Şərur – Azərbaycanda, Naxçıvan Muxtar Respublikasının tərkibində rayon. Şərur rayonu – Muxtar Respublikanın qərbində yerləşir, cənubda İranla həmsərhəddir. Ərazisinin şimalı və şərqi dağ relyefinə malikdir. Dərələyəz dağ sistemi buradan keçir. Ən yüksək dağı – Qalınqayadır (2775 metr). İqlimi yarımsəhra, quraqdır. Lakin kifayət qədər yumşaqdır – qışda temperatur nadir hallarda +3 dərəcədən aşağı düşür, yayda +26 dərəcədən yuxarı qalxmır.
Buradan Araz çayının qolu Arpaçay və digərləri axır. Arpaçay suyundan suvarmada istifadə edilir. Onun üstündə Arpaçay su anbarı tikilmişdir. Yerli faunası – muflonlar (dağ qoyunu), canavarlar, dağ keçiləri, tülkülər, qabanlar, dovşanlardır.
Burada az olan tarixi abidələr Araz və Arpaçay sahilləri boyunca bürünc dövrünə aid qədim yaşayış məskənləri ilə təmsil olunur. Qazma mağarasında mustye dövrünə aid daş və obsidian əmək alətləri, Şahtaxtı yaşayış məskənində zövqlə işlənmiş bəzəkli saxsı qab nümunələri aşkar edilmişdir. Arbatan, Verməziyar, Qarahəsənli, Babəki, Kosacan kəndləri yaxınlığında aparılmış arxeoloji qazıntılar göstərmişdir ki, burada qədim yaşayış məskənləri yerləşirmiş. Onlar Kölüklər, Köhnə, Arbatan, Köhnəkənd, Kültəpə kimi toponimlərin yaddaşında yaşayır. Burada çoxlu ev əşyaları və bəzəkli saxsı qablar aşkar edilmişdir.
Şərur rayonu (1930-1964-cü illərdə Noraşen rayonu, 1964-91-ci illərdə İ1iç rayonu) 8 avqust 1930-cu ildə təşkil edilmişdir. Şimalda və şimal-şərqdə Ermənistan Respublikası, cənubda və cənub-qərbdə İranla həmsərhəddir. Ərazisi 811,14 km2. Rayonda 1 şəhər, 65 kənd yaşayış məntəqəsi var. Mərkəzi Şərur şəhəridir.
Rayon ərazisinə Şərur şəhəri və Yengicə, Alışar, Xələc, Şəhriyar, Muğanlı, Qorçulu, Kürçülü, Kürkənd, Cəlilkənd, Mahmudkənd, Günnüt, Bəhruz Kəngərli, Düdəngə, Zeyvə, Oğlanqala, Dizə, Aşağı Yaycı, Yuxarı Yaycı, Şahbulaq, Gümüşlü, Axura, Həmzəli, Qarxun, Sərxanlı, Məmmədsabir, Muğancıq Müslüm, Muğancıq Mehrab, Yuxarı Aralıq, Aşağı Aralıq, Siyaqut, Kosacan, Yuxarı Daşarx, Aşağı Daşarx, Dərəkənd, Oğuzkənd, Xanlıqlar, Ələkli, Vərməziyar, Stansiya Daşarx, Danyeri, İbadulla, Qışlaq Abbas, Ərəbyengicə, Tumaslı, Vayxır, Diyadin, Maxta, Qaraburc, Axamət, Kərimbəyli, Dərvişlər, Çərçiboğan, Babəki, Arbatan, Arpaçay, Çəmənli, Qarahəsənli, Çomaxtur, Püsyan, Təzəkənd, Dəmirçi, Havuş, Yeni Havuş, Xətai, Tənənəm kəndləri daxildir.Mündəricat
1 Təbiəti
2 İqtisadiyyatı
3 Tarixi-arxeoloji abidələr və memarlıq
4 Qardaş şəhərlər
5 Mənbə
6 İstinadlar
Təbiəti
Rayonun səthi şimalda və şərqdə dağlıq, Arazboyu hissədə bir-birindən tirə və yüksəkliklərlə ayrılan maili düzənliklərdən (Şərur, Sərdar və Tənənəm düzləri) ibarətdir. Ərazidə Dərələyəz silsiləsi əsas yer tutur. Hündürlüyü Araz çayı sahilində təqribən 600-700 m-dən Dərələyəz silsiləsində 2775 metrədək (Qalınqaya dağı) dəyişir. Düzənlik və dağətəyi hissədə əsasən Antropogen, dağlıq hissədə Devon, Perm, Trias, Tabaşir çöküntüləri yayılmışdır. Faydalı qazıntıları: polimetal filizlər, travertin, mərmərəbənzər əhəngdaşı və s. Yayı quraq keçən soyuq yarımsəhra, quru çöl və yayı quraq keçən soyuq iqlimi var. Orta temperatur yanvarda 3-dən 6°C-yə qədər, iyulda 20-26°C, illik yağıntı 200-400 mm-dir. Çayları (Şərqi Arpaçay və s.) rayonun İranla sərhədi boyu axan Araz hövzəsinə aiddir; suvarmada geniş istifadə olunduğundan suları yayda mənsəbə çatmır. Şərqi Arpaçay üstündə tikilmiş su anbarının (bax Arpaçay su anbarı) fəaliyyəti sayəsində kənd təsərrüfatı torpaqlarının suvarılması təmin edilir. Boz və çəmən-boz, şorəkətvarı boz-qonur, dağ-şabalıdı və qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Bitki örtüyü əsasən, yarımsəhra bitkilərindən (yovşan, şoranotu və s.) və dağ-kserofitlərindən ibarətdir. Heyvanları: qaya keçisi, muflon, canavar, tülkü, boz dovşan, çöldonuzu, daşlıq dələsi, çöl siçanı və s. Quşlardan kəklik, ular, qaraqarın bağrıqara və s. var. Əhali. Rayonun əhalisi 93,3 min nəfərdir (1 iyul 2008). Orta sıxlıq 1 km2-də 118 nəfərdir. İri yaşayış məntəqələri Şərur şəhəri, Dəmirçi və Püsyan kəndləridir.
İqtisadiyyatı
Son illər muxtar respublikada aparılan quruculuq və abadlıq işləri nəticəsində iqtisadi və mədəni həyatın bütün sahələrində böyük irəliləyişlərə nail olunmuş, Şərur rayonu da əsl inkişaf yoluna qədəm qoymuşdur. Şərur rayonu Naxçıvan MR-in ən böyük tütünçülük, üzümçülük, heyvandarlıq, taxılçılıq və tərəvəzçilik rayonu, Azərbaycan Respublikasının isə iri tütünçülük rayonlarından biridir. Kənd təsərrüfatına yararlı torpaqlar 31.5 min ha-dır. Bunun 13.8 min ha sahəsində əkin aparılmışdır. Suvarılan torpaqlar 16.3 min ha-dır. Dənli və dənli-paxlalı bitkilər (əsasən buğda, qismən arpa, qarğıdalı və s.), texniki bitkilər (tütün), tərəvəz-bostan bitkiləri, (o cümlədən şəkər çuğunduru), kartof, yem bitkiləri əkilir. 1999-cu ildə Şərur rayonu üzrə aqrar islahatlar başa çatdırılıb, 18.881 ha sahə xüsusi mülkiyyətə verilib, 48 ha-dan artıq torpaq isə bələdiyyə mülkiyyətində qalıb. 99.757 nəfər pay norması əsasında torpaq payları ilə təmin olunub. Hər nəfərə orta hesabla 1893 m² torpaq sahəsi düşüb. Torpaqları suvarmaq üçün Həmzəli, Kərimbəyli və digər kəndlərdə nasos stansiyalarından və artezian quyularından istifadə edilmişdir. 58 km-lik Şərur-Naxçıvan su kəməri bərpa edilib işə salınmışdır.
2003-2004-cü illər ərzində Şərur rayonunda bütün təsərrüfat dərəcələri üzrə taxıl məhsulları istehsalı 13.8 %, kartof istehsalı 15.7 %, meyvə istehsalı 1.6 %, üzüm istehsalı isə 0.7 % artmışdır. 2004-cü ildə muxtar respublikada istehsal olunan taxılın 23.1 %-i, tərəvəzin 29.8 %-i, bostan məhsullarının 11.5 %-i, kartofun 34.9 %-i, meyvənin 92.2 %-i, üzümün 15.5 %-i Şərur rayonunun payına düşmüşdür. Muxtar respublikada istehsal olunan ətin 33.1 %-i, südün 32.2 %-i, yunun 18.5 %-i, yumurtanın 35.3 %-i Şərur rayonuna aiddir. Muxtar respublikadakı qaramalın 32.9 %-i, o cümlədən inək və camışların 33.3 %-i, xırda buynuzlu heyvanların 18.4 %-i Şərur rayonunun payına düşür (2004). Qış otlaqları geniş sahə tutur. Rayonda heyvandarlıq birlikləri yaradılmışdır.
Şərur rayonunun sənayesi, əsasən, kənd təsərrüfatı məhsulları emalı və tikinti materialları istehsalı üzrə ixtisaslaşmışdır. Rayonda 3 şəkər çuğunduru şirkəti fəaliyyət göstərir. Konserv zavodu, 3 şərab zavodu, quşçuluq fabriki, sənaye kombinatı, Gümüşlü dağ mədəni, Şahtaxtı daş karxanası rayonun əsas sənaye müəssisələridir. 2004-cü ildə muxtar respublika sənaye məhsulunun 17 %-i Şərur rayonunun müəssisələrində istehsal olunmuşdur. Muxtar respublikada kapital qoyuluşunun 5.6 %-i, istifadəyə verilmiş əsas fondların 4.8 %-i, cəmi əmtəə dövriyyəsinin 23 %-i, əhaliyə göstərilən pullu xidmətlərin 19.3 %-i Şərur rayonunun payına düşmüşdür. Əhalinin hər nəfərinə düşən pullu xidmətlərin həcmi 214.1 min manat olmuşdur ki, onun da 17.4 %-ini məişət xidməti təşkil edir. Bakı-Yerevan dəmir yolu, Naxçıvan-Yerevan avtomobil magistralı rayonun ərazisindən keçir (vaxtilə ümumittifaq şəbəkəsinə daxil olan dəmir yolu və avtomobil xətləri Ermənistanın apardığı təcavüzkarlıq siyasəti nəticəsində 1992-ci ildən işləmir).
Tarixi-arxeoloji abidələr və memarlıq
Şərur rayonu ərazisində qədim insanların əmək fəaliyyətini və həyat tərzini əks etdirən maddi mədəniyyət qalıqları ilə zəngin xeyli arxeoloji abidə var (XX əsrin 30-cu illərindən tədqiq olunur). Bu abidələr qədim yaşayış yerləri, qalalar, qəbiristanlıqlar və memarlıq abidələrindən ibarətdir. 1987-90-cı illərdə Daş dövrü[[]]nə (Mustye) aid Qazma mağarasından maddi mədəniyyət qalıqları, o cümlədən çaxmaqdaşı və obsidiandan (dəvəgözü) hazırlanmış xeyli əmək aləti aşkara çıxarılmışdır. Eneolit və Kür-Araz mədəniyyəti abidələrinin bu ərazidə sayca çoxluğu və mədəni təbəqənin qalınlığı e. ə. IV-III minilliklərdə Şərur ərazisində əkinçi-maldar tayfaların intensiv məskunlaşdığını göstərir. Orta Tunc dövrünün abidələri, əsasən, Araz, Arpaçay və onların qolları üstündə salınmışdır. Şortəpə və s. abidələrdən yüksək sənətkarlıqla hazırlanmış boyalı qablar aşkar olunmuşdur. E. ə. II minilliyin sonu – I minilliyin əvvəllərində Şərur rayonu ərazisində Xocalı-Gədəbəy mədəniyyətinin (son Tunc-ilk Dəmir dövrləri) keramikası ilə seçilən abidələr yayılmışdı. E. ə. I minilliyin 1-ci yarısına aid abidələrin tədqiqi bu əraziyə xarici işğalçıların, xüsusilə Urartu basqınlarının artdığını göstərir. Bölgədə Oğlanqala, Qalacıq, Govurqala, Qarasu qalası kimi müdafiə istehkamları inşa edilmişdir. Qədim Şərur ərazisi küp qəbirlərlə zəngindir. E. ə. I minilliyin 2-ci yarısına aid abidələr Alban (Qafqaz) mədəniyyətinə məxsus elementləri ilə seçilir. Eramızın I-IV əsrlərində bölgədə quyu qəbirlərlə xarakterizə olunan arxeoloji mədəniyyətin yayılması xüsusi maraq doğurur. Qəbirlərin dəfn adətinin müəyyən cəhətləri türk tayfalarının Azərbaycana axınının gücləndiyini göstərir. Erkən və inkişaf etmiş orta əsrlərdə Şərur rayonu ərazisində yaşayış məskənlərinin sayı xeyli artmışdır. Şərur rayonunda, Naxçıvan–Şərur avtоmоbil yоlunun sağ tərəfində оrta əsrlərə aid yaşayış yeri Parçı yerləşir.
Şərur rayonu ərazisində memarlıq abidələrindən orta əsrlərə aid Arpaçay üzərində körpü, bürclər, məscid və pirlər, karvansaralar mühafizə olunmuşdur. Mühüm elmi və tarixi əhəmiyyət kəsb edən nadir abidələr əsaslı şəkildə bərpa olunmuşdur. Rayonun ərazisində aparılan yenidənqurma və quruculuq tədbirləri nəticəsində gözəl, müasir tikililər, milli arxitekturalı binalar, qədim üslubda meydanlar inşa edilmiş, yollar boyu kəndlər abadlaşdırılmış, kəndlərarası körpülər tikilmişdir.
#Bələdiyyələrin adıHər bələdiyyə üzrə əhalinin sayı
1Şərur şəhər bələdiyyəsi6700
2Dəmirçi kənd bələdiyyəsi4980
3Düdəngə kənd bələdiyyəsi3927
4Mahmudkənd kənd bələdiyyəsi3878
5Yengicə kənd bələdiyyəsi3791
6Püsyan kənd bələdiyyəsi3679
7Çərçiboğan kənd bələdiyyəsi3200
8Çomaxtur kənd bələdiyyəsi3050
9Oğlanqala kənd bələdiyyəsi2897
10Danyeri kənd bələdiyyəsi2814
11Zeyvə kənd bələdiyyəsi2485
12Maxta kənd bələdiyyəsi2425
13Alışar kənd bələdiyyəsi2077
14Şəhriyar kənd bələdiyyəsi2056
15Xanlıqlar kənd bələdiyyəsi2049
16Qarxun kənd bələdiyyəsi1893
17Qışlaqabbas kənd bələdiyyəsi1785
18Dizə kənd bələdiyyəsi1758
19Kərimbəyli kənd bələdiyyəsi1697
20Cəlilkənd kənd bələdiyyəsi1662
21Siyaqut kənd bələdiyyəsi1548
22Yuxarı Daşarx kənd bələdiyyəsi1459
23Aşağı Yaysı kənd bələdiyyəsi1453
24Axura kənd bələdiyyəsi1448
25İbadulla kənd bələdiyyəsi1337
26Xələc kənd bələdiyyəsi1260
27Əlikli kənd bələdiyyəsi1253
28Vərməziyar kənd bələdiyyəsi1237
29Kosacan kənd bələdiyyəsi1226
30Dərəkənd kənd bələdiyyəsi1184
31Muğanlı kənd bələdiyyəsi1079
32Yuxarı Aralıq kənd bələdiyyəsi1049
33Məmmədsabir kənd bələdiyyəsi955
34Aşağı Aralıq kənd bələdiyyəsi931
35Vayxır kənd bələdiyyəsi914
36Yuxarı Yaycı kənd bələdiyyəsi906
37Çəmənli kənd bələdiyyəsi875
38Axaməd kənd bələdiyyəsi873
39Ərəbyengicə kənd bələdiyyəsi872
40Kürkənd kənd bələdiyyəsi858
41Kürçülü kənd bələdiyyəsi812
42Tənənəm kənd bələdiyyəsi746
43Mudancıq Müslüm kənd bələdiyyəsi728
44Qarahəsənli kənd bələdiyyəsi722
45Həmzəli kənd bələdiyyəsi717
46Arbatan kənd bələdiyyəsi715
47Oğuzkənd kənd bələdiyyəsi706
48Qorçulu kənd bələdiyyəsi689
49Aşağı Daşarx kənd bələdiyyəsi371
50Muğancıq Mehrab kənd bələdiyyəsi607
51Tumaslı kənd bələdiyyəsi585
52Dərvişlər kənd bələdiyyəsi552
53Şahbulaq kənd bələdiyyəsi551
54Sərxanlı kənd bələdiyyəsi514
55Arpaçay kənd bələdiyyəsi506
56Gümüşlü kənd bələdiyyəsi472
57Qaraburc kənd bələdiyyəsi444
58Stansiya Daşarx kənd bələdiyyəsi407
59Xətai kənd bələdiyyəsi361
60Diyadin kənd bələdiyyəsi332
61Təzəkənd kənd bələdiyyəsi254
62Yeni Havuş kənd bələdiyyəsi244
63Havuş kənd bələdiyyəsi113
64Babəki kənd bələdiyyəsi110
65Cəmi93778
Tarix: 17.03.2013 / 13:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 899 Bölmə: Tariximiz ve rayonlarimiz