Qacarın öldürülməsindən sonra olanlar.
Məhəmməd şah Qacarın qətlindən sonra sıyası durum dəyışdı. Qnun ilk nəticələri özünu Qarabağın mərkəzi Şuşada göstərdi. Bakı və Gəncə xanları həbsxanadan çıxaraq öz xanlıqlarına qayıtdılar. Qarabağda isə İbrahim xanın qardaşı oğlu "batmanqılınc" Məhəmməd bəy hakimiyyəti ələ keçirdi. Mirzə Camal yazır: "(Xan) bir para maneələrə görə Qarabağa gedə bilməyib, üç ay Balakəndə qaldı, hamı, xüsusilə Gürcüstan valisi, Gəncə hakimi Cavad xan və Şirvanlı Mustafa xan töhfələr, hədiyyələr göndərib, onunla müttəfıqlik arzusunda olduqlarını bildirdilər... Məhəmməd bəy isə mərhum İbrahim xan gələnə qədər Qarabağ vilayətində hökumət işlərilə məşğul idi.
... Məhəmməd bəyin şeytana uyub müxalifət göstərməsi və özündən başqasını tanımaq istəməməsinin qarşısını almaq üçün xan Qarabağa hərəkət etməzdən əvvəl, o zaman Mehdiqulu ağa adlanan Mehdiqulu xanı Qarabağ bəylərinin bir neçə övladı ilə oraya göndərdi.
Məhəmməd bəy Mehdiqulu xanın bəyzadələrlə Qarabağa gəlişindən sonra səmimiyyətdən, düzlükdən və İbrahim xanın itaətindən çıxmayacağından danışırdısa da, ürəyində hakimiyyət həvəsinə düşmüşdü.... Bu xəbər Kür qırağında ...İbrahim xana çatdıqda övladlarının ən böyüyü ...Məhəmmədhəsən ağanı beş yüz nəfər ləzgi qoşunu və Qarabağ sərkərdələri ilə təcili olaraq yola saldı". İşin belə olduğunu görən Məhəmməd bəy müxalifət etmək flkri ilə Qarabağ ellərini Araz çayı yaxınlığına köçürmək istəyirdi. Lakin Məhəmmədhəsən ağa onun yerləşdiyi Kirs dağındakı qalaya yaxınlaşdıqda camaat ağanın tərəfınə keçdi.
İbrahim xan yaxın adamları ilə Şuşaya qayıtdı, Məhəmməd bəy isə şəkili Məhəmmədhəsən xan ilə yaxınlaşmağa başladı. Lakin Məhəmmədhəsən xan xəyanətə əl ataraq onu tutdu və qan düşməni olan Mustafa xana verdi. Mustafa xan onu öldürdü, xanlar arasındakı ziddlyyətlər yenldən kəskinləşdi.
Ağa Məhəmməd şahın ölümündən sonra onun taxta çıxan varisi Baba-xan (Fətəli şah - Red.) öz hakimiyyətini möhkəmləndirmək yolunda başı qarışdığından sələfınin savaşlarını davam etdirə bilrmədi». Bu sakitlik xanlar arasında çəkişmələrin qızışması üçün şərait yaratdı.
Ara savaşlarının qızışması.
Xanlıqlar arasında çəkişmə və duşmənçilik doğuran məsələlər bütün çılpaqlığı ilə üzə çıxdı. Şirvan xanı Mustafa xan şəkili Səlim xanı oradan qovduğu və onun qardaşı kor Məhəmmədhəsən xanı hakimiyyətə gətirdiyi üçün Qarabağ xanlığı ilə düşmənçilik edirdi. Məhəmmədhəsən xan və Cavad xan da İbrahim xanla düşmən idilər.
Bakı xanlığında Hüseynqulu xan və II Mirzə Məhəmməd xan arasında çəkişmə gedirdi. Abbasqulu Ağa yazır: "Mirzə
Məhəmməd xan şahın öldürülməsi xəbərini alınca, Qubadan Bakını almağa hərəkət etdi. Hüseynqulu xan ondan qabaq gəlib qalanın müdafıəsilə məşğul oldu. Axırda aralarında barışıq olub məmləkəti böldülər. Hüseynqulu xan şəhərdə, Mirzə Məhəmmədxan Məşqətə (Maştağa - Red.) kəndində bir qala tikdirib hökumətə oturdular". Ancaq Mirzə Məhəmməd xan sonralar oranı da itirdi.
Təbriz və Xoy əyalətlərini idarə edən Cəfərqulu xan Dunbuli fəaliyyətə başladı. O, Sərabı xaraba qoydu, Cəfərqulu xan düşmənçilik etdiyi Sadıq xanla birləşib şaha qarşı çıxdı. Sonra Sadıq xan Cəfərqulu xandan ayrılaraq şahın yanına gəldi, lakin buradaca öldürüldü. Cəfərqulu xan isə Xoyu ələ keçirməyə nail oldu. Abbas Mirzə onu məğlub edərək buradan Makuya, oradan da Türkiyə sərhədinə qovdu.
Qubalı Şeyx Əli xan, Şirvanlı Mustafa xan və Talış xanı Mir Mustafa xan arasında da ziddiyyət kəskinləşdi. Şeyx Əli xan Salyanı tutdu. Lakin Şeyx Əli xan buradan qayıdan kimi indi də Salyanı Mustafa xan ələ keçirdi.
Abbasqulu Ağanın yazdığına görə o, "şəhəri köçürüb, dörd ağac yuxarıda, indiki yerində bina etdi. Hakimliyini də İbrahim xanın oğlu Əli xana verdi. Bir müddət sonra buranı bölüşdürüb Əli xana və onun əmisi oğlu Məhəmməd xana verdi. Lakin Əli xan tez bir zamanda Məhəmməd xanı həbsə alıb, talış Mirzə Mustafa xanın himayəsi altına keçdi.
Şeyx Əli xanla Qazıqumuqlu Surxay xan arasındakı münasibətlər də döyüşlərlə həll edilməyə başladı. Surxay xan Qubanı tutdu və ay yarım burada hökmranlıq etdi, sonra Şeyx Əli xan onu Qubadan çıxartdı. Şeyx Əli xan Dərbənd hakimliyinin bacısı, II Mirzə Məhəmməd xanın arvadı Xan Bikəxanıma tapşırdı. Lakin Surxay xan 1800-cü ilin mayında onu devirdi, hakimiyyətə Həsən adlı birisini gətirdi.
Surxay xan Həsən xanla Quba üzərinə yeridi. Yalnız Şeyx Əli xanın arvadı, Hacı Məlik Məhəmməd xanın qızı Zəlbünybca bəyimin çalışması ilə Quba üzərindən təhlükə sovuşdu. Şeyx Əli xan belə bir vəziyyətlə barışa bilməyərək Dərbəndin Ulus nahiyəsinin 9 kəndini köçürüb Qubaya gətirdi. Həsən xanın əlində Dərbənd şəhərindən başqa heç bir yer qalmadı. Dərbənd şəhəri yalnız 1803-cü ildə Quba xanlığına qaytarıldı.
Sosial-iqtisadi durum. Bu dövrdə Azərbaycanın sosialiqtısadi durumu çox ağır idı. Mirzə Camal yazır: "Mərhum (İbrahim) xan Qarabağa gəlib hökumət taxtında oturduğu zaman vilayətin əhalisi qəhətlik və məşəqqət nəticəsində varyoxdan çıxıb olduqca pərişan idilər. Ellərin çoxu Gürcüstan, Gəncə, Şirvan və hətta Rum vilayətlərinə dağılıb getmiş, maldövlətləri qarət olunmuşdu".
1799-cu ildə Şirvanda taun xəstəliyi baş verdi, sonrakı ilin başında Dərbənddə taxıl qıtlığı oldu.
Xanların ara savaşları xeyli adamı dinc əməkdən ayırır, iqtisadiyyata ağır zərbə vururdu. Hərbi xərclər əhalinin üzərinə düşür və onu var-yoxdan çıxararaq narazılıq yaradırdı. Abbasqulu Ağa yazır ki, "Şeyx Əli xan Qubanı Surxay xandan geri almaq üçün Dağıstanın Tarku, Aqquşa və Qoysuboy mahallarından köməyə çağırdığı 10000 ləzgini, rəqibini əzdikdən sonra, altı ay Qubada qonaq saxladı. Onların tələbatı üzündən qubalılara çox haqsızlıqlar edildi. Hətta əhalidən diş kirayəsi belə alınırdı. Şeyx Əli xan 8000 nəfərin məsarifıni Quba maliyyatından verib, qalan 2000 nəfər ləzgini Dərbəndə gətirdi ki, onların maaşlarını da oranın mədaxilindən ödəsin".
Beləliklə, Ağa Məhəmməd şah Qacarın öldürülməsindən sonra kəskinləşən ara savaşları ölkəni gücdən salır, onu ağır sosial-iqıisadi duruma sürükləyərək qapıları yabançı qüvvələrin üzünə açırdı. Nadir şahın ölümündən və qurduğu imperatorluğun dağılmasından sonra müstəqil və yarımmüstəqil xanlıqlar yaranmışdısa da, Ağa Məhəmməd Qacarın ölümündən sonra bu xanlıqların bütün varlığı böyük təhlükə qarşısında idi.
Tarix: 26.11.2014 / 16:36 Müəllif: Aziza Baxılıb: 86 Bölmə: Tariximiz ve rayonlarimiz