Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

“Eurovision-2013”də Avstriyanı təmsil edəcək müğənni müəyyənləşib

Natalia Kelli finalda münsiflər heyətinin və tamaşaçıların rəğbətini qazana bilib

İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision-2013” mahnı müsabiqəsinə üç ay qalmış bu beynəlxalq yarışmada Avstriyanı təmsil edəcək musiqiçi müəyyənləşib.

Avstriya Teleradiosunun (ORF) yayımladığı milli seçim turlarında Bad Föslau qəsəbəsindən olan Natalia Kelli finalda münsiflər heyətinin və tamaşaçıların rəğbətini qazana bilib.

Müsabiqəyə qatılanlar arasında ən gənc iştirakçı olan 18 yaşlı N.Kelli finalda R'n'B janrında səsləndirdiyi “Shine” (“Şəfəq”) mahnısı ilə qələbə qazanıb.

N.Kelli mayın 14-də “Malmö Arena”da “Eurovision-2013” mahnı müsabiqəsinin ilk yarımfinal mərhələsində səhnəyə çıxacaq.


Tarix: 17.02.2013 / 17:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 163 Bölmə: Tarixdə bu gün
loading...