Ardanış kəndində XX əsrdə təşəkkül tapmış təsərrüfat sahəsidir. Bağçılığın gec inkişaf etməsinin obyektiv səbəbləri olmuşdur. Əhalinin xeyli hissəsi heyvandarlıqla məşğul olduğundan yarımköçəri həyat tərzi sürürdülər. Ona görə də müvafiq mövsümdə bağçılıqla məşğul olmağa imkan yox idi. İqlim şəraiti elə idi ki, bağçılıqla məşğul olub dolanışacağı təmin etmək mümkün deyildi. Bu səbəbdən də əhali daha çox fayda gətirən təsərrüfat sahəsi ilə məşğul olmağa üstünlük verirdi. Lakin kollektivləşmədən sonra Ardanışda ilk bağlar yaranmağa başladı. Sonralar demək olar ki, hər bir evin həyətyanı sahəsində bağ salınmışdı və müxtəlif alma, armud, gavalı, ərik, qoz ağacları üstünlük təşkil edirdi. İqlim şəraitinin sərt olmasından burada bağşılıq və bostançılıq geniş inkişaf etməmişdir. Kolxozun böyük meyvə bağı olub. Lakin sovxoz dövründə təsərrüfatın rentabelliyini artırmaq baxımından həmin bağ sahəsi ləğv edilmiş və yerində əkin sahəsi yaradılmışdır. Artıq əmək günü bölgüsü ləğv edilmişdi, bu bağdakı meyvələrin tədarükü isə dövlət təsərrüfatı sayılan sovxoz üçün çox da böyük gəlir gətirmək imkanına malik deyildi.
Tarix: 07.02.2015 / 13:19 Müəllif: Feriska Baxılıb: 62 Bölmə: Qərbi Azərbaycan