Qarşınızdakı kişinin xasiyyətini anlamaq istəyirsinizsə, onun cəmiyyətdəki davranışlarına, geyim tərzinə, insanlarla ünsiyyət qurma etikasına, yerişinə diqqət yetirməyiniz kifayətdir. Qadınlarla müqayisədə kişilər sizə nəyisə mesaj ötürməyə çalışmırlar. Birbaşa olaraq demək istədiklərini bildirirlər.
Psixoloqların sözlərinə görə, bir kişinin xasiyyətini öyrənmək istəyirsinizsə, həm də üstünlük verdiyi içkiyə diqqət yetirməlisiniz. Çünki insanların yemək və içki seçimi onların daxili dünyasından xəbər verir. Yəni, əziz qadınlar bəyəndiyiniz kişinin xasiyyətini öyrənmək üçün maksimum 4-5 görüş kifayət edə bilər. Əsas odur ki, bu zaman onun yemək və içki sifarişinə diqqət yetirəsiniz.
Buna görə biz də budəfəki məqalədə sizə xasiyyətə görə içki seçimi haqqında məlumat verəcəyik.
Mineral sular
Çoxsaylı araşdırmalar belə deməyə əsas verir ki, susuzluğu aradan qaldırmaq üçün mineral sulara üstünlük verən kişilər etibarlı ortaq və sədaqətli dost olurlar. Lakin bu qarşınızdakı insanı tanımaq üçün hələ kifayət etmir. Ola bilsin ki, o hər hansısa bir ciddi xəstəliyi olduğu üçün həkim məsləhəti ilə spirtli içkidən imtina etməyə məcbur olub.
Araq
Əsas içki kimi arağa üstünlük verən kişiləri isə nisbətən təhlükəli şəxslər hesab edə bilərik. Çox vaxt onlar sizin xoşunuza gəlmək üçün ən müxtəlif addımlar ata bilərlər. Məsələn, qəfil körpüdən tullanar, mağazadakı bütün gülləri alar və yaxud insanların çox olduğu bir küçədə dizlərini yerə qoyaraq sizə eşq elan edə bilərlər. Belə kişilər ilk baxışdan ömürboyu xoşbəxt yaşayacağınız ağ atlı şahzadə obrazı yaratsalar da, xəbəriniz olsun ki, onlar daha unutqan, vəfasız olurlar.
Tekila və viski
Tekila və viski sevən kişilər ağır xasiyyətli, güclü, özünə inamlı və məqsədyönlü insanlar olurlar. Onlar heç vaxt heç kəsi darda qoymur. Belə kişilər bir gecəlik, yaxud bir görüşlük münasibətlərdə elə də maraqlı olmurlar. Gözəl bədən quruluşundan daha çox onları qarşılarındakı insanın daxili aləmi maraqlandırır.
Pivə
Pivə sevən kişilər geniş ürəkli, təvazökar olurlar. Kollektiv ruhlu bu insanlar dostları, sevdikləri üçün yaşayırlar. Çox vaxt özünəqapanıq olan bu insanları tanımaq üçün mübahisəli situasiyalar yardımçı olur.
Kokteyl
Kokteyl sevən kişilər dəyişkən xasiyyətləri ilə seçilirlər. Onlar çox qısa müddətdə hobbilərini, dostlarını və hətta sevgililərini dəyişirlər. Belə insanların özlərini tapmaqları uzun vaxt alır.
Tarix: 07.01.2015 / 14:04 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: Maraqsız