tənqidçi, filologiya elmləri doktoru.
Nurəddin Ədiloğlu – yazıçı,(Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü)
Elçin Cahangirli- rejissor
Elçin Musaoğlu - rejissor
Musa Quluzadə – professor. (T.e.d)
Məzahir Fikrətoğlu Məmmədov. Musiqiçi, "Azəri Star 2009" Tele layihəsinin finalçısı.
Elvin Ağayev - İqtisadçı, Ssenarist, aktyor, Xəzər TV-də yayımlanan "Qaynana" və "Arazmızda qalsın" seriallarının ssenari müəllifi və aktyoru
Zeydulla Ağayev- professor.(F.e.d.)
Fərahim Sadıqov - professor.(P.e.d.) Beynəlxalq Türk Akademiyasının həqiqi üzvü.
Ədalət Fərəcov - professor (B.e.d) "XX əsrin görkəmli elm adamı"
Süleyman Əlisa – Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, publisist.
Elşad Əhədov – Azərbaycanın Milli Qəhrəmanı.
Elşad Hüseynov – Azərbaycanın Milli Qəhrəmanı.
Qubad Nəsirov – Sosialist Əməyi qəhrəmanı.
Qulamhüseyn Əlibəyli – Aydınlar Partiyasının sədri.
Səfa Axundov – Azərbaycanın Milli Qəhrəmanı.
Səfəralı Məmmədov – Azərbaycanın Milli Qəhrəmanı.
Adəm Seyfullayev(Qızılbaşlı) – Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair.
Rəhim Tağıyev - Masallı rayon Hişkədərə kəndində yerləşən tarixşünaslıq muzeyinin yaradıcısı.
Əlişirin Şükürlü - Fizika-riyaziyyat elmleri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü.
Aliq Nağıoğlu — Yazıçı-jurnalist
İbrahim İbrahimov – "ÇAĞIRIŞ" qəzetinin Redaktoru.
Tarix: 16.03.2013 / 17:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 927 Bölmə: Tariximiz ve rayonlarimiz