Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Geyim tərzinə bax, seks tərzini öyrən

Bəzi seksoloqlar iddia edirlər ki, kişilər və qadınlar adətən geyimləri ilə bədənlərinin ən həssas nöqtələrini gizlətməyə çalışırlar. Məsələn, əgər qadının ən həsas nöqtəsi sinəsidirsə, o daha çox qapalı geyinir. Bu səbəbə görə hətta seks zamanı belə alt paltarını çıxarmır. Yox, əgər sevdiyiniz qadın qolu uzun olan köynəklər geyinirsə, deməli, onun ən həssas hissəsi dirsəkləridir.

Psixoloqlar düşünürlər ki, geyim tərzi insanın xarakterindən tutmuş cinsi istəklərinə qədər hər şey barədə xəbər verir. Amma kişilərə nisbətən daha çox qadınlar geyimləri ilə özlərini tanıtmağa çalışırlar. İndi biz də sizə bəzi geyimlərin, rənglərin ifadə etdiyi mənalar barədə məlumat vermək istəyirik.

1. Əgər sevdiyiniz qadın geyimində daha çox qırmızı və ya açıq sarı rəngə üstünlük verirsə, deməli siz özünə güvənən, iddialı bir xanımla birlikdəsiniz. Xəbəriniz olsun ki, bu qadınlar seks zamanı çox ehtiraslı və çılğın davranırlar. Onların cinsi fantaziyaları olduqca rəngarəngdir.

2. Geyimlərində daha çox boz, göy və qəhvəyi rəngə üstünlük verən qadınlar isə sakit həyat yaşamaq tərəfdarıdırlar, amma Britaniya psixoloqları bu fikirlərlə razılaşmırlar. Onlar düşünürlər ki, əslində bu sakitliyin arxasında ən çılğın seks düşüncələri durur.

3. Kök rənginə üstünlük verən insanlar komplekslərdən uzaq olurlar. Sizinlə yeni tanış olmağına baxmayaraq, o ən incə bir mövzuda sizinlə aşıq-saçıq danışarsa, təəccüblənməyin. Bu insanlar həyat yoldaşları, sevgililəri ilə də hər mövzuda açıq danışmağın tərəfdarıdırlar.

4. Qara rəngli geyimlərə üstünlük verən insanlar sakit xasiyyətləri, monoton həyatları ilə seçilirlər. Onlar köhnə münasibətlərini çox gec unudur, yeni münasibətə isə çətin adaptasiya olurlar.

5. Geyimlərində yaşıl rəngə üstünlük verənlər daha humanist olurlar. Böyük bir yalanınızı görməyənə qədər onların bu humanistliyindən istifadə edə bilərsiniz. Geyimində xüsusən də açıq yaşıl rəngə üstünlük verən bir şəxslə bərabərsinizsə, əmin olun ki, onun anlayışı sayəsində münasibətiniz çox uzun müddət davam edəcək.

6. Xanımlar, xəbəriniz olsun ki, kişilər hündürdaban geyinən qadınları daha seksual hesab edirlər. Hündürdaban ayaqqabılar kişilərin qadınlara qarşı olan cinsi ehtiraslarını artırır. Onlar düşünürlər ki, alçaqdaban geyinən xanımlar daha çox sakit həyata üstünlük verirlər.

7. Çox insanlar elə düşünür ki, əgər bir qadın açıq-saçıq geyinirsə, deməli o, mütləq ətrafdakıların xoşuna gəlməyə, özünə sevgili axtarmağa çalışır. Amma bu heç də belə deyil. Sadəcə özünə güvənən, vücudu ilə bağlı heç bir narazılığı, kompleksi olmayan qadınlar açıq-saçıq geyinməkdən çəkinmirlər. Psixoloqlar da belə hesab edirlər ki, belə insanlar özlərinə daha çox güvənirlər. Amma bu da bir həqiqətdir ki, belə qadınlarla yaşanan cinsi həyat kişilər üçün daha maraqlı olur, onlar hər axşam evə gedəndə yeni süprizlə qarşılanacaqlarını gözləyirlər.

Qadınların mürəkkəb varlıq olduğunu düşünən, əziz kişilər, görürsünüz? Onlar hətta öz geyimləri ilə də bizə mesaj göndərməyə, nələrisə izah etməyə çalışırlar. Sadəcə belə incə məqamlarda daha diqqətli olmaq lazımdır.


Tarix: 07.01.2015 / 15:10 Müəllif: Aziza Baxılıb: 83 Bölmə: Maraqsız
loading...