Qriqorian təqvimi ilə ilin 36-cı günü. 1286 — Fransız kralı Gözəl Filip hakimiyyətə gəlib.
1810 — Fransız imperatoru Napoleon senzuranı bərpa edib. Sərkərdənin fikrincə “çap hüququ insanın təbii hüquqlarına aid deyil”.
1818 - XIV Karl İohann İsveç-Norveç kralı elan edildi.
1869 — Dünyada ən böyük qızıl külçə Avstraliyada aşkar edilib. Hazırda muzeydə saxlanan bu külçənin kütləsi 62,5 kiloqramdır.
1885 — Belçika kralı II Leopold Konqonu şəxsi mülkiyyəti elan edib.
1902 — Fransada uşaqlar üçün iş vaxtı 12 saatdan 9 saata qədər azaldılıb.
1917 — Meksika 28 federativ qurumdan ibarət dövlətə çevrilib.
1924 — Qrinviç rəsədxanası BBC radiosu vasitəsilə dəqiq vaxt xidmətini tətbiq edib (saatda bir dəfə dəqiq vaxt elan edilib).
1925 — Azərbaycan Xalq Komissarları Soveti Bakıda Kitab Palatası təşkil etmək bərədə qərar verib.
1928 — Azərbaycan Kommunist Partiyası “Naxçıvan Muxtar Respublikası haqqında Əsasnamə” hazırlamaq barədə qərar qəbul edib.
1936 — Çarli Çaplinin sonuncu səssiz filmi “Müasir zaman” nümayişə çıxarılıb.
1962 — Fransa keçmiş müstəmləkəsi Əlcəzairin müstəqilliyini tanıyıb. Bu, Əlcəzair xalqının 6 illik müstəqillik müharibəsindən sonra mümkün olmuşdu. Prezident Şarl de Qollun qərarı Fransanın əksər qüvvələrində ciddi etiraz doğurub, de Qollun istefası ilə bağlı aksiyalar başlanıb.
1975 — Türkiyə Silahlı Qüvvələrinin Kiprdəki türk əhalisinin haqlarını qorumaq üçün adaya hərbi kontingent yeritməsindən sonra Ankaraya qarşı beynəlxalq təzyiqlər başlayıb. Türkiyə adanın şimalındakı türk icmasına qarşı aparılan qırğınlara cavab olaraq 1974-cü ildə bu zəruri addımı atmalı olmuşdu. Birləşmiş Ştatlar Türkiyəyə silah satışına embarqo qoyub.
1976 — ABŞ-ın “Lockheed” təyyarə şirkətinin Türkiyə rəsmilərinə rüşvət verməsi barədə etirafı qalmaqala səbəb olub.
1991 —Azərbaycan SSR Ali Sovetinin sessiyasında dövlətin adının Azərbaycan Respublikası adlandırılması haqqında qərar qəbul edilib.
1999 — Prezident Heydər Əliyev “Naxçıvan Muxtar Respublikasının 75 illiyinin qeyd edilməsi barədə” fərman verib. 1918 — Qara Qarayev - Azərbaycanlı bəstəkar.
1919 — Andreas Papandreu - Yunan siyasi xadimi.
1939 — Rüstəm İbrahimbəyov - Azərbaycanlı kinorejissor, ssenarist, kinodramaturq, nüfuzlu "Oskar" mükafatı laureatı, Azərbaycanın xalq yazıçısı, Azərbaycanın və Rusiyanın əməkdar artisti.
1940 — Fuad Qasımov - Məşhur fizik.
1987 — Kriştiano Ronaldo - Portuqaliyalı futbolçu.
1967- Violeta Parra -Çilili folk mahnı sənətçisi
Tarix: 05.02.2015 / 10:26 Müəllif: Aziza Baxılıb: 234 Bölmə: Tarixdə bu gün