Qriqorian təqvimi ilə ilin 37-ci günü.
1788 — Massaçusets ştatı Birləşmiş Ştatlar Konstitusiyasını təsdiqləmiş altıncı ştat olur.
1815 — Nyu-Cersi ştatının hakimiyyəti Con Stivensə ilk amerikan dəmiryol nizamnaməsini verir.
1820 — İlk 66 afroamerikanlı immiqrant Amerika müstəmləkə cəmiyyətinin dəstəyi ilə indiki Liberiyanın ərazisində məskunlaşırlar.
1886 — Klemens Vinkler germaniy kimyəvi elemehtini kəşf edir. Element ""ekasilisiy" adı ilə Dmitri Mendeleyev tərəfindən əvvəldən təxmin edilmişdi.
1899 — İspaniya-Amerika Müharibəsi, Paris sazişi; ABŞ və İspaniya arasında sülh müqaviləsi Birləşmiş Ştatlar senatı tərəfindən təsdiqləndi.
1900 — Rusiya alimii Aleksandr Popov ilk dəfə dənizdə radio ilə "Yermak" buzqıran gəmisinin kapitanına təhlükə barəsində siqnal verdi.
1942 — İkinci dünya müharibəsi: Böyük Britaniya Tailanda müharibə elan edir.
1958 — Münhen aviafəlakəti zamanı İngiltərənin Mançester Yunayted futbol klubunun 8 oyunçusu həlak olub.
1992 — Azərbaycan Respublikası Ukrayna ilə diplomatik əlaqələr qurmuşdur.
1998 — Vaşinqton Beynəlxalq Hava Limanının adı dəyişilərək Ronald Reyqan Beynəlxalq Hava Limanı olur.
1945 — Londonda Brtaniya Tred-yunionlarının təşkilatçılığı ilə I Ümumdünya Həmkarlar İttifaqı Konfransı keçirilir. Ümumdünya Həmkarlar İttifaqı Federasiyası yaradılır.
1911 - Ronald Reyqan, ABŞ-ın 40-cı prezidenti (1981-1989).
1942 - Əhməd-Cabir Əhmədov İsmayıl oğlu, professor, "Azərbaycanın Əməkdar müəllimi".
Tarix: 06.02.2015 / 10:28 Müəllif: Aziza Baxılıb: 163 Bölmə: Tarixdə bu gün