Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dərəçiçək mahalı

Dərəçiçək mahalı - Qərbi Azərbaycanda mahal

Tarixi
Dərəçiçək - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda şəhər tipli qəsəbə. Rayon mərkəzindən 5 km şimal-qərbdə yerləşir.

«İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.

Burada 1897-ci ildə rus və ermənilərlə yanaşı 10 nəfər də azərbaycanlı yaşamışdır. XX əsrin əvvələrində, 1905-1906-cı illərdə azərbaycanlılar deportasiya olunmuş və yalnız ermənilər və ruslar yaşamağa başlamışdır. İndi burada ermənilər yaşayır.

Toponim Azərbaycan dilində «iki dağ arasında dərin çuxur» mənasında işlənən dərə sözü ilə Azərbaycan dilində «çiçəkləri olan bitki», «gül» mənasında işlənən çiçək sözünün birləşməsindən əmələ gəlmişdir. Yaşayış məntəqəsi güllü, çiçəkli, gözəl mənzərəli dərədə yerləşdiyi üçün Dərəçiçək adlandırılmışdır. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı 1847-ci ildə dəyişdirilib Konstantinovka adlandırılmışdır. 1920-ci illərdə yaşayış məntəqəsinin adı kalka edilərək Zaxqadzor (Dərəçiçək) qoyulmuşdur.


Tarix: 07.02.2015 / 13:46 Müəllif: Feriska Baxılıb: 35 Bölmə: Qərbi Azərbaycan
loading...