Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Açıq dərili insanlara bəd xəbər

Dəri rənginə görə insanların tez və ya gec yaşlanacağını müəyyənləşdirmək olur. Bu nəticəyə gəlmək üçün aparılan araşdırmalara əsasən açıq dərili insanlar daha tez qocalır.
Mütəxəssislərin sözlərinə görə, dəri rəngi nə qədər açıqdırsa, bu həmin orqanizmin bir o qədər tez qocalacağından xəbər verir. Bunun səbəbi isə belə izah olunur: dərinin yaşlanmasına səbəb olan əsas iki faktor var: xronoloji yaşlanma və foto yaşlanma. Xronoloji yaşlanma yaş ötdükcə insan orqanizminin qocalması nəticəsində meydana gəlir və onu tam olaraq aradan qaldırmaq mümkün deyil, yalnız sürətli inkişafını ləngitmək olar. İkincisi isə günəş şüalarının insan vücuduna təsiri nəticəsində yaranır. Bu təsirlər isə dəri rəngindən aslı olaraq dəyişir.
Dəriyə rəng verən əsas maddə dərimizdə istehsal olunan piqmentlərdir. Dəri rəngi nə qədər tünddürsə, deməli, melanim piqmentləri istehsal edən malanozom hüceyrələrinin olduğu bölgələr də o qədər genişdir. Bu hüceyrələr isə zərərli şüaların, eləcə də günəş işıqlarının birbaşa orqanizmə təsir göstərməsinin qarşısını alır, çünki həmin hüceyrələr günəş işığı orqanizmə yerimədən onları həzm edir.
1979-cu ildə ABŞ-da aparılan bir araşdırmaya görə, Qafqaz köklü insanlarda günəşdən gələn ultrabənövşəyi şüaların 55%-i, Afrika köklü insanlarda isə yalnız 18%-i orqanizmə təsir edir. Bu zərərli şüalar isə açıq dərili insanların daha tez yaşlanmasına səbəb olur.


Tarix: 07.01.2015 / 14:01 Müəllif: Aziza Baxılıb: 64 Bölmə: Maraqsız
loading...