Şəki – Azərbaycan Respublikasında rayon. Prezident səviyyəsində imzalanmış bəzi rəsmi sənədlərə əsasən, Şəki rayonunun ərazisi inzibati cəhətdən Şəki şəhərinin tərkibindədir[1].
Mündəricat
1 Tarixi
2 Coğrafi mövqeyi
2.1 Relyefi
2.2 Təbiəti
2.3 İqlimi
3 İri yaşayış məntəqələri
4 Əhalisi (Şəki şəhəri ilə birlikdə)
5 Görkəmli şəxsləri
6 İqtisadi xarakteristikası
7 Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
8 Maddi-mədəni irsi
9 Mətbəx
10 Şəkillər
11 Mənbə
12 İstinadlar
13 Xarici keçidlər
14 Həmçinin bax
Tarixi
Şəki rayonu (1968-ci ilədək Nuxa) 1930-cu ildə təşkil olunmuş, 1963-cü ildə ləğv edilərək ərazisi Vartaşen (indiki Oğuz) rayonuna verilmiş, 1965-ci ildə yenidən ayrıca rayon olmuşdur.
Coğrafi mövqeyi
Şəki şimal-şərqdə Dağıstanla həmsərhəddir. Yevlax-Balakən dəmiryol və avtomobil yolları Şəkinin ərazisindən keçir.
Relyefi
Şəki dəniz səviyyəsindən 500-850 m hündürlükdə yerləşir. Baş Qafqaz silsiləsinin qarlı zirvələrinin yüksəkliyi bəzi yerlərdə 3000-3500 m-ə çatır. Dağlarda Yura, Təbaşir, dağ ətəklərində Neogen və Antropogen çöküntüləri yayılmışdır.
Təbiəti
Şəkinin təbiəti çox rəngarəngdir
İqlimi
Günəşli saatların illik miqdarı 2350 saatdır. Günəşli saatların 40 %-i yay aylarının payına düşür. İl ərzində 1 kvadrat santimetr yer səthinə 122 kkal günəş radiasiyası düşür. Şəkinin iqliminə siklon və antisiklonlar, müxtəlif hava kütlələri və yerli küləklər təsir edir. Qışda arktik və mülayim hava kütlələrinin əraziyə daxil olması havanın isti keçməsinə səbəb olur. Yayda Şəkidə dağ-dərə yerli küləkləri əmələ gəlir. Buna səbəb dağ ilə dərə arasında təzyiq fərqinin yaranmasıdır. Böyük Qafqaz silsiləsi şimaldan gələn soyuq küləklərin qarşısını kəsir. Buna görə Şəkidə yanvar temperaturu 0,5 C olur. Şəkidə orta illik temperatur 12 C-dir. İyun, avqust aylarında orta temperatur 20-25 C arasında dəyişir.
Güclü küləklər (sürəti 15 m/san çox) Şəkidə seyrək hallarda əsir, il ərzində cəmi 10-12 gün güclü külək olur. Sürəti saniyədə 1 metrdən az olan külək Şəkidə tez-tez müşahidə olunur. Yağıntının miqdarı ilə 730 mm-dir. Bunun yarısı may, iyun, sentyabr, oktyabr aylarında yağır. Ən azı yağıntı avqust (35 mm), yanvar (29 mm) və fevralda (36 mm) olur. Kiş kəndində 775 mm, Xan yaylağında 1000 mm-dən artıq yağıntı düşür. Sel, tufan, güclü dolu kimi təbiət hadisələri Şəkidə və onu əhatə edən dağ və düzənliklər üçün səciyyəvidir.
Sel hadisəsi daha tez-tez müşahidə edilir. Yatağı şəhərin qərb hissəsində yaxın olan Kiş çayı hövzəsi dünyanın ən güclü sel gedən yerlərindən biri sayılır. Quruçay adlanan yerdə Kiş çayının gətirmə konusuna uzun illər boyu dağlardan qum, daş, palçıq toplanmış olduğundan onun mərkəzi hissəsi şəhərin Dodu məhəlləsinə nisbətən hündürdür.Tufan və dolu atmosfer hadisələrinin burada sıx əlaqəsi vardır. Dağlıq relyef, yay aylarında güclü qızma və yüksək buxarlanma Şəkidə dolu hadisələrinin əsas amilləridir. Şəkidə dolu olan günlərin orta illik sayı 1,4-dür, yəni 10 ildə 14 dəfə dolu yağır.
Dəniz səviyyəsindən 500-850 m hündürlük, ətrafında olan dağ meşələri şəhərin qızmasının qarşısını alır. Dağ meşələri şəhərin sellərdən qorunmasına imkan verir, şəhərin mənzərəsini daha da gözəlləşdirir. Çimli dağ-çəmən, qonur dağ meşə, qəhvəyi dağ meşə, çəmən-meşə, boz qonur torpaqlar yayılmışdır. Meşələrdə palıd, fıstıq, vələs ağacları geniş sahə tutur. Heyvanat aləmi zəngindir.
Şəhərin əsas çayları Kiş və Qurcana çaylarıdır. Kiş Əyriçayın çağ qolu olub uzunluğu 33 km, hövzəsinin sahəsi 265 kvadrat kilometrdir. Baş Qafqaz silsiləsinin cənub yamacından 2900 metr yüksəklikdən başlayır. Zaqafqaziyanın ən selli çaylarından biridir. Yuxarı axında Damarçın adlanır.
İri yaşayış məntəqələri
Rayonda 1 şəhər tipli qəsəbə və 63 kənd vardır. (Şəki şəhəri Şəki rayonun inzibati mərkəzi olsa da Şəki rayonunun tərkibində deyil)
Əhalisi (Şəki şəhəri ilə birlikdə)
azərbaycanlılar: 148862 nəfər;
ruslar: 231 nəfər;
ləzgilər: 7469 nəfər;
avarlar: 15 nəfər;
ukraynalılar: 128 nəfər;
türklər: 45 nəfər;
tatarlar: 61 nəfər;
gürcülər: 13 nəfər;
kürdlər: 47 nəfər;
ermənilər: 7 nəfər;
digər millətlər: 475 nəfər[2].
Görkəmli şəxsləri
Yaqub Mahmudov - tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı.
Molla Cümə — Şair
Əhmədiyyə Cəbrayılov — II Dünya Müharibəsi iştirakçısı, partizan
Gülyanaq Məmmədova — müğənni
Gülyaz Məmmədova — müğənni
Mikayıl Cəbrayılov - Azərbaycanın Milli Qəhrəmanı
İqtisadi xarakteristikası
Şəki iri taxılçılıq rayonudur. İqtisadiyyatında üzümçülük, meyvəçilik, baramaçılıq, heyvandarlıq da mühüm yer tutur.
Tarix: 16.03.2013 / 17:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 766 Bölmə: Tariximiz ve rayonlarimiz