Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zod məktəbi

Zod məktəbi barədə
Göyçə mahalında elmə və təhsilə diqqət yetirən qabaqcıl adamlar sırasında Səməd ağanın xüsusi yeri vardır. O, yüksək mədəniyyətə malik olan bir şəxs kimi xalqın maariflənməsinə daim maraq göstərən, istedadlı və bacarıqlı uşaqların Avropanın böyük şəhərlərində təhsil almasına şərait yaradan, maddi köməklik göstərən adlı-sanlı bir tarixi şəxsiyyətdir. O, Avropanın məşhur təhsil ocaqlarında təhsil görmüş və beş dili mükəmməl bilən Mirzə Bəylərin və Mirzə Əsgərin təşəbbüsü ilə 1885-ci ildə Zod kəndində məktəb açır və məktəbin xərclərini öz üzərinə götürür. O həm də Mirzə Bəylərin və Hacı Əliş ağanın vasitəçiliyi ilə “Molla Nəsrəddin” jurnalının Göyçədə yayılmasına geniş imkan yaradanlardan biri olmuşdur.


Tarix: 07.02.2015 / 14:00 Müəllif: Feriska Baxılıb: 81 Bölmə: Qərbi Azərbaycan
loading...