Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan Demokratik Respublikası

Azərbaycan Demokratik Respublikası (Azərbaycan Xalq Cümhuriyyəti) - Yaxın Şərqdə ilk demokratik dövlət. ADR 27 may 1918-ci ildə Tiflis şəhərində Azərbaycan Milli Şurası tərəfindən bəyan edilmişdir. İrəvan şəhəri və quberniya əraziləri güzəştə gedildikdən sonra 1918-ci il mayın 28-də özünün müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 99908,86 km² təşkil edirdi. 13983,1 km² ərazi isə mübahisəli ərazi kimi qəbul olunaraq gələcək danışıqlar prosesində həll olunması nəzərdə tutulmuşdu.
Azərbaycan!
Ermənistana güzəşt edilən İrəvan quberniyasının ərazisi 8913,17 km² (ərazisi - Yeni-Bəyazid qəzası, İrəvan qəzasının 3/5-i, Eçmiədzin qəzasının ¼-i, Aleksandropol qəzasının ¼-i daxil idi ; əhalisi 321 min nəfər olmuşdur ki, bunun da 230 mini erməni , 80 min müsəlman , 5 min yezidi kürd və 6 min digər millətlər) təşkil edirdi. Edilən güzəştdən sonra ermənilər Azərbaycanın Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ ərazilənin Ermənistana birləşdirilməsi iddiası ilə çıxış etdilər. Lakin 1918-1920-ci illərdə İrəvan quberniyasından başqa əraziləri ələ keçirə bilməyən ermənilər 1920-ci il aprelin 28-də, Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra bolşeviklərin himayəsi ilə yeni ərazilər əldə etməyə nail oldular.
30 may 1918 - Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında dünya dövlətlərinə radioteleqramlar göndərilib. Dünyanın aparıcı dövlətlərinin xarici işlər nazirlikləri Azərbaycanda müstəqil respublikanın yaradılması haqqında informasiya aldılar. Radioteleqramlar İstanbula, Berlinə, Vyanaya, Parisə, Londona, Romaya, Vaşinqtona, Sofiyaya, Buxarestə, Tehrana, Madridə, Moskvaya, Stokholma, Tokioya və digər paytaxtlara göndərilmişdi
Bakı şəhəri Stepan Şaumyanın başçılığı altında Bolşevik Bakı Soveti və Daşnak silahlı dəstələrinin nəzarətində olduğu üçün, Azərbaycan höküməti müvəqqəti olaraq Gəncə şəhərində yerləşmişdir.
4 iyun 1918 - Batumda aparılan danışıqların yekunu olaraq Xalq Cümhuriyyəti ilə Osmanlı arasında "Sülh və dostluq haqqında" müqavilə imzalanıb. Müqaviləni Azərbaycan tərəfdən Milli Şuranın sədri M.Rəsulzadə və xarici işlər naziri M.Hacınski , Osmanlı tərəfdən ədliyyə naziri Xəlil bəy və Qafqaz cəbhəsinin komandanı Vahib paşa imzalamışdı. Bu müqavilə ilə Xalq Cümhuriyyəti birinci olaraq Osmanlı tərəfindən tanınıb. Müqavilədə Osmanlı dövləti Xalq Cümhuriyyətinə hərbi yardım göstərmək barədə öhdəlik götürüb
17 iyun 1918 - Gəncədə ilk iclasını keçirən Azərbaycan Milli Şurası ölkədə yaranmış ağır vəziyyəti nəzərə alaraq öz fəaliyyətini dayandırmaq və yeni parlament (Müəssislər Məclisi) çağırılanadək bütün hakimiyyəti (qanunvericilik və icra) Nazirlər Şurasına vermək barədə qərar qəbul edib. Bu Nuru paşanın tələbi idi. Həmin gün Fətəli xan Xoyskinin başçılıq etdiyi Nazirlər Şurası istefa verib və onun rəhbərliyi ilə ikinci hökumət qurulub
24 iyun 1918 - Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı qəbul edilib. Hökumətin qərarı ilə qırmızı parça üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir edilmiş bayraq Cümhuriyyətin müvəqqəti rəmzi elan edilib. Azərbaycanın indiki üçrəngli (mavi, qırmızı, yaşıl) bayrağı isə dövlət rəmzi olaraq 1918-ci ilin noyabrında qəbul edildi
26 iyun 1918 - Xalq Cümhuriyyətinin hökuməti Azərbaycanın ilk Milli Ordu hissəsinin - əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul edib. Həmin dövrdə Cümhuriyyət hökumətinin tabeliyində olan hərbi qüvvələr türk (Osmanlı) ordu hissələri ilə birlikdə ("Qafqaz İslam Ordusu") Nuru paşanın komandanlığı altında "Bakı Kommunası"nın qoşunları ilə qızğın döyüşlər aparırdı. Cümhuriyyətin Hərbi Nazirliyinin təşkili barədə qərar bir qədər sonra, avqustun 1-də verildi. Nazirlik özü isə 1918-ci ilin dekabrında fəaliyyətə başladı. Keçmiş çar Rusiyası ordusunun generallarından Səməd bəyMehmandarov hərbi nazir, Əliağa Şıxlinski hərbi nazirin müavini təyin edildilər.
27 iyun 1918 - Azərbaycan və türk (Osmanlı) hərbi qüvvələrindən ibarət Qafqaz İslam Ordusu Göyçay yaxınlığındakı döyüşdə "Bakı Soveti"nin qoşunlarını məğlub edib. Bu zəfərdən sonra Qafqaz İslam Ordusunun hissələri daşnak-bolşevik qoşunlarının hücumlarını dayandıraraq əks-hücuma keçməyə başlayıblar
27 iyun 1918 - Xalq Cümhuriyyətinin hökuməti "Dövlət dili haqqında" qərar qəbul edib. Azərbaycan (türk) dili Cümhuriyyət ərazisində dövlət dili elan olunub
2 iyul 1918 - Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri və daxili işlər naziri Fətəli xan Xoyski ölkədə ilk polis bölümünün yaradılması barədə əmr verib. Bununla Azərbaycan polis orqanlarının əsası qoyulub.
10 iyul 1918 - Azərbaycan və türk (Osmanlı) hərbi qüvvələri (Qafqaz İslam Ordusu) Kürdəmir yaxınlığındakı döyüşdə daşnak-bolşevik "Bakı Soveti"nin qoşunlarını məğlub ediblər. Kürdəmir qəsəbəsi işğalçılardan azad olunub. Bu qələbədən sonra Qafqaz İslam Ordusunun daşnak-bolşevik qüvvələri üzərinə geniş əks-hücumu başlanıb. İyulun 14-də azərbaycanlı-türk qoşun hissələri strateji əhəmiyyətli Kərar dəmir yolu stansiyasını ələ keçiriblər
15 iyul 1918 - Xalq Cümhuriyyəti hökuməti azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin araşdırılması üçün Fövqəladə Təhqiqat Komissiyası yaradıb. Komissiya 1918-ci ilin mart qırğınları ilə yanaşı, XX əsrin əvvəlindən ermənilərin azərbaycanlılara qarşı törətdikləri digər qətliamlar haqqında çoxsaylı materiallar toplamış, Cümhuriyyət hökumətinin qərarı ilə 31 mart "Soyqırımı günü" elan edilmişdi. Azərbaycanın sovetləşməsindən sonra bu tarix gizlədildi
20 iyul 1918 - Xalq Cümhuriyyəti və türk (Osmanlı) qüvvələrinin Nuru paşanın komandanlığı altındakı birgə Qafqaz İslam Ordusu daşnak-bolşevik "Bakı Kommunası" qoşunlarına daha bir zərbə endirərək Şamaxı şəhərini azad ediblər. Bu arada türk qoşunları cənubdan (indiki Neftçala rayonu ərazisi) Bakı istiqamətinə irəliləməyə başlamışdı
6 sentyabr 1918 - Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyəti İstanbulda Osmanlı dövlətinin rəhbərliyi ilə görüşüb.Milli Şuranın sədri M.Rəsulzadə, "Müsavat" fraksiyasının üzvü X.Xasməmmədov və general S.Səfikürdskinin daxil olduğu heyət Osmanlının yeni sultanı VI Mehmet Vahdettin tərəfindən qəbul edilib. Bu, Xalq Cümhuriyyətinin rəsmi heyətinin ilk xarici səfəri idi. Osmanlı hərbi rəhbərliyinin (Ənvər paşa) də iştirak etdiyi görüşdə Xalq Cümhuriyyətinə hərbi yardım və Bakının azad olunması məsələsi əsas mövzu olub. Bu görüşdən sonra Bakının azad olunması barədə həlledici hücum barədə qərar verildi
1918-ci il sentyabrın 15-də baş verən ağır döyüşlərdən sonra, Azərbaycan Demokratik Respublikasının milli ordusunun və Nuru Paşanın başçılıq etdiyi Osmanlı Türk İslam Ordusunun hissələri Bakını bolşevik, erməni-daşnak və ingilis hərbi dəstələrindən azad etmışdir və müstəqil Azərbaycan hökuməti Bakıya köçmüşdür.
28 may 1919 - Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Paris sülh konfransında ABŞ prezidenti Vudro Vilsonla görüşərək Xalq Cümhuriyyətinin tanınmasını xahiş edib. Antitürk və ermənipərəst mövqeyi ilə seçilən Vilson bu xahişi rədd edib
16 iyun 1919 - Azərbaycanla Gürcüstan arasında hərbi müttəfiqlik paktı imzalanıb. Razılaşmaya əsasən, Azərbaycan gürcü tərəfə neft verməklə əvəzində silah və texnika almağa başladı. Hərbi pakta görə, tərəflər Rusiyanın hərbi təcavüzünə qarşı bir-birinə dəstək verməli idilər. Lakin 1920-ci ilin aprelində bolşevik Rusiyasının Azərbaycana hücumu zamanı Gürcüstan bu öhdəliyə deyil, özünün müstəqilliyinin tanınması barədə ruslarla separat danışıqlara üstünlük verdi.

Azərbaycan hökümətinin tərkibi

I kabinə: 28.05.1918 - 17.06.1918

1. Nazirlər Şurasının sədri və daxili işlər naziri - F.Xoyski (bitərəf).
2. Hərbi nazir - X.SuItanov (müsavat).
3. Xarici işlər naziri - M.H.Hacınski (müsavat).
4. Maliyyə və xalq maarifi naziri - N.Yusifbəyli (müsavat).
5. Ədliyyə naziri - X.Xasməmmədov (müsavat).
6. Ticarət və sənaye naziri - M.Y.Cəfərov (bitərəf, sonra -müsavat).
7. Əkinçilik və əmək naziri - Ə.ġeyxülislamzadə (Hümmət).
8. Yollar, poçt və teleqraf naziri - X.Məlikaslanov (bitərəf).
9. Dövlət müfəttişi - C.Hacınski (sosialist).

II kabinə: 17.08.1918-07.12.1918

Nazirlər Şurasının sədri və ədliyyə naziri - F.Xoyski (bitərəf).
Xarici işlər naziri - M.Hacınski (müsavat).
Xalq maarifi və dini etiqad naziri - N.Yusifbəyli (müsavat).
Daxili işlər naziri - B.CavanĢir (bitərəf).
Əkinçilik naziri - X.Sultanov (müsavat).
Səhiyyə və sosial təminat naziri - X.Rəfibəyli (bitərəf).
Yollar naziri - X.Məlikaslanov (bitərəf).
Ticarət və sənaye naziri - A.AĢurov (bitərəf).
Maliyyə naziri - Ə.Əmircanov (bitərəf).
Portfelsiz nazir - Ə.M.TopçubaĢov (bitərəf).
Portfelsiz nazir - M.Rəfiyev (müsavat).
Portfelsiz nazir - X.Xasməmmədov (müsavat).

06.10.1918 tarixli kabinədaxili dəyişikliklərdən sonra

Nazirlər Şurasının sədri - F.Xoyski (bitərəf).
Ticarət, sənaye və daxili işlər naziri - B.CavanĢir (bitərəf).
Xarici işlər naziri - Ə.M.TopcubaĢov (bitərəf).
Maliyyə naziri - M.H.Hacmski (müsavat).
Xalq maarifi naziri - N.Yusifbəyli (müsavat).
Yollar naziri - X.Xasməmmədov (bitərəf)
Əkinçilik naziri - X.Sultanov (müsavat).
Xalq səhiyyəsi naziri - X.Rəfibəyli (bitərəf)
Poçt-teleqraf naziri - A.AĢurov (bitərəf)
Sosial təminat və dini etiqad naziri - M.Rəfiyev (müsavat)
Hərbi işlər üzrə müvəkkil - Ġ.Ziyadxan (bitərəf)
Dövlət müfəttişi - Ə.Əmircanov (bitərəf).

III kabinə: 26.12.1918 -14.03.1919

Nazirlər Şurasının sədri və xarici xarici işlər naziri - F.Xoyski (bitərəf).
Daxili işlər naziri - X.Xasməmmədov (müsavat)
Maliyyə naziri Ġ.Protasov (Slavyan-Rus Cəmiyyəti)
Yollar naziri - X.Məlikaslanov (bitərəf)
Ədliyyə naziri - T.Makinski (?)
Maarif və dini etiqad naziri - N.Yusifbəyli (müsavat)
Poçt-teleqraf və əmək naziri - A.Səfikürdski (sosialist)
Hərbi nazir - S.Mehmandarov (bitərəf)
Sosial təminat naziri - R.Xoyski (bitərəf)
Xalq səhiyyəsi naziri - Y.Gindes (Slavyan-Rus cəmiyyəti)
Ticarət və sənaye naziri - M.Əsədullayev (bitərəf)
Dövlət müfəttişi - M.H.Hacınski (16.01.1919 tarixindən - Ə.Həsənov)
Ərzaq naziri - K.Lizqar (Slavyan-Rus cəmiyyəti)
Əkinçilik naziri - X.Sultanov (müsavat)
IV kabinə: 14.03.1919-22.12.1919

Nazirlər Şurasının sədri və daxili işlər naziri - N.Yusifbəyli (bitərəf)
Maliyyə naziri - Ə.Həsənov (bitərəf)
Ticarət və sənaye naziri - A.Əminov (bitərəf)
Xarici işlər naziri - M.Y.Cəfərov (müsavat)
Yollar naziri - X.Məlikaslanov (bitərəf)
Poçt-teleqraf naziri - C.Hacınski (sosialist)
Hərbi nazir - S.Mehmandarov (bitərəf)
Sosial-təminat naziri - V.Klenevski (Slavyan-Rus cəmiyyəti)
Səhiyyə naziri - A.Dastakov (?)
Maarif və dini etiqad naziri - R.Kaplanov (əhrar)
Əkinçilik naziri - A.QardaĢov (əhrar)
Portfelsiz nazir - X.Amaspür (daşnaksütun)
Dövlət müfəttişi - N.Nərimanbəyli (müsavat)
Ədliyyə və əmək naziri - A.Səfikürdski (sosialist)
Sonralar daxili işlər naziri - X.Xasməmmədov (müsavat)

V kabinə: 24.12.1919 - 01.04.1920

Nazirlər Şurasının sədri - N.Yusifbəyli (müsavat)
Xarici işlər naziri - F.Xoyski - (bitərəf)
Hərbi nazir - S.Mehmandarov (bitərəf)
Daxili işlər naziri - M.H.Hacınski (18.02.1920-dən sonra M.Vəkilov) (birincisi əvvəl müsavat, sonra kommunist M.Vəkilov - müsavat)
Ədliyyə naziri - X.Xasməmmədov (müsavat)
Maliyyə naziri - R.Kaplanov (əhrar)
Maarif və dini etiqad naziri - H.ġaxtaxtinski (05.03.1920-dən sonra
Şahsuvarov, hər ikisi - ittihad)
Əmək və əkinçilik naziri - Ə.C.Pepinov (sosialist)
Yollar naziri, eyni zamanda ticarət, sənaye və ərzaq üzrə müvəqqəti nazir - X.Məlikaslanov (18.02.1920-dən sonra ticarət, sənaye və ərzaq naziri - M.H.Hacınski)
Poçt-teleqraf naziri - C.Hacınski (sosialist)
İctimai təminat və səhiyyə naziri - M.Rəfiyev (müsavat)
Dövlət müfəttişi - H.Məmmədbəyov (ittihad).

Vicdan azadlığı

Azərbaycan Demokratik Respublikası rəhbəri Məhəmməd Əmin Rəsulzadənin təklifi ilə ruhani idarələrini müsəlman məmurlarına həvalə etməklə Tiflis şəhərindəki ruhani idarələrinin bazasında Bakıda vahid, müsəlman ruhani idarəsinin yaradılması qərara alındı.

Azərbaycan Demokratik Respublikası hökuməti müsəlmanlar üçün Qafqaz müsəlmanlarının vahid ruhani idarəsinin yaradılmasına nail oldu. 1918-ci il dekabrın 11-də çar hökuməti orqanlarının təyin etdiyi Qafqaz Şeyxülislamı M.Ə.Pişnamazzadə vəzifəsindən istefa verdi. Azərbaycan Demokratik Cümhuriyyəti sosial təminat və dini etiqad naziri Musa bəy Rəfiyevin sərəncamı ilə 48 yaşlı axund Ağa Əlizadə Qafqaz müsəlmanlarının birgə ruhani idarəsinin sədri, Şeyxülislam təyin edildi. Yeni Şeyxülislam məzhəb ayrıseçkiliyini rədd edən, mütərrəqi fikirli, milli heysiyyəti güclü olan, parlamentin işinə kömək edən bir şəxs idi. Molla Ağa Əlizadə Azərbaycanda ilk Demokratik Respublikanın yaranmasını ürəkdən alqışlayan din xadimlərindən idi. Azərbaycan Demokratik Respublikası yaranmasının birinci ildönümü münasibətilə o demişdir: "Azadlığı yalnız müstəqil yaşamaq yolu ilə qorumaq və müdafiə etmək olar. Öz əqidəsini və fikrini şövqlə söyləmək və öz bəşəri iradəsini ifadə etmək yalnız müstəqil ölkədə mümkündür. Asılı olmayan tədris ocaqlarında — orta və ali məktəblərdə ölkənin camaatının faydalana biləcəyi bütün biliklərə yiyələnmiş şüurlu adamlar yetişər. Allah-təalanın buyruqlarını yalnız ölkənin istiqlaliyyəti şəraitində müvəffəqiyyətlə intişara yetirmək olar. İstiqlal hər bir tayfaya və hər bir şəxsiyyətə lazımdır".

Bu zaman Azərbaycan Demokratik Cümhuriyyəti vicdan azadlığını təmin etmək sahəsində ilk addımlarını atırdı.
1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan milli şurasının müstəqillik haqqında qətnaməsində qeyd edilirdi ki, vətəndaşların hüququ, siyasi, dini azadlıqları təmin edilir, müstəqil Azərbayacan dövləti qeyri dini, demokratik quruluşa malik olan ölkədir. Qətnamədə deyilirdi: "Azərbaycan Demokratik Respublikası milliyyətindən, dinindən, ictimai vəziyyətindən, cinsindən asılı olmayaraq bütün vətəndaşları öz hüdudları daxilində vətəndaşlıq və siyasi hüquqlarla təmin edir".
1918-ci il dekabrın 7-də Bakıda Azərbaycan parlamenti öz işinə başladı. Parlamentin iclaslarında heç bir dini ayin (dua oxunması və s.) icra edilmədi. Bütün dinlərdən olan deputatlar bərabər hüquqlu nümayəndə səlahiyyətinə malik idilər. Dinə münasibətindən asılı olmayaraq bütün vətəndaşlar Azərbaycan Demokratik Respublikasının bərabər hüquqlu əhalisini təmsil edirdilər. Milli mənlik duyğusunun güclənməsi ilə başlanan dirçəliş ümummilli vicdanı oyatmaya bilməzdi.
Göründüyü kimi, Azərbaycan Demokratik Respublikasının Milli Şurası, sonra isə Parlamenti və Hökuməti mövcud olduğu qısa müddət ərzində iqtisadi, ictimai-siyasi və sosial həyatın müxtəlif sahələrinə aid çoxlu tale yüklü islahatlar həyata keçirmiş, müstəqil Azərbaycan dövlətinin formalaşıb möhkəmlənməsi üçün misilsiz işlər görmüşdür. İqtisadi, siyasi-ictimai və sosial münasibətlər sahələrində vətəndaşların hüquqlarının təmin edilməsinə yönəldilmiş qərar və tədbirlərin tərkibində əhalinin vicdan azadlığı məsələləri xüsusi yer tuturdu. Azərbaycan Demokratik Respublikası hökuməti və parlamenti vicdan azadlığı haqqında ayrıca dekret və ya qərar qəbul etməyə imkan tapmasa da, onun bu problemə ən demokratik mövqeyi aydın idi. Azərbaycan Demokratik Respublikasının uğurları və faciələri, tarixi dərsləri, dini etiqad və vicdan azadlığı sahəsində təcrübəsi bu günümüz üçün çox marağlıdır.

27 aprel 1920 - Bolşevik Rusiyasının 11-ci ordusu Bakıya daxil olub. Bu vaxt Xalq Cümhuriyyətinin ordu hissələri Qarabağda və Gəncəbasarda qiyamçı erməni qüvvələri ilə döyüşdə idi, azsaylı sərhəd qoşunları isə rus ordusuna müqavimət göstərə bilməmişdi. Bolşevik rəhbərliyi - Azərbaycan K(b)P MK və Rusiya K(b)P Qafqaz Diyar Komitəsinin Bakı Bürosu hakimiyyəti təhvil vermək barədə Xalq Cümhuriyyətinin parlamentinə ultimatum verib. Vəziyyəti real dəyərləndirən parlament gərgin müzakirələrdən sonra ultimatumla razılaşıb və axşam saat 23.45-də hakimiyyətin kommunistlərə verilməsi barədə qərar qəbul edilib. Parlamentin qərarında Azərbaycanın istiqlalının və ərazi bütövlüyünün qorunması, Milli Ordunun saxlanılması, siyasi partiyalara fəaliyyət azadlığı, Cümhuriyyətin dövlət xadimlərinə təqiblərin olmaması barədə şərtlər yer almışdı. Lakin bolşeviklər bu şərtlərin heç birini saya salmadı.


Tarix: 26.11.2014 / 16:56 Müəllif: Aziza Baxılıb: 177 Bölmə: Tariximiz ve rayonlarimiz
loading...