Xudat – Azərbaycan Respublikasının şimalında şəhər (1950-ci ildən).Mündəricat
1 Tarixi
2 Mədəniyyəti
3 Tarixi abidələri
4 Coğrafiyası və iqlimi
5 Əhalisi
5.1 Görkəmli şəxsləri
6 İqtisadiyyatı
7 Şəkilləri
8 Xarici keçidlər
9 İstinadlar
10 Həmçinin bax
Tarixi
Qədim qala-şəhərlərdən biri olan Xudat ("Xudat" sözünün mənası Allahın neməti deməkdir) Xaçmaz rayonunda yerləşir. Oykonim türk dilindəki -xod/xud (tərəvəz) və -at (yer) komponentlərindən düzəlib, bostan yeri mənasındadır. XVIII əsrin əvvəllərində Quba xanlığının ilk mərkəzi olub.[1] 1735-ci ildə Fətəli xanın iqamətgahı Xudatdan Qubaya köçürüldü və Xudat öz əvvəlki əhəmiyyətini itirdi. Xudat torpağında çoxlu içməli su ehtiyatları var. 1917-ci ildə istismara verilmiş və hələ də Bakının içməli su ilə təmin edilməsində muhum rol oynayan məşhur Şollar su kəməri Xudat yaxınlığındakı Şollar kəndindən çıxır. Yarandığı gündən iki böyük məhəlləyə bölünüb: yuxarı məhəllə və aşağı məhəllə.
Mədəniyyəti
Xudatda poçt şöbəsi, poliklinika, mədəniyyət evi, musiqi məktəbi və şəhər kitabxanası fəaliyyət göstərir. Xudatda beş ümumtəhsil orta məktəbi fəaliyyət göstərir. Müasir standartlara cavab verən yeni avtovağzal tikilib.
Tarixi abidələri
Xudat yaxınlığında Təpəyatağı adlanan qədim qəbirstanlıq var.Qazıntılar zamanı buradan eramızdan əvvəlki dövrlərə təsadüf edən qədim əşyalar tapılıb. Xudatda ərəblərə qarşı vuruşmuş xalq qəhrəmanı Babək Xürrəmdinin heykəli ucaldılıb.
Coğrafiyası və iqlimi
Xaçmaz rayonu ərazisindədir.Bakıdan 184 km məsafədə,Samur-Şabran (Dəvəçi) ovalığında yerləşir.
Əhalisi
Əhalisinin əsas hissəsi azərbaycanlılardır. Burada həmçinin ləzgilər, tatlar, kürdlər, qrızlar, buduqlular, qaraçılar və digər xalqlar da yaşayır.
Tarix: 16.03.2013 / 17:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 318 Bölmə: Tariximiz ve rayonlarimiz