1801 - Qahirədəki işğalçı fransız ordusu türk ordusuna təslim olub
1861-ci ildə Osmanlı padşahı Sultan I Əbdülməcid vəfat edib
1903-cü ildə Mariya Küri Paris Universitetinə təqdim etdiyi tezislərində radiumu kəşf etdiyini açıqlayıb
1903-cü ildə yazıçı Corc Oruell anadan olub
1907 - Azərbaycanın xalq artisti Sona Hacıyeva (1907-1979) anadan olmuşdur.
1923-cü ildə Mustafa Kamal Atatürk İzmirdən millət vəkili seçilib
1932-ci ildə rəssam Piter Bleyk anadan olub
1950-ci ildə Şimali Koreya ordusu Cənubi Koreya üzərinə hücuma keçib və Koreya Muharibəsi başlayıb
1963-cü ildə müğənni Corc Maykl dünyaya gəlib
1975-ci ildə rus şahmatçısı Vladimir Kramnik anadan olub
1987 - Sov.İKPMK-nın plenumu "yenidənqurma" ("perestroyka") haqqında qərar qəbul edib. Baş katib Mixail Qorbaçovun elan etdiyi yeniləşmə kursu, ilk növbədə, sosial-iqtisadi islahatları nəzərdə tutsa da, tezliklə siyasi və ideoloji sahəni də əhatə etdi. Sovet İttifaqında (o cümlədən Azərbaycanda) söz azadlığı, aşkarlıq, milli hərəkatlar prosesi başlandı. "Yenidənqurma" siyasəti dörd il sonra SSRİ-nin süqutu ilə nəticələndi.
1991-ci ildə Sloveniya ve Xorvatiya müstəqilliklərini elan ediblər
1992 - İstanbulda Türkiyə prezidenti Turqut Özalın təşəbbüsü ilə keçirilən konfransda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı təsis edilib. Yeni regional təşkilatın yaradılması barədə "İstanbul bəyannaməsi"ni 10 ölkənin başçısı, o cümlədən Azərbayjan prezidenti Əbülfəz Elçibəy imzalayıb.
1993-cü ildə Azərbaycan alimi Əhədzadə Hüseyn vəfat edib
1993-cü ildə Tansu Çillər Türkiyənin ilk qadın baş naziri olub
1996 — Azərbaycan Respublikası Peru ilə diplomatik əlaqələr qurub
1997-ci ildə fransız dəniz səyyahı Jak-İv Kusto vəfat edib
2005 - Heydər Əliyev adına Azərbaycan Ali HərbiMəktəbinin növbəti buraxılışına həsr olunmuş təntənəli mərasimdə ilk dəfə olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarələri Bakı səması üzərində nümunəvi uçuşlar və yüksək pilotaj nümayiş etdiriblər.
Tarix: 21.01.2015 / 10:32 Müəllif: Aziza Baxılıb: 143 Bölmə: Tarixdə bu gün