Dağ Borçalı — qədim Borçalı vilayətinin yüksək dağlıq zonası. Borçalının əsasən Ermənistan SSR-in tərkibində qalan hissəsini ehtiva edir.
Tarixi oçerk
1918-ci ilin dekabrında baş vermiş erməni-gürcü müharibəsindən sonra Borçalı 2 yerə parçalanmış, Dağ Borçalı Ermənistan SSR-ə verilmiş Aran Borçalı isə Gürcüstanda qalmışdır.. 30-cu illərdə Kalinino, Cəlaloğlu (Stepanavan), Noyemberyan və Allahverdi (hazırki Alaverdi) rayonlarına parçalanmışdır. Dağ Borçalı hazırda Ermənistanda Lori və Tavuş adlı əyalətlərin tərkibinə qatılmışdır.
Coğrafiyası
Ermənistanın şimal-şərqində yerləşən Dağ Borçalı Qaraxaç silsiləsi (indiki Cavaxet silsiləsi) və Ağlağan dağları (indiki Bazum silsiləsi), eləcə də Ermənistanın Gürcüstan və Azərbaycan Respublikaları ilə sərhəd xətti ilə hüdudlanır.
Tarix: 07.02.2015 / 14:10 Müəllif: Feriska Baxılıb: 41 Bölmə: Qərbi Azərbaycan