Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanlı yazıçılar mükafatlandırıldı

Rusiyanın Azərbaycandakı səfirliyində ədəbi mükafatın təqdimat mərasimi olub

29.01.2013

Bu gün Rusiyanın Azərbaycandakı səfirliyində ədəbi mükafatın təqdimat mərasimi olub. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin iki gənc yazıçını – öz əsərlərini “Literaturnıy Azerbaydjan” jurnalında dərc etdirmiş Laçın Səmədazdəni və Yuliya Subbotinanı mükafatlandırıb.

Səfir qeyd edib ki, səfirlik Azərbaycanda rus dilinə fəal dəstək verməyə çalışır. O, gənc müəlliflərə yaradıcılıq uğurları arzulayıb.

Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin katibi Çingiz Abdullayev “Literaturnıy Azerbaydjan” jurnalına və bütövlükdə Azərbaycan ədəbiyyatına göstərilən diqqətə görə səfirə minnətdarlığını bildirib.


Tarix: 30.01.2013 / 20:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 302 Bölmə: Tarixdə bu gün
loading...